22 Aprel 2026 08:30
405
CƏMİYYƏT
A- A+
Ağ günlərinə qovuşan Ağdam

Ağ günlərinə qovuşan Ağdam


Ağdam bu gün Azərbaycanın ən böyük dirçəliş layihələrindən birinin mərkəzində dayanır. Uzun illər müharibənin, işğalın və dağıntının ağır nəticələrini yaşamış bu şəhər indi yenidən həyat qazanır. Vaxtilə xarabalıqları ilə dünyanın diqqətini çəkən, "ruhlar şəhəri" kimi tanınan Ağdam artıq yeni dövrə qədəm qoyub. Burada aparılan bərpa və yenidənqurma işləri təkcə tikinti layihəsi deyil, eyni zamanda tarixi ədalətin bərpası, milli iradənin təcəssümü və gələcək inkişafa yönəlmiş böyük dövlət strategiyasıdır.

2020-ci ildə qazanılan tarixi qələbə Ağdamın da taleyini dəyişdi. Rayon hərbi əməliyyat aparılmadan Azərbaycana qaytarıldı və bununla da şəhərin yeni həyat mərhələsi başladı. Azadlıqdan dərhal sonra əraziyə mütəxəssislər cəlb edildi, minalardan təmizləmə işlərinə start verildi, şəhərin baş planı hazırlandı və geniş tikinti proqramı icraya yönəldildi. 2021-ci ilin may ayında Ağdam şəhərinin təməli qoyuldu. Həmin tarixdən etibarən burada görülən işlərin miqyası göstərdi ki, Azərbaycan bu torpaqları yalnız geri qaytarmaqla kifayətlənmir, eyni zamanda onları müasir inkişaf mərkəzinə çevirmək niyyətindədir.

Ağdamın bugünkü siması dövlətimizin işğaldan azad edilmiş ərazilərlə bağlı müəyyən etdiyi inkişaf siyasətinin ən aydın nümunələrindən biridir. Onilliklər ərzində viran qoyulan küçələr, dağıdılmış yaşayış məhəllələri, yerlə yeksan edilmiş binalar indi müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Yeni salınan geniş küçələr, abad parklar, sosial obyektlər və yaşayış kompleksləri Ağdamın gələcəkdə regionun ən nümunəvi şəhərlərindən birinə çevriləcəyini göstərir.

Rayonun quruculuğu zamanı ilk mərhələdə yol infrastrukturu əsas prioritetlərdən biri oldu. Ağdamı digər bölgələrlə birləşdirən magistral yollar yenidən salındı, kəndlərə və yaşayış məntəqələrinə aparan daxili yollar çəkildi. Elektrik xətləri, su təchizatı sistemləri, qaz şəbəkəsi və rabitə infrastrukturu yenidən quruldu. Bu layihələr olmadan yaşayışın bərpası mümkün deyildi. Dövlət qısa müddət ərzində Ağdamda sıfırdan yeni mühəndis-kommunikasiya sistemi formalaşdırdı.

Şəhərin yenidən qurulmasında müasir urbanizasiya prinsiplərinə xüsusi diqqət yetirilir. Ağdam yalnız əvvəlki vəziyyətinə qaytarılmır, daha funksional, daha rahat və təhlükəsiz şəhər kimi formalaşdırılır. Burada "ağıllı şəhər" yanaşmasının elementləri tətbiq olunur. Rəqəmsal idarəetmə sistemləri, enerjiyə qənaət edən texnologiyalar, ekoloji cəhətdən təmiz nəqliyyat həlləri, geniş yaşıllıq zolaqları və piyada məkanları şəhərin gələcək simasını müəyyənləşdirir. Bu yanaşma göstərir ki, Ağdam keçmişin xatirəsi kimi deyil, gələcəyin şəhəri kimi qurulur.

