05 Oktyabr 2022 17:07
672
Elm və texnika
A- A+

Alimlər Fəxri xiyabanda akademik Cəlal Əliyevin məzarını ziyarət ediblər

 

Oktyabrın 5-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə institutun əməkdaşları Fəxri xiyabanda görkəmli şəxsiyyət və ictimai-siyasi xadim, böyük alim-pedaqoq, akademik Cəlal Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynova akademik Cəlal Əliyevlə bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, Cəlal Əliyev məktəbinin yetirmələrinin qazandığı nailiyyətlər məhz müəllimlərinin diqqəti, qayğısı və fədakar əməyinin nəticəsidir. Sevindirici haldır ki, Cəlal Əliyev məktəbinin tələbələri yeni alim nəsli yetişdirməklə bu çətin və şərəfli işdə öz müəllimlərinə layiq olmağa çalışırlar.

AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Novruz Quliyev və başqaları müəllimləri Cəlal Əliyevin ciddi və tələbkar müəllim olması ilə yanaşı, eyni zamanda, tələbələri ilə qayğıkeş, mehriban rəftarı, səmimi tələbə-müəllim münasibəti yaratmaq bacarığını vurğulayıblar. Qeyd olunub ki, akademik Cəlal Əliyev məktəbinin davamçılarının hazırda həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda - ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Fransa və başqa ölkələrin nüfuzlu universitetlərində uğurla öz elmi fəaliyyətlərini davam etdirirlər.

Tədbir daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda davam etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video