01 Dekabr 2021 00:22
561
DÜNYA

2 trilyon dollarlıq zərər

 

Qlobal pandemiya 2021-ci ildə dünya turizminə də böyük böhran yaradıb

 

COVID-19 pandemiyası nəticəsində 2021-ci ildə dünya turizmi təxminən 2 trilyon ABŞ dolları məbləğində gəlirdən məhrum olacaq. Bu barədə  BMT-nin Ümumdünya Turizm Təşkilatının  (UNWTO) hesabatında deyilir.

Bildirilir ki, bu göstərici 2020-ci ildə itkilərin məbləği ilə müqayisə oluna bilər, lakin iki il əvvəl qeydə alınmış zərərdən azdır.

UNWTO iyul-sentyabr aylarında təyinat ölkələrinə turistlərin giriş sayının 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 58 faiz artmasını qeydə alsa da, bu göstəricilər 2019-cu ilin səviyyəsindən 64 faiz aşağıdır.

 Avqust və sentyabr aylarında səfərlərin sayı pandemiyanın başlanğıcından bəri maksimum həddə çatıb, lakin hələ də 2019-cu il göstəricisindən 63 faiz aşağı olub.

 

Asiya-Sakit okean regionuna girişlərin sayı 95 faiz azalıb

 

Avropa, eləcə də Şimali və Cənubi Amerika bu sahədə 2021-ci ilin üçüncü rübündə nisbi artım göstərsələr də, Asiya-Sakit okean regionuna (ASR) gəlişlərin sayı 2019-cu illə müqayisədə  95 faiz azalmışdır. Avstraliya, Yeni Zelandiya, Sinqapur və Çin də daxil olmaqla bir sıra Asiya-Sakit okean regionu ölkələri COVID-19-a münasibətdə “sıfır tolerantlıq” siyasətini yürüdürlər və beynəlxalq girişlərə ciddi məhdudiyyətlərə hələ də riayət edirlər.

Əgər aparıcı istiqamətlər haqqında danışsaq, onda Xorvatiya, Meksika və Türkiyədə ən güclü bərpa iyul - sentyabr aylarında qeydə alınmışdır. Karib hövzəsi dövlətləri isə BMT-nin hesabatında göstərilən bütün subregionlar arasında ən yüksək göstəricilər nümayiş etdiriblər: oraya gəlişlərin sayı 2020-ci illə müqayisədə 55 faiz artmışdır.

 

Pandemiya dövründə neft qiymətlərinin oynaması

 

UNWTO-nın hesabatına görə, dünyada peyvəndləmənin qeyri-bərabər göstəriciləri və COVID-19-un yeni mutasiyaları  onsuz da ləng gedən və kövrək olan bərpa prosesinə təsir göstərə bilər. Virusun yeni “Omikron” variantı  ilə bağlı narahatlıqlar bir sıra ölkələrdə səfərlərə növbəti dəfə məhdudiyyətlər yaradıb.

Hesabatda bildirilir ki, pandemiya ilə yanaşı, neft qiymətlərinin sıçrayışları, eləcə də qlobal təchizat zəncirinin pozulması turizmə təsir göstərə bilər.

UNWTO-nın baş katibi Zurab Pololikaşvili turistlərin daha dəqiq səyahət planlarını həyata keçirmək imkanına malik olmaları üçün ölkələri tətbiq etdikləri   məhdudiyyətləri öz aralarında razılaşdırmağa çağırıb. Onun fikrincə, söhbət sənayedə tarixi böhrandan gedir. Eyni zamanda, Pololikaşvili əmindir ki, turizm kifayət qədər tez bərpa oluna bilər.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video