09 Oktyabr 2026 17:52
1474
DÜNYA
A- A+
Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları

Britaniya dənizçilərinin qeyri-adi müdafiə üsulu - nüvə sualtı qayıqlarına qarşı yanğınsöndürmə şlanqları


 Milyardlarla dollar dəyərində olan, nüvə raketləri ilə silahlanmış sualtı qayıqların müdafiəsində indi yanğınsöndürmə şlanqları da rol oynaya bilər. Britaniya Hərbi Dəniz Qüvvələrinin dənizçiləri limanda olduqları müddətdə dron təhlükəsinə qarşı qeyri-adi üsul üzrə təlim keçirlər.

Böyük Britaniyada atom sualtı qayıqlarının limanda pilotsuz uçuş aparatlarından (PUA) qorunması üçün dənizçilərə yanğınsöndürmə şlanqlarından istifadə öyrədilir. “The Sun” qəzetinin məlumatına görə, bu vasitələr limanda olan sualtı qayıqların yaxın məsafəli hava müdafiəsi üçün istifadə edilə bilər. Məlumata əsasən, yanğınsöndürmə şlanqları hədəfə daha dəqiq yönəldilməsi üçün tapança tipli dəstəklərlə təchiz olunub. Ehtimal edilir ki, güclü su şırnaqları FPV kameraları ilə idarə olunan yaxın və orta məsafəli dronlara qarşı istifadə ediləcək. Daha uzaq məsafələrdəki hava təhdidlərinin qarşısının alınması isə hərbi aviasiyanın üzərinə düşür.

Söhbət Böyük Britaniyanın strateji nüvə qüvvələrinin əsas elementlərindən olan “Vanguard” sinifli sualtı qayıqlardan gedir. Təxminən 5 milyard dollar dəyərində olduğu bildirilən bu qayıqlar “Trident II” ballistik raketləri ilə silahlanıb. “The Sun”un məlumatına görə, sualtı qayıqlar vaxtlarının böyük hissəsini Şotlandiyadakı Klayd hərbi-dəniz bazasının limanında keçirirlər. Bu zaman onlar havadan müşahidə və potensial dron hücumlarına qarşı həssas ola bilərlər.

Son illər münaqişələr ucuz və kiçik dronların belə bahalı hərbi texnikaya ciddi təhlükə yarada bildiyini göstərib. Bu səbəbdən hərbi obyektlərin qorunmasında ənənəvi hava hücumundan müdafiə sistemləri ilə yanaşı, daha sadə və çevik vasitələrə də maraq artır. Yanğınsöndürmə şlanqlarının dronlara qarşı nə dərəcədə effektiv olacağı isə ayrıca məsələdir. Bu üsulun real imkanları dronun növündən, məsafədən, hava şəraitindən və digər amillərdən asılıdır. Buna görə də onu tamhəcmli hava hücumundan müdafiə sisteminin əvəzi kimi qiymətləndirmək olmaz.

Beləliklə, müasir müharibənin paradokslarından biri yenidən gündəmə gəlir: milyardlarla dollar dəyərində olan hərbi platformaları qorumaq üçün bəzən ənənəvi, ilk baxışda sadə görünən vasitələr də sınaqdan keçirilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kirayə mənzil fonduna daha 90 mənzil əlavə olunub

17:58
24 Noyabr

“Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfrans 

17:56
24 Noyabr

İsveçrədə erkən tunc dövrünə aid bəzək əşyası aşkarlanıb  

17:50
24 Noyabr

Qətərin Baş naziri: Yaxın Şərq yeni gərginliyə dözə bilməz  

17:38
24 Noyabr

Azərbaycanda informasiya və rabitə xidmətləri 10 faiz artıb

17:29
24 Noyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

17:28
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

17:27
24 Noyabr

“Sabah” – “Barselona” oyunu ilə bağlı diqqətçəkən 5 maraqlı fakt 

16:58
24 Noyabr

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək - XƏBƏRDARLIQ  

16:52
24 Noyabr

Təbiətin dili obyektivdən danışdı

16:49
24 Noyabr

Sumqayıt Sənaye Parkında yeni istehsal layihəsi

16:47
24 Noyabr

“Barselona” gəlir, Bakı metrosu gec bağlanacaq

16:47
24 Noyabr

Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib  

16:45
24 Noyabr

Altayda əvvəllər məlum olmayan mədəniyyətin izləri aşkarlanıb  

16:45
24 Noyabr

İtaliya-Azərbaycan strateji tərəfdaşlığı və enerji əməkdaşlığı Romada müzakirə olunub  

16:44
24 Noyabr

Yaponiya hərbi sənayeni gücləndirmək üçün avtomobil şirkətlərini cəlb edir  

16:40
24 Noyabr

Dövlət idarəçiliyində süni intellekt dövrü: beynəlxalq təlim proqramı başa çatıb

16:39
24 Noyabr

Diş əti xəstəliklərinə qarşı yeni üsul hazırlanıb

16:37
24 Noyabr

Rəsədxana: Bu gün ilin ilk Super Ayı görünəcək

16:33
24 Noyabr

Azərbaycanla Vatikan arasında arxiv sahəsində əməkdaşlığa dair daha bir sənəd imzalanıb  

16:32
24 Noyabr

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:30
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!