10 İyul 2026 09:05
128
İQTİSADİYYAT
A- A+
"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli


Bir sıra dövlət elektron xidmətlərinin "mygov.az" platformasında cəmləşdirilməsi, mobil tətbiqlərin funksionallığının genişləndirilməsi, eləcə də indiyədək ənənəvi qaydada göstərilən xidmətlərin mərhələli şəkildə rəqəmsal formata keçirilməsi "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın ilk uğurlu nəticələri kimi qiymətləndirilə bilər. Bu yeniliklər vətəndaşlara daha operativ, şəffaf və rahat xidmət göstərilməsini təmin etməklə yanaşı, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini də sürətləndirir.

Şübhəsiz ki, rəqəmsallaşma yalnız texnoloji yenilənmə prosesi deyil. Bu, iqtisadi inkişafın sürətləndirilməsi, idarəetmənin səmərəli olmasına yol verilməsi, biznes mühitinin daha əlverişli hala gətirilməsi və cəmiyyətin innovativ düşüncə tərzinə uyğun yenilənməsi  deməkdir. Rəqəmsal İnkişaf Şurasının ilk iclasında xüsusi vurğulandığı kimi, əsas hədəf milli iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, müasir innovasiya mühitinin  formalaşdırılması və ölkənin investisiya cəlbediciliyinin daha çox artırılmasıdır. Ona görə də fəaliyyət planının icrası Azərbaycanın rəqəmsal gələcəyinin etibarlı təməllərinin yaradılması istiqamətində mühüm mərhələ kimi dəyərləndirilir. Bu zərurət xüsusən beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan üçün yeni imkanlar, yeni vəzifə və tələblər formalaşdırır. Bütün bunlar çevik nəqliyyat-kommunikasiya imkanlarını, yerli və xarici bazarlara operativ çıxışı, eləcə də müasir logistik xidmətlərin inkişafını tələb edir. 

Bəs həyata keçirilən rəqəmsallaşma nəqliyyat xidmətlərinə necə təsir göstərəcək? Avrasiya məkanının mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq nəqliyyat-logistik-tranzit proseslərinə rəqəmsallaşma və süni intellektin tətbiqi hansı təsirləri göstərə bilər? Və nəhayət, rəqəmsal nəqliyyat-logistika prosesləri hansı üstünlükləri vəd edir?

Mövzuya münasibət bildirən  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil ƏsƏdov  deyir ki, müasir dövrdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı qlobal iqtisadiyyatın davamlı və etibarlı olmasını təmin edən əsas amillərdən birinə çevrilib. Onun sözlərinə görə, XXI əsrdə dünya iqtisadiyyatında baş verən dərin struktur dəyişiklikləri nəqliyyat sistemlərinin inkişafı üçün də yeni tələblər formalaşdırıb. Qloballaşmanın sürətlənməsi, elektron ticarətin geniş vüsət alması, yük və sərnişin daşımalarının həcminin artması beynəlxalq nəqliyyat əməliyyatlarının daha operativ, təhlükəsiz və səmərəli idarə olunmasını zəruri edir. Həmin hədəflərə nail olunmasında nəqliyyat əlaqələri və logistika sisteminin səmərəli fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Məhz buna görə  rəqəmsal inkişaf nəqliyyat-logistika sektorunda təkcə yeni informasiya texnologiyalarının tətbiqi ilə məhdudlaşmır. Bu proses idarəetmə modelinin yenilənməsini, məlumatların real vaxt rejimində emalını, avtomatlaşdırılmış qərar qəbuletmə mexanizmlərinin formalaşdırılmasını və logistika zəncirinin bütün mərhələlərinin daha səmərəli təşkilini özündə ehtiva edir.

Şübhəsiz, rəqəmsallaşmanın  əsas hərəkətverici qüvvələrindən biri süni intellektdir. Süni intellekt texnologiyaları böyükhəcmli məlumatları qısa müddətdə hazırlamağa, yük və sərnişin axınlarını daha dəqiq proqnozlaşdırmağa, marşrutları optimallaşdırmağa, mümkün riskləri əvvəlcədən qiymətləndirməyə və resurslardan daha səmərəli istifadəni təmin etməyə imkan verir. Nəticədə nəqliyyat-logistika prosesləri daha çevik, təhlükəsiz və iqtisadi cəhətdən səmərəli idarə olunur ki, bu da beynəlxalq daşımaların keyfiyyətinin yüksəldilməsi və tranzit potensialının daha effektiv reallaşdırılması baxımından mühüm üstünlüklər yaradır.

Ekspertin də fikri belədir ki, süni intellekt nəqliyyat-logistika sektorunda ən perspektivli texnologiyalardandır. Onun alqoritmləri yol hərəkətinin intensivliyini, hava şəraitini, sərhəd-keçid məntəqələrindəki vəziyyəti, yanacaq sərfi və digər amilləri kompleks şəkildə təhlil edərək, ən səmərəli marşrutları müəyyənləşdirir. Bu isə daşınma müddətinin qısaldılmasına, logistika xərclərinin azalmasına və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır. Eləcə də anbar təsərrüfatında robotlaşdırılmış sistemlər sifarişlərin çeşidlənməsi, hazırlanması və yüklənməsi proseslərini avtomatlaşdırır. Süni intellekt isə nəqliyyat vasitələrinin yüklənməsini optimallaşdıraraq onların daşıma potensialından maksimum istifadəni təmin edir. 

