18 İyun 2025 11:56
457
SİYASƏT
A- A+
Afrim Qaşin: Parlament demokratiyası ölkələrimiz arasında davamlı münasibətlərin qurulmasında əsas vasitədir  

Afrim Qaşin: Parlament demokratiyası ölkələrimiz arasında davamlı münasibətlərin qurulmasında əsas vasitədir  


Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QDİƏT PA) yalnız region ölkələrini bir araya gətirmir, eyni zamanda, gənc nəsillər arasında dialoqu təşviq edərək, xalqlarımızın daha sıx inteqrasiyasına töhfə verir.

AZƏRTAC xəbər verir ki, bunu Şimali Makedoniya Respublikası Assambleyasının prezidenti Afrim Qaşin QDİƏT PA-nın Bakıda keçirilən 65-ci plenar sessiyasının açılış mərasimində deyib.

O qeyd edib ki, assambleya siyasi dialoqun mümkünlüyünün, hətta sabit və firavan gələcəyin qurulması üçün yeganə və ən doğru yol olduğunun bariz sübutudur. Bu dialoq ortaq məqsədləri, ümumi dəyərləri və sabitliyə olan birgə inamı əks etdirir.

“Şimali Makedoniya Respublikası regional sabitliyə, Avropaya inteqrasiyaya və iqtisadi əməkdaşlığın gücləndirilməsinə sadiqdir. Biz parlament demokratiyasını ölkələrimiz arasında davamlı və dərin münasibətlərin qurulmasının əsas vasitələrindən biri hesab edirik. Çalışırıq ki, gənc nəslimiz öz potensialını doğma regionda reallaşdırsın, burada qalsın, uğur qazansın. Bu, yalnız dayanıqlı siyasətlərin həyata keçirilməsi ilə mümkündür. Elə buna görə də, gənclərə sərmayə yatırmaq, onlara şərait yaratmaq bizim üçün strateji hədəfdir”, - deyə Afrim Qaşin bildirib.

Onun sözlərinə görə, nəqliyyat əlaqələrinin gücləndirilməsi, ətraf mühitin mühafizəsi, yoxsulluğa qarşı mübarizə və mədəniyyətlərarası əlaqələrin qurulması sahəsində də mühüm işlər görülür. “Bu yolla biz daha güclü, bir-birinə bağlı və davamlı inkişaf edən Qara dəniz regionu iqtisadi icması yarada bilərik. Parlamentlər burada mühüm rol oynayır – bu qurum nəinki regional gündəmi izləyir, eyni zamanda onu istiqamətləndirir, formalaşdırır. Buna görə də biz assambleyanın gündəliyini tam dəstəkləyir, onun uğurlu icrası üçün fəal şəkildə töhfə verməyə hazır olduğumuzu bildiririk”, - deyə o əlavə edib.

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!