09 Dekabr 2022 01:36
292
İDMAN
A- A+

Almaniya millisində qalmaqal

 

"DÇ-2022"də olduğu vaxt Almaniya millisində qalmaqal yaşanıb. Bu barədə "Bild" məlumat yayıb. Milli komanda düşərgədə iki hissəyə bölünüb - "Bavariya"nın oyunçuları və digərləri. 
Baş məşqçi Hans-Diter Flik "Bavariya"nın oyunçularına qarşı xüsusi münasibətdə ittiham olunub. Bu da komanda daxilində ixtilaf yaradıb. Flik ona görə də bütün komandanın rəğbətini qazana bilməyib.
Problemlər mundialın qrup mərhələsinin 1-ci turunda Yaponiya ilə oyunundan (1:2) əvvəl başlayıb. Matç ərəfəsində "One Love" sarğısı ətrafında müzakirələrə Manuel Nouer və Leon Qoretzka başlayıb. Onlar israrla oyunöncəsi komanda ilə foto çəkilişi zamanı ağzını örtmək lazım olduğunu bildiriblər. Digər oyunçular isə heç bir siyasi aksiyada iştirak etmək istəməyiblər.
Yaponiya ilə oyun zamanı bir çox futbolçu Flikin İlkay Gündoğanın yerinə Qoretskanı buraxma qərarını anlamayıb. İlkay isə bu qərara görə qəzəblənib. Mark-Andre ter Ştegen və Kay Havertz dünya çempionatında oyuna ehtiyat oyunçular skamyasında başladıqları üçün məyus olublar. "Barselona"nın qapıçısı xüsusilə klubdakı çıxışlarına rəğmən şans qazanmadığına görə təəssüflənib.
"Bavariya"da Flikin baş məşqçiliyi altında oynayan, hazırda "Borussiya" Dortmundun şərəfini qoruyan Niklas Süle ilk oyunda zəif çıxış etməsinə baxmayaraq, meydana çıxıb. Niko Şlotterbek və Mattias Ginter isə şans qazanmayıb. Bütün bunlar yığmanın daxilində ciddi problemlərə yol açıb.
Qeyd edək ki, Almaniya yığması mundialda E qrupunu 4 xalla üçüncü sırada başa vuraraq turnirlə erkən vidalaşıb. Xatırladaq ki, Flik 2019-2021-ci illərdə "Bavariya"nı çalışdırıb. O, ötən ildən yığmanın baş məşqçisidir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video