Bu baxımdan qeyd edək ki, rəqəmsallaşma və süni intellektin tətbiqi Azərbaycan üçün də uzunmüddətli strateji üstünlüklər vəd edir. "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, üstəlik, Orta dəhlizin əsas iştirakçılarından biri olan ölkəmizdə rəqəmsal nəqliyyat sistemlərinin inkişafı artıq zərurətə çevrilib. Bu istiqamətdə "ASAN xidmət" və elektron hökumət sistemlərinin inkişafı, rəqəmsal gömrük texnologiyalarının tətbiqi, logistika mərkəzlərinin və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının idarəetmə sistemlərinin rəqəmsallaşdırılması, dəmir yolu daşımalarının elektron platformalar üzərindən idarə olunması çox  əhəmiyyətlidir. Paralel olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Zəngəzur dəhlizinin (TRIPP)  istifadəyə hazırlanması və Orta dəhlizin inkişafı fonunda rəqəmsal logistika texnologiyalarının geniş tətbiqi Azərbaycanın beynəlxalq tranzit imkanlarını artırmaqla, onun Avrasiyanın aparıcı nəqliyyat-logistika mərkəzlərindən biri kimi mövqeyini gücləndirəcək.

Beynəlxalq təcrübə göstərir ki, rəqəmsallaşma ilə yanaşı, yüksək investisiya tələbi, kibertəhlükəsizlik, hüquqi tənzimləmə, informasiya sistemlərinin inteqrasiyası və ixtisaslı kadr təminatı kimi bir sıra problemlər də  mövcuddur. Lakin bütün bu amillərə baxmayaraq, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı nəqliyyat-logistika sahəsində yeni imkanlar yaradır. Tam avtomatlaşdırılmış logistika mərkəzləri, "ağıllı nəqliyyat" sistemləri, rəqəmsal sənədləşmə və optimallaşdırılmış daşımalar gələcəyin nəqliyyat modelinin əsas elementlərinə çevriləcək.

Beləliklə, nəqliyyat əlaqələrinin rəqəmsallaşdırılması qlobal iqtisadi inkişafın mühüm istiqamətlərindən biri olmaqla yanaşı, Azərbaycanın tranzit imkanlarının genişləndirilməsi baxımından da strateji əhəmiyyət daşıyır. Süni intellekt və innovativ texnologiyaların tətbiqi daşımaların səmərəsini artırmaq və logistika xərclərini azaltmaqla, eləcə də xidmət keyfiyyətini yüksəltməklə ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində mövqeyini daha da gücləndirəcək.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yayda orqanizmimizi susuzluqdan necə qoruyaq?

10:35
10 İyul

Bakının yeni nəqliyyat şəbəkəsi

10:25
10 İyul

Milli intellektual elita formalaşır

10:15
10 İyul

Gənclərimiz Daşkənd səfərindən zəngin təəssüratla dönüblər

10:05
10 İyul

Şəmkir: orta məhsuldarlıq hələlik 40 sentnerdir

09:55
10 İyul

Goranboydakı "Süd Bulağı" MMC xarici bazarlara çıxmaq istəyir

09:45
10 İyul

Aqrar sektorun inkişafinda yeni dövr başlayır

09:35
10 İyul

Proqram mühəndisliyi kibertəhlükəsizliyin və rəqəmsal inkişafın əsas dayaqlarındandır

09:25
10 İyul

Azərbaycan Dövlət Aqrar Universitetinin görkəmli məzunları

09:15
10 İyul

"Ağıllı yol"lar, rəqəmsal körpülər - müasir nəqliyyat sisteminin Azərbaycan modeli

09:05
10 İyul

NATO Ankara sammitində hansı mesajları verdi?

08:53
10 İyul

Sənaye zonaları: sərmayə, istehsal və ixrac artır

08:45
10 İyul

"Əsas məqsəd rəqəmsal mühitdə uşaqların maraqlarını təhlükəli təsirlərdən qorumaqdır"

08:37
10 İyul

Bakıdan başlayan 100 illik yol: Türkoloji Qurultayın irsi 

08:32
10 İyul

Azərbaycan-İordaniya əlaqələri yüksək hüquqi müstəviyə keçir 

08:24
10 İyul

Rəqəmsal inkişaf və innovativ iqtisadiyyat seçim deyil, zərurətdir

08:16
10 İyul

Rəqəmsal hədəflər ayrıca hüquqi mexanizmlərin yaradılmasını zəruri edir

08:08
10 İyul

Azərbaycan - regionun sabitlik və əməkdaşlıq ünvanı

08:00
10 İyul

"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş"in təsdiq edilməsi haqqında

01:02
10 İyul

“Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:01
10 İyul

“Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi və “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarının ləğv edilməsi barədə

00:51
10 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!