13 Fevral 2025 00:58
30392
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2025-ci il tarixli 47 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 11/60


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 3 saylı Babək-Şahbuz-  Kəngərli seçki dairəsindən Şıxmahmud bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Eyvazov Mətləb Hökumət oğlu 2025-ci il fevralın 11-də Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) müraciət edərək seçkilərdə qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bunanla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci, 112.1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin onu təqdim edmiş şəxsə geri qaytarılması barədə rəy vermişdir.

Belə ki, Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci və 112.1-ci maddələrinə əsasən qərara alır: 

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 3 saylı Babək-Şahbuz-  Kəngərli seçki dairəsindən Şıxmahmud bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Eyvazov Mətləb Hökumət oğlunun 11 fevral 2025-ci il tarixli 47 saylı müraciəti şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


12.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ümumi təhsil müəssisələrinin məzunlarına elektron attestatlar təqdim olunur

15:23
11 Avqust

Osman Kepenek: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiya nəqliyyat sistemində rolunu gücləndirəcək

15:21
11 Avqust

Luis Suares 39 yaşında Uruqvay millisinə qayıda bilər

15:06
11 Avqust

İkinci Dünya müharibəsi bombası Dunayda yoxa çıxıb

15:04
11 Avqust

Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb

15:03
11 Avqust

Aktiv ƏDV ödəyicilərinin sayı 5,8 faiz artıb

15:02
11 Avqust

“Ritm” rəqs qrupu Azərbaycanı Fransada beynəlxalq folklor festivalında təmsil edir  

15:00
11 Avqust

Bir həftəlik meditasiyanın beyinə təsiri müəyyən olunub

14:47
11 Avqust

“Nvidia” AI infrastrukturu üçün 500 milyard dollar investisiya cəlb edir

14:45
11 Avqust

Piylənmədən qoruyan nadir gen kəşf edilib

14:43
11 Avqust

Tənhalıq insan orqanizminə necə təsir edir?

14:40
11 Avqust

Okeanlarda rekord istiləşmə qeydə alınıb

14:37
11 Avqust

Avstraliya nadir quş növünü qorumaq üçün vaksinasiyaya başlayır 

14:35
11 Avqust

Tramp uşaq peyvəndlərinin sayını azaltmaqla bağlı sərəncam imzalayıb  

14:33
11 Avqust

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma evsahibliyi edəcək 

14:30
11 Avqust

Azərbaycan Prezidentinin irəli sürdüyü Zəngəzur dəhlizi təşəbbüsü geosiyasi baxımdan olduqca səmərəlidir

14:28
11 Avqust

Konqoda Ebola qızdırmasından ölənlərin sayı iki min nəfəri keçib

14:25
11 Avqust

Çempionlar Liqası: “Sabah” – “Orxus” oyununa bütün biletlər satılıb

14:23
11 Avqust

Kürdəmirdə sahibkarlar ölkədə yaradılmış əlverişli işgüzar mühitdən yararlanmağa dəvət ediliblər

14:20
11 Avqust

Ekspert: Təhsilhaqqının azaldılması həkim çatışmazlığını aradan qaldıra bilər 

14:17
11 Avqust

Britaniya son onilliklərin ən ciddi ərzaq təhlükəsizliyi böhranı ilə qarşı-qarşıyadır  

14:15
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!