22 Aprel 2026 09:25
335
CƏMİYYƏT
A- A+
Avropada həyəcan təbili 

Avropada həyəcan təbili 


Uşaqların sosial şəbəkələrin doğurduğu təhlükələrdən qorunmasına yönəlmiş qaydalar sərtləşdirilir


Həyatımızın ayrılmaz hissəsinə çevrilən rəqəmsal platformalar dünyanı bizim üçün daha əlçatan edir. Lakin burada uşaqlar nəzarətsiz qaldıqda müəyyən risklərlə üzləşirlər. Onlar yaşlarına uyğun olmayan məlumatlarla rastlaşa və ya zərərli vərdişlərə meyil edə bilərlər. 

Bu səbəbdən valideynlər övladlarının virtual fəaliyyətinə diqqət yetirməli və onları təhlükələrdən qorumalıdırlar. Məhz bu amili nəzərə alaraq, həm Azərbaycanda, həm də dünyanın bir çox ölkəsində uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı qanunvericilik bazası təkmilləşdirilir və tətbiq dairəsi genişləndirilir. 

Bu yaxınlarda Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Yeni qanunun qəbulunda məqsəd mövcud qanunvericiliyin müasir çağırışlar nəzərə alınmaqla təkmilləşdirilməsi, uşaq mənafelərinin daha effektiv qorunması, sosial təminat mexanizmlərinin gücləndirilməsi və beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırılmasıdır. “Uşaq hüquqları haqqında” yeni qanun ölkədə uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların hüquq və azadlıqlarını, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir. 

Avropa üzrə isə bir çox ölkə uşaqların və yeniyetmələrin rəqəmsal platformalarda nəzarətsiz vaxt keçirməsi nəticəsində yaranan riskləri azaltmaq məqsədilə sosial mediadan istifadəyə dair yeni məhdudiyyətlər və qaydalar hazırlayır. Belə ki, uşaqların sosial şəbəkələrdə uyğunsuz məzmuna məruz qalması, asılılıq riski və psixi sağlamlığa mənfi təsirləri Avropada getdikcə daha çox ölkəni bu sahədə tədbirlər görməyə sövq edir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, valideynlər uşaqlarının internet təhlükəsizliyi ilə bağlı narahatdırlar və buna görə sosial media şirkətlərinin nümayəndələrini daha sürətli addımlar atmağa çağırıblar: “Sosial media uşaqların özlərini necə gördüyünü, dostluqlarını və ətrafdakı dünyanı formalaşdırır. Bu risklərə göz yummaq mümkün deyil. Böyük Britaniyada mövcud qaydalar uşaqları internetin zərərli təsirlərindən qorumaqda kifayət etmir və yaxın vaxtlarda 16 yaşdan aşağı şəxslərin sosial mediadan istifadəsinin qadağan edilməsi və ya məhdudlaşdırılması üçün addım atılacaq”. 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün hazırlanan “rəqəmsal yaş yoxlama sistemi”nin texniki cəhətdən hazır olduğunu və yaxın zamanda istifadəyə veriləcəyini bildirib. O, sosial media platformalarının yüksək dərəcədə asılılıq yaradan dizaynlara malik olduğunu, xüsusilə “sonsuz sürüşdürmə” funksiyasının bu asılılığı gücləndirdiyini qeyd edib.

Yunanıstanda 15 yaşdan aşağı olan uşaqların sosial mediadan istifadəsinin 2027-ci il yanvarın 1-dən qadağan ediləcəyi açıqlanıb. Baş nazir Kiryakos Mitsotakis bildirib ki, son illərdə valideynlər və mütəxəssislərlə aparılan müzakirələrdə uşaqların stres yaşadığı, yuxu problemləri olduğu və daim telefondan istifadə etdiyi qeyd olunub. Finlandiyada səhiyyə və təhsil qurumları 13 yaşdan kiçik uşaqlara şəxsi smartfon verilməməsini və sosial şəbəkələrdən istifadə etməmələrini tövsiyə edib. Baş nazir Petteri Orpo da 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını dəstəklədiyini bildirib. 

İsveç hökuməti ibtidai və orta məktəblərdə dərs zamanı diqqətin artırılması üçün telefonların qadağan edilməsini planlaşdırır. Danimarka isə 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası üzərində işləyir və bununla bağlı yaş yoxlama sistemləri tətbiq etməyi planlaşdırır. Norveç hökuməti isə 15 yaşdan aşağı uşaqlar üçün sosial mediaya qadağa nəzərdə tutan qanun layihəsi üzrə ictimai müzakirələrə başlayıb. Fransa Senatı 15 yaşdan aşağı uşaqlar üçün müəyyən şərtlərlə sosial media qadağasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Layihəyə görə platformalar istifadəçi yaşını yoxlamaq məcburiyyətində olacaq. Həmçinin Polşada 16 yaşdan aşağı şagirdlərin məktəblərdə mobil telefondan istifadəsi 1 sentyabrdan qadağan ediləcək. Almaniyada da xüsusi komissiyanın uşaqlar və yeniyetmələrin rəqəmsal mühitdə qorunması ilə bağlı yaş məhdudiyyətləri və məktəblərdə telefon qadağaları barədə tövsiyələr hazırlaması gözlənilir.

İspaniya 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişini qadağan etməyi planlaşdırır və platformaların məsuliyyətini artıran qanunlar hazırlayır. Portuqaliyada isə 13 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan edilir, 13-16 yaş arasında olanlar isə yalnız valideyn və ya müəllimin icazəsi ilə bu platformadan istifadə edə biləcəklər. Avstriyada 14 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası barədə razılıq əldə olunub. Çexiyada 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası dəstəklənir. Sloveniyada da 15 yaşdan aşağı uşaqlar üçün məhdudiy-yətlər nəzərdə tutulur. Baltik ölkələrində (Estoniya, Latviya və Litva), xüsusilə məktəblərdə telefon və sosial media istifadəsinə məhdudiyyətlər artırılır. İtaliyada da 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağası üzərində iş aparılır. 

Avropa Parlamenti isə Aİ ərazisində sosial media istifadəsi üçün 16 yaş həddi tətbiq edilməsini tövsiyə edib. 13-16 yaşarası uşaqların yalnız valideyn icazəsi ilə platformalara daxil ola bilməsi təklif olunur. Ümumilikdə Avropada uşaqların sosial mediaya çıxışının ya məhdudlaşdırılması, ya da ciddi yaş yoxlama sistemləri ilə tənzimlənməsi istiqamətində ciddi iş aparılır.

Artıq dünya görür ki, rəqəmsal aləmin yaratdığı risklər uşaqların fiziki və psixi sağlamlığı üçün qlobal bir təhdidə çevrilib. Bu səbəbdən bir çox Avropa ölkəsində sərt yaş məhdudiyyətlərinin tətbiqi uşaqların virtual mühitdə təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Onlar sosial media platformalarının məsuliyyətini artırmaqla və yaş yoxlama sistemlərini tətbiq etməklə böyüyən nəsli rəqəmsal asılılıqdan və zərərli məzmunlardan qorumağı prioritet vəzifə hesab edirlər.


Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto),

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

Azərbaycan növbəti beynəlxalq tədbirə hazırlaşır

08:13
29 Aprel

Elektron hökumət mexanizmlərinin hüquqi əsasları daha da təkmilləşdirilir

08:10
29 Aprel

Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi

08:05
29 Aprel

Sülh və əməkdaşlıq yolunda liderlik nümunəsi

08:00
29 Aprel

"Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:16
29 Aprel

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:15
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!