25 Avqust 2023 10:50
13328
Oxucu məktubları
A- A+
Zəruri göstərişlər verilmişdir

Zəruri göstərişlər verilmişdir

 

"Azərbaycan" qəzetinin 8 iyun 2023-cü il tarixli sayında dərc edilmiş topdan və pərakəndə satış mərkəzlərinin qarşısında günəş altında yerləşdirilən qablaşdırılmış içməli sular ilə bağlı "Fotofakt"da qaldırılmış problemin həlli istiqamətində tədbir görülməsi və nəticəsi barədə redaksiyaya məlumat verilməsi ilə bağlı məktubunuz aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuşdur.
Məlum olduğu kimi, agentlik tərəfindən qida obyektlərində, o cümlədən topdan və pərakəndə ticarət obyektlərində nəzarət tədbirləri qanunvericiliyə uyğun olaraq planlı və plandankənar yoxlamalar şəklində həyata keçirilir. Aparılan nəzarət tədbirləri zamanı qida təhlükəsizliyi ilə bağlı digər məsələlərlə yanaşı, qida məhsullarının müvafiq saxlanma şərtlərinə uyğun, o cümlədən temperatur rejimi gözlənilməklə yerləşdirilməsi vəziyyəti də yoxlanılır. Aşkar edilmiş uyğunsuzluqlar ilə əlaqədar qanunvericilik çərçivəsində sahibkar inzibati məsuliyyətə cəlb olunaraq məhsulların mövcud tələblərə uyğun saxlanılması ilə bağlı icrası məcburi göstərişlər verilir.
Bununla əlaqədar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların  tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.3-cü maddəsinə əsasən, bu növ pozuntulara yol verilmiş ticarət obyektlərində plandankənar yoxlamaların aparılması və qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi məqsədilə konkret faktlar barədə agentliyin "1003 Çağrı Mərkəzi"nə məlumat verilməsi xahiş olunur.
Əlavə olaraq bildiririk ki, mövsümlə əlaqədar əhali tərəfindən bu növ məhsullardan daha çox istifadə edildiyini və günəş şüaları altında saxlanılan polietilen qablara qablaşdırılmış içməli suların insan sağlamlığına yarada biləcək təhlükələri nəzərə alaraq, bu sahədə nəzarətin gücləndirilməsi ilə bağlı aidiyyəti üzrə zəruri göstərişlər verilmişdir.

Balarəhim QULİYEV,
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!