Yeni yaşayış massivləri müasir standartlara uyğun inşa olunur. Binalar dayanıqlılıq normalarına cavab verir, həyətlər abadlaşdırılır, tibb məntəqələri, idman meydançaları və ictimai xidmət obyektləri tikilir. Şəhərə qayıdan insanların yalnız mənzillə təmin olunması deyil, rahat və keyfiyyətli həyat sürməsi əsas məqsəd kimi götürülüb. Bu səbəbdən yaşayış sahələri ilə yanaşı, sosial mühitin formalaşdırılması da diqqət mərkəzindədir.

Təhsil infrastrukturu Ağdamın dirçəlişində xüsusi yer tutur. Şəhərdə yeni məktəb binaları tikilir, müasir laboratoriyalar və kitabxanalar yaradılır. Gənc nəslin doğma torpaqda keyfiyyətli təhsil alması gələcək inkişafın əsas təminatlarından biridir. Bununla yanaşı, peşə təhsili və texniki hazırlıq mərkəzlərinin yaradılması da nəzərdə tutulur. Məqsəd yalnız yaşayışın bərpası deyil, eyni zamanda bacarıqlı kadrların formalaşdırılmasıdır.

Səhiyyə xidmətlərinin yenidən qurulması istiqamətində də mühüm addımlar atılır. Müasir xəstəxana və poliklinikaların tikintisi, təcili tibbi yardım sisteminin təşkili, kəndlərdə ilkin tibbi xidmət məntəqələrinin yaradılması insanların təhlükəsiz və rahat yaşamı üçün vacib şərtdir. Dövlət bu məsələyə xüsusi həssaslıqla yanaşır, çünki doğma yurda qayıdan ailələrin dayanıqlı məskunlaşması üçün sosial təminat əsas amildir.

Ağdamın iqtisadi potensialı da genişdir. Tarixən kənd təsərrüfatı, ticarət və sənaye baxımından mühüm mövqedə olan rayonun yenidən regionun aparıcı mərkəzlərindən birinə çevrilməsi planlaşdırılır. Burada sənaye zonalarının yaradılması, logistika imkanlarının artırılması, emal müəssisələrinin qurulması, kiçik və orta sahibkarlığın dəstəklənməsi nəzərdə tutulur. Mütəxəssislər hesab edirlər ki, Ağdam gələcəkdə ölkənin əsas iqtisadi lokomotivlərindən birinə çevrilə bilər.

Kənd təsərrüfatı sahəsində də böyük perspektivlər mövcuddur. Ağdamın münbit torpaqları taxılçılıq, üzümçülük, heyvandarlıq və bağçılıq üçün əlverişlidir. Suvarma sistemlərinin yenidən qurulması ilə rayonun aqrar imkanları daha da genişlənəcək. Fermer təsərrüfatlarının yaradılması, kooperativ modelinin təşviqi və aqrotexniki xidmətlərin göstərilməsi əhalinin rifahına müsbət təsir edəcək.

Mədəni irsin qorunması Ağdamın yenidən doğuluşunun mühüm hissəsidir. İşğal dövründə dağıdılmış məscidlər, tarixi binalar, mədəniyyət ocaqları və qəbiristanlıqlar tədricən bərpa olunur. Şəhərin tarixi kimliyi müasir memarlıqla vəhdətdə qorunur. Ağdam təkcə yeni binalardan ibarət şəhər olmayacaq, həm də keçmişini unutmayan, yaddaşını yaşadan mədəni mərkəz kimi inkişaf edəcək. Bu istiqamətdə muzeylərin, sərgi salonlarının, konsert məkanlarının yaradılması da planlaşdırılır.

Ağdamın coğrafi mövqeyi də onun gələcəyinə böyük üstünlük verir. Qarabağın mərkəzində yerləşən şəhər nəqliyyat və logistika baxımından strateji əhəmiyyət daşıyır. Yeni yollar və dəmir yolu xətləri Ağdamı ölkənin digər hissələri ilə daha sıx bağlayacaq. Bu isə ticarət dövriyyəsinin artmasına, investisiyaların cəlbinə və yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bütün bu işlər dövlətimizin gücünü və siyasi iradəsini nümayiş etdirir.

