30 Aprel 2024 15:17
222
DÜNYA
A- A+

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

 

Ukrayna Rusiya ilə müharibədə qələbə qazandıqdan sonra Şimali Atlantika Alyansının üzvü olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski NATO standartları üzrə peşəkar hərbi təlim kursları keçən zabitlərlə görüşü zamanı səsləndirib.

Prezident qeyd edib ki, o, Ukraynanın müharibə zamanı NATO-ya üzv ola biləcəyinə inanmır. Bu, alyansın ayrı-ayrı üzvlərinin bu məsələdə risk, yaxud skeptisizm hiss etməsi ilə bağlıdır.

“Təbii ki, genişmiqyaslı müharibədən keçən Ukraynanın səviyyəsi, onun NATO-ya uyğunluğu, hərbi səviyyəsi ilə bağlı heç kim məsələ qaldırmayacaqşa, NATO-ya üzv olmaq üçün Ukrayna müharibədə qalib gəlməlidir”, - deyə Zelenski əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video