21 Sentyabr 2005 16:14
171
CƏMİYYƏT
A- A+
Zəhmətlə peşəkarlıq birləşəndə...

Zəhmətlə peşəkarlıq birləşəndə...

"Azərbaycan" qəzetinin humanitar siyasət şöbəsinin müdiri İradə  Əliyeva ilə tanışlığımızın 30 illik tarixi var. Tələbəlik illərində, eyni kursda oxumasaq da, təhsil aldığımız Azərbaycan Dövlət Universitetinin (indi BDU) jurnalistika fakültəsində tez-tez üz-üzə gəlirdik. Sonralar başqa-başqa qəzetlərdə çalışsaq da, müxtəlif  tədbirlərdə rastlaşırdıq. Əvvəllər İradə bir tələbə səliqə-sahmanı, çalışqanlığı ilə diqqətimi cəlb etmişdi. Sonralar da bunun davamı olaraq işə ciddi münasibətinin, bir jurnalist kimi aldığı tapşırığa, toxunduğu mövzuya məsuliyyətlə yanaşmasının, daim öyrənmək, püxtələşmək həvəsi ilə çalışdığının şahidi olmuşam.

 

İradəgilin nəslində jurnalist olmayıb. Amma atası Əbdül Zeynalov geniş maraq dünyasına malik bir insan idi. Humanitar sahənin mütəxəssisi olmasa da, ədəbiyyatı ürəkdən sevirdi. Elə ünsiyyət saxladığı dostlarının da əksəriyyəti publisistlər, yazıçılar idi. Belə bir mühitdə böyüyən İradə kiçik cızma-qaralar etməyə başladı. Bir dəfə atası onları dostuna - yazıçı-jurnalist, professor Nurəddin Babayevə göstərdi. Nurəddin müəllim kiçik yazıları oxudu, gülümsündü, sonra ciddi görkəm alıb dedi: "Əbdül, deyəsən, sənin qızın jurnalist olacaq". Bu sözlər sanki xoş bir dilək, xeyir-dua oldu...

Bu gün "Azərbaycan" qəzetinin oxucularının sevdiyi və gözlədiyi imzalardan biri də İradə Əliyevanın imzasıdır. Onun elmin, təhsilin, səhiyyənin nailiyyətləri, eləcə də ümdə problemləri ilə bağlı müxtəlif janrda yazıları öz aktuallığı, mövzuya bələdliklə qələmə alınması baxımından seçilir. İradə Əliyevanın başqa bir məziyyəti də diqqəti cəlb edir. Onun üçün yazının böyüyü-kiçiyi, tapşırığın vacibi, yaxud qeyri-vacibi yoxdur. İradə 50-100 xətlik qəzet xəbərinə də, iri həcmli məqaləyə, müsahibəyə də eyni məsuliyyətlə yanaşır.

Peşəkar jurnalist bütün mövzularda yazmağı bacarır. Amma hər bir jurnalistin daim müraciət etdiyi mövzu, bir növ ixtisaslaşdığı müəyyən sahə olur. İradə Əliyeva bir vaxtlar çalışdığı "Azərbaycan müəllimi" qəzetində qələmə aldığı yazılardan üzübəri öz mövzusuna sadiqdir. Odur ki, ölkənin elmi-pedaqoji ictimaiyyətinin hörmətini qazana bilib. Layiq görüldüyü "Qızıl qələm" və Həsənbəy Zərdabi adına mükafatlar uzun illik zəhmətinin bəhrəsidir.

İradə Əliyeva insanlarla söhbətləşməyi, dərdləşməyi, onların sevincinə şərik olmağı bacaran bir xanımdır. Əlindən gələn köməyi əsirgəyən, xeyirdən-şərdən qalan deyil.

İradə Əliyeva həm də yaxşı övladdır. İxtiyar yaşında olan anası Cəmilə xanımın hər nazını çəkməyə, hər arzusuna əməl etməyə çalışır. Öz övladları üçün isə fədakar anadır. Bir cüt oğul ömrünün keşiyində dayanıb.

21 sentyabr İradə Əliyevanın yubi

ley günüdür. Arzu edirik ki, həmişə indiki, bax bu qeydlərimizdə dediyimiz kimi olsun - zəhmət eşqi, sənət sevgisi, ana sevinci tükənməsin.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!