24 Oktyabr 2026 08:30
211
CƏMİYYƏT
A- A+
Zəfərlə yenidən doğulan doğma yurd

Zəfərlə yenidən doğulan doğma yurd


Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə və füsunkar təbiətə malik bölgələrindən biri olan Qubadlı rayonu ölkəmizin tarixində özünəməxsus yer tutur. Zəngəzur mahalının qədim yaşayış məskənlərindən sayılan Qubadlı əsrlər boyu özünün təbii gözəllikləri, münbit torpaqları, zəhmətkeş insanları və milli-mənəvi dəyərləri ilə seçilib. Bu yurdun hər qarış torpağı xalqımızın tarixi yaddaşının, milli kimliyinin və Vətən sevgisinin ayrılmaz parçasıdır.

1930-cu ildə inzibati rayon kimi təşkil edilən Qubadlı Azərbaycanın cənub-qərbində yerləşir. Dağlıq əraziləri, zəngin bitki örtüyü, çayları və geniş təbii sərvətləri ilə seçilən rayon tarixən əkinçilik və heyvandarlıq üçün əlverişli imkanlara malik olub. Qubadlı ərazisində qeydə alınmış qədim yaşayış məskənləri, qalalar və digər tarixi abidələr bu torpağın zəngin keçmişindən xəbər verir. Koroğlu qalası, Qalaça və Maltəpəsi kimi tarixi məkanlar bölgənin mədəni irsinin mühüm nümunələrindəndir.

Azərbaycanın digər torpaqları kimi, Qubadlı da uzun illər işğalın ağır nəticələri ilə üzləşmişdir. 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən rayonun əhalisi doğma yurd-yuvalarını tərk etməyə məcbur qalmışdır. Minlərlə insanın həyatında ağır izlər buraxan bu faciə ailələri öz ata-baba ocaqlarından ayırmış, illərlə davam edən yurd həsrəti çəkmişdilər. İşğal dövründə yaşayış məntəqələri dağıntılara məruz qalmış, tarixi və dini abidələrə ciddi ziyan vurulmuş, rayonun iqtisadi və sosial infrastrukturu məhv edilmişdir.

Bununla belə, qubadlılıların doğma torpağa bağlılığı, qayıdış ümidi və Vətən sevgisi heç vaxt sönməmişdir. Onlar uzun illər ərzində öz yurdlarına qayıdacaqları günün intizarı ilə yaşamış, milli-mənəvi dəyərlərini və doğma torpaqlarına bağlılıqlarını qoruyub saxlamışdılar. Bu həsrət xalqımızın tarixi ədalətin bərpasına olan inamı ilə daha da möhkəmlənmişdir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixində yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq və fədakarlıq nümayiş etdirdi. Uzun illər işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizə xalqımızın birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya göstərdi.

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi tarixi Zəfərimizin mühüm hadisələrindