Avropanın enerji böhranı getdikcə dərinləşir
"Şimal axınları" qaz boru kəmərlərində baş verən partlayışlar və sızmalar vəziyyəti daha da gərginləşdirib
Avropada enerji böhranı davam edir. Hələ avqust ayında "Bank of America"nın açıqladığı proqnozda qeyd edilirdi ki, Avropada qaz böhranı dəhşətli ssenari üzrə davam edəcək. Qış üçün mavi yanacaq ehtiyatları kifayət etməyəcək.
Dünən isə hələ səbəbləri müəyyən edilməyən qəribə hadisələr baş verib. "Şimal axını -2" qaz boru kəmərində sızma baş verib. Daha sonra "Şimal axını -1"in keçdiyi Bornholm adasının şimal-şərqində, Danimarkaya məxsus iqtisadi zonada fövqəladə hadisənin baş verməsi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edilir ki, "Şimal axını-2"nin A xəttində təzyiqin kəskin aşağı düşməsi, onun texniki qazla doldurulması məlum olub. Sonradan bildirilib ki, "Şimal axını-1" qaz kəmərinin hər iki xəttində də təzyiqin düşməsi qeydə alınıb.
"Nord Stream AG" şirkətindən bildirilib ki, hər iki qaz kəmərinin üç xəttinin eyni vaxtda sıradan çıxması qeyri-adi xarakter daşıyır. Bu kəmərlərlə qaz nəql etmək artıq mümkün deyil.
Danimarka Enerji Agentliyi böyük miqdarda qazın dənizə daxil olduğunu bildirib. Təyyarə və gəmilərin insident yerinə beş dəniz mili məsafəsinədək yaxınlaşması qadağandır.
Fövqəladə hadisənin diversiya nəticəsində baş verməsi istisna olunmur. Belə ki, isveçli seysmoloqlar hətta "Şimal axınları" rayonunda iki partlayış qeydə alıblar.
Latviyanın müdafiə naziri Artis Pabriks də bu hadisəni təxribat hesab edir. Onun dediyinə görə, Baltik dənizində "Şimal axını" qaz kəmərlərinin partlaması təxribatdır. Təxribat NATO ərazisinin bilavasitə yaxınlığında baş verib. Nazir hadisənin araşdırılmasının və kritik infrastrukturun qorunmasında Aİ və NATO müttəfiqləri arasında sıx əməkdaşlığa ehtiyac duyulduğu məqamın yetişdiyini bildirib.
Bundan əvvəl Almaniyanın "Tagesspiegel" qəzetinin mənbələri də "Şimal axını - 2" qaz kəmərində və "Şimal axını-1"in hər iki xəttində təzyiqin düşməsinin səbəbinin təxribat ola biləcəyi qənaətinə gəliblər.
Tezliklə soyuq havanın bərqərar olacağını nəzərə alsaq, bu Aİ, xüsusilə Almaniya üçün ən azı nokdaundur. Rusiya üçün də bu, iqtisadi nöqteyi-nəzərdən yaxşı deyil, lakin bu nəticələr digərləri ilə müqayisədə çox da ağır deyil - məsələn, "Şimal axını-2"nin sonuncu xətti də sıradan çıxsa, çox ağır fəsadlar gözlənilir...
Avropa diplomatiyasının rəhbəri Josep Borrell deyib ki, "Şimal axınları"nda baş verən hadisələr düşünülmüş hərəkətin nəticəsidir. Bu barədə Avropa İttifaqının saytında xəbər verilir.
"Avropa İttifaqı "Şimal axını -1" və "Şimal axını -2" boru kəmərlərinə dəyən ziyandan dərin narahatdır. Mövcud olan bütün məlumatlar göstərir ki, bu sızıntılar düşünülmüş bir hərəkətin nəticəsidir. Biz nə baş verdiyini və bunun niyə baş verdiyinə dair tam aydınlıq əldə etməyə yönəlmiş istənilən təhqiqatı dəstəkləyəcəyik", - deyə Borrell bildirib.
O əlavə edib ki, təhlükəsizlik və ətraf mühitin qorunması məsələləri ən yüksək prioritetdir. Qaz kəmərləri ilə bağlı insidentlər təsadüfi deyil və hamıya təsir edir. Avropa İttifaqı insidentlə bağlı istənilən təhqiqatı dəstəkləyəcək və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün addımlar atacaq.
Eyni zamanda Aİ ölkələrinin başçıları enerji təhlükəsizliyi sahəsində öz dayanıqlığını artırmaq üçün növbəti addımlar atmağa hazırlaşırlar.
Bundan əvvəl "Sinxua" Agentliyinin "Qlobal" jurnalının baş redaktor müavini Liu Honq "Şimal axını-1" və "Şimal axını-2" boru kəmərlərində baş verən insidentlərin təxribat aktları olduğu və bunun arxasında müxtəlif ölkələrin ola biləcəyi fikrini bildirib.
Ekspertlər "Şimal axınları"nda yaranmış fövqəladə vəziyyətlə əlaqədar qaz itkilərini hesablayırlar. Boru kəməri sistemində baş verən fövqəladə hallar səbəbindən havaya dəyəri iki milyard dollardan artıq məbləğdə olan qaz buraxıla bilər. Bu, neft-qaz və neft-kimya sənayesi üzrə rusiyalı analitik Aleksandr Sobko tərəfindən aparılan hesablamalardır. Ekspertin dediyinə görə, təxmini hesablamalar aparsaq, yəni borudakı 300 bar təzyiqi və min kubmetr üçün 2000 dollar spot qiymətini əsas götürsək, bir xətdə 720 milyon dollar dəyərində qaz olub.
Əgər "Şimal axını"nda müqayisə olunan qaz həcminin olduğunu fərz etsək, o zaman onun Avropanın ən böyük qazpaylayıcı mərkəzi - TTF-də hazırkı spot qiymətinə görə üç xətt üzrə dəyəri 2,16 milyard dollar ola bilər.
Rizvan CƏFƏROV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS ...
27 Aprel
Mərakeş Kralı COP29-a dəvət olunub
27 Aprel
"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
26 Aprel
Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsi...
26 Aprel
TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir
26 Aprel
Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daş...
26 Aprel
Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib
26 Aprel
Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar...
26 Aprel
Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub
26 Aprel
Hidayət Heydərov dördqat Avropa çempionu olub
26 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!