Bərpa prosesinin ən mühüm istiqamətlərindən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışıdır. Otuz ilə yaxın müddətdə yurd həsrəti yaşayan insanlar artıq mərhələli şəkildə öz evlərinə dönürlər. Uzun fasilədən sonra doğma yurdlarına qovuşan insanların sayı gündən-günə artır. Hazırda 7891 ailə, 31880 nəfər keçmiş məcburi köçkün öz doğma torpaqlarında yaşayır. Məskunlaşma prosesi 9 şəhər, 3 qəsəbə, 29 kəndi əhatə edir. 2026-cı ilin sonunadək "Böyük qayıdış" proqramının birinci mərhələsinin tamamlanması ilə 140 min nəfərin, başqa sözlə, 34500 ailənin öz yurdlarına qayıtması planlaşdırılır. Əzəli torpaqlarına qovuşan insanların mühüm bir qismi Ağdamın payına düşür. 

Dünən Ağdam şəhəri daha 332 sakininə (92 ailə) qucaq açıb. Şəhərdə artıq 405 ailə və ya 1502 nəfər yaşayır. Bu, sadəcə, statistik rəqəm deyil. Bu, dağıdılmış ailə xatirələrinin bərpası, uşaqlıq küçələrinin yenidən canlanması, keçmiş məcburi köçkünlərin ata-baba yurduna qovuşmaq sevincidir. Ağdama köç edən sakinlərin emosiyaları da bunu təsdiqləyir. Uzun illər müxtəlif bölgələrdə məskunlaşmış ailələr doğma şəhərə dönərkən həm sevinir, həm də kövrəlirlər. Onlar illərlə xatirələrində yaşatdıqları torpaqlara indi gerçəkdə qayıdırlar. Bir çoxu  üçün bu dönüş həyatlarının ən böyük arzusu idi. İnsanlar bildirirlər ki, bu günləri görəcəklərinə inanırdılar və indi həmin inam reallığa çevrilib. Yeni mənzillərə yerləşən ailələr yaradılan şəraitdən razıdırlar, dövlət qayğısını yüksək qiymətləndirirlər.

Bu gün Ağdama hər qayıdan ailə ilə şəhərin həyat ritmi bir qədər də sürətlənir. Bir zamanlar səssiz qalan küçələrdə indi uşaqların səsi eşidilir, həyətlərdə həyat canlanır, insanlar sabaha inamla baxırlar. Ağdamın dirçəlişi təkcə bir rayonun bərpası deyil, bu həm də milli ləyaqətin, ədalətin və zəfərin təntənəsidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan mediası Prezident İlham Əliyevin Zəngilan sakinləri ilə görüşündəki çıxışına geniş yer ayırıb  

22:25
10 May

Prezident İlham Əliyevin sosial media hesablarında Zəngilan səfəri ilə bağlı videoçarx paylaşılıb

22:19
10 May

Premyer Liqa: "Neftçi"dən asan qələbə

21:46
10 May

Nikol Paşinyan: Qarabağ bizim deyildi  

21:18
10 May

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş konsert proqramı  

20:19
10 May

DİN-in əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər

20:03
10 May

Premyer Liqa: “Karvan-Yevlax”ın I Liqaya düşməsi dəqiqləşib

19:48
10 May

Kişineuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib  

18:43
10 May

Sankt-Peterburqda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

18:29
10 May

Birinci vitse-prezident Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib

17:55
10 May

Azərbaycan Ordusunun gənc əsgərləri and içiblər

16:51
10 May

Misir-Azərbaycan Dostluq Parkında Ulu Öndərin xatirəsi anılıb

16:48
10 May

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!