14 Yanvar 2024 01:42
9944
MSK
A- A+

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar № 3/14

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi)   77.2-ci maddəsinə görə prezidentliyə qeydə alınmış namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatları seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmağa borcludurlar.
Seçki Məcəlləsinin 80.4-cü maddəsinə əsasən seçkiqabağı təşviqat müddəti başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyaların verdikləri ərizə əsasında həmin Məcəllənin 80.7-ci maddəsinə uyğun olaraq ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir.
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtının prezidentliyə qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (bundan sonra - Mərkəzi Seçki Komissiyası) püşkatma komissiyası yaradılmalı, püşkatmanın yeri və vaxtı müəyyən edilməli, bu barədə məlumat rəsmi dərc olunmalı və maraqlı subyektlər məlumatlandırılmalıdır.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci, 80.4-cü, 80.6-cı və 80.7-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtının prezidentliyə qeydə alınmış  namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın:
- Almas Qəhramanlı - Mərkəzi Seçki Komissiyasının üzvü;
- Fuad Cavadov - Mərkəzi Seçki Komissiyasının üzvü;
- Qabil Orucov - Mərkəzi Seçki Komissiyasının üzvü;
- Şahin Əsədli - Mərkəzi Seçki Komissiyası Katibliyi Media və kommunikasiya şöbəsinin müdiri.
2. Püşkatma Mərkəzi Seçki Komissiyasının inzibati binasında 2024-cü il yanvarın 15-i saat 14:00-da keçirilsin.
3. Bu barədə məlumat rəsmi dərc edilsin və maraqlı subyektlər məlumatlandırılsın. 
4. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov
Katib    Arifə Muxtarova 
Katib    Mikayıl Rəhimov

13.01.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video