09 Oktyabr 2026 17:12
1059
CƏMİYYƏT
A- A+
Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  

Astaranın Dəstor kəndində səyyar qəbul və görüş  


Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev ucqar dağ kəndlərindən olan Asxanakəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Dəstor kəndində növbəti səyyar qəbul keçirib.  

İcra başçısı bildirib ki, rayon mərkəzindən xeyli uzaqda yerləşməsinə və mürəkkəb relyefə malik olmasına baxmayaraq, nümayəndəliyin bütün kəndlərində, o cümlədən Dəstor kəndində əhali ilə ildə ən azı bir dəfə görüşlərimiz olur. O deyib: “Bu dağ kəndlərinin problemləri ilə həmişə maraqlanaraq həllinə köməkliklər göstəririk. Son illər ərazidə xeyli işlər görülmüşdür. Taxtanəkəran-Toradi avtomobil yolundan sonra Azaru və Anbuba kəndlərinə də asfalt yollar çəkilib, Dəstor, Bəlbay, Şıxımpeştə kəndlərinin yolları genişləndirilərək çınqıl döşənib. Yüksək gərginlikli elektrik xətləri yenilənib, daxili elektrik xətlərində cari təmir işləri görülüb, sürətli internet şəbəkəsi yaradılıb. Bütün bu görülmüş işlər dağ kəndlərində yaşayan əhalinin rahatlığına xidmət etməklə bərabər, həm də rayonumuza gələn turist və qonaqların daha çox bu kəndlərə səyahət etdiklərini nəzərə alsaq, turizm marşrutlarının yaxşılaşdırılmasına hesablanıb.

Bütün bu problemlər möhtərəm Prezidentimizin göstərişi, diqqət və qayğısı sayəsində həllini tapmışdır. Prezident İlham Əliyevin düşünülmüş, uğurlu siyasəti nəticəsində ölkəmiz beynəlxalq aləmdə sabit siyasətli, demokratik cəmiyyətin formalaşdığı sülhsevər və qalib dövlət kimi tanınır. Məlumdur ki, Müzəffər Ordumuzun Vətən müharibəsində və sonradan keçirilən antiterror tədbirlərində erməni terrorçularını qısa müddətdə məğlub etməsi ilə Azərbaycanımızın suverenliyi tam şəkildə bərpa olunub. Bu həm də tarixi ədalətin bərpasıdır. Bu kənddən də torpaqlarımızın azadlığı uğrunda könüllü döyüşən igid oğullarımız az olmamışdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və qəhrəman hərbçilərimizə cansağlığı arzulayıram”.

İcra başçısı deyib ki, bu gün ən böyük işlər də Qarabağ və Şərqi Zəngəzurda görülür: “İşğaldan azad edilən bu regionda düşmənlər talançılıq edərək bütün şəhərlərimizi, kəndlərimizi dağıtmışlar. Hazırda bu ərazilərdə bütün infrastruktur yenidən qurulur. Bunların hamısını qalib dövlətimiz heç bir xarici dövlətin köməyi olmadan öz büdcəsi hesabına hayata keçirir. Böyük Qayıdış proqramının uğurlu icrası ilə minlərlə ailə artıq doğma yurdlarına qayıdaraq məskunlaşmışdır.

Bütün bunlarla yanaşı, digər regionlarda, o cümlədən rayonumuzda da mühüm sosial layihələr icra olunur. May ayında Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə əlaqədar keçirdiyi müşavirə və qəbul edilən dövlət proqramının icrası üçün rayonumuzda işlərə başlanılıb. Fermer və sahibkarlarımız, həmçinin fərdi təsərrüfat sahibləri sevə-sevə bu təşəbbüsə qoşulublar. Sizi də dövlətimizin yaratdığı imkanlardan yararlanmağa çağırıram. Ərazi dağlıq olsa da, burada heyvandarlıq, arıçılıq, eyni zamanda kartof əkini üçün müəyyən imkanlar vardır. Dövlətimiz hər bir sahəyə subsidiyalar verməklə müəyyən xərcləri qarşılayır. Bundan başqa, gözəl təbiətə malik dağ kəndlərimiz turizmin inkişafı üçün də çox əlverişlidir. İnanıram ki, sakinlər dövlətimizin yaratdığı əlverişli şəraitdən istifadə etməklə müəyyən işlərin görülməsinə nail olacaqlar”.

Rayonda və nümayəndəlik ərazisində görülən abadlıq-quruculuq işlərini dövlətin öz vətəndaşlarına böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirən sakinlər Prezident İlham Əliyevə dərin hörmət və ehtiramlarını bildirib, qaldırılan problemlərin həllinə dəstək olduğuna görə icra başçısından razılıq ediblər. Çıxış edənlər kəndə qaz xəttinin çəkilməsinə, hələlik sakinlərin odun yanacağı ilə təmin olunmasına, qışa hazırlıqla əlaqədar texnika və dizel yanacağının tədarük edilməsinə, Dəstor və Şıxımpeştə kəndlərinə gedən yolların asfaltlaşdırılmasına, ərazidə heyvan kəsim məntəqəsinin  yaradılmasına, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə və əlavə transformatorun qoyulmasına köməklik göstərilməsini icra başçısından xahiş ediblər.

İcra başçısı qaldırılan müəyyən məsələlərin həlli ilə əlaqədar tapşırıqlar verib, digərlərinin həlli üçün tədbirlərin müəyyənləşdiriləcəyini bildirib. 

Seyran CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb 

11:40
13 Noyabr

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

11:39
13 Noyabr

MİDA Hövsan, Binəqədi, Şirvan və Yevlaxda güzəştli mənzilləri satışa çıxarır 

11:36
13 Noyabr

Azərbaycan nefti 99 dollara satılır

10:44
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

10:33
13 Noyabr

Bakı Media Mərkəzinin “Sükut içində addımlar” filminin təqdimatı olub  

10:29
13 Noyabr

Ad günün mübarək, nur şəhəri

10:10
13 Noyabr

Hörmüz boğazındakı böhranın qlobal inkişafa mənfi təsirləri dərinləşir

10:05
13 Noyabr

CECECO COP31 çərçivəsində təmiz enerji və dayanıqlı inkişaf üzrə müzakirə aparıb  

10:01
13 Noyabr

Bu sevginin adı nədir?

10:00
13 Noyabr

Rustov məscidi

09:55
13 Noyabr

Küçəmizi yaman günə qoyub gediblər

09:50
13 Noyabr

Samux rayon Əhmədbəyli kəndinin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq 

09:45
13 Noyabr

Qonşu qonşu olsa...

09:40
13 Noyabr

Su nasosu yenisi ilə əvəz edildi 

09:35
13 Noyabr

Müraciətim həll olundu

09:30
13 Noyabr

"Şəhidlər Vətənin əbədi yaşayan qəhrəmanlarıdır!"

09:25
13 Noyabr

Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib  

09:21
13 Noyabr

Övladları ataları ilə fəxr edirlər

09:20
13 Noyabr

Nyu-Yorkda binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb  

09:16
13 Noyabr

Ömrün hər anında yaratmaq eşqi

09:15
13 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!