17 Aprel 2024 12:34
216
İQTİSADİYYAT
A- A+

Ziyad Səmədzadə: Xəzər dənizi ilə bağlı elmi araşdırmalarım aparılması labüddür

 

Xəzər dənizi ilə bağlı elmi araşdırmalarım aparılması labüddür. Vaxtilə Xəzər dənizi hövzəsi ölkələrində ən güclü elmi və texniki potensial Azərbaycanda olub. Ona görə də bu ənənələri davam etdirmək yaxşı olardı.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Ziyad Səmədzadə parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin aprelin 17-də keçirilən iclasında Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib.

Deputat Xəzər dənizində süni torpaq sahəsinin yaradılması ilə bağlı qanun layihəsinin böyük perspektivinin olacağını qeyd edib.

“Əgər elmi araşdırmalar aparılsa, yaxın 10 il ərzində nə qədər süni torpaq sahəsinin salınacağını bilmək olar. İlk olaraq süni torpaq sahəsinin yaradılmasına Nargin adasından başlamaq olar. Bu, həm də Azərbaycan xalqının arzusudur”, - deyə deputat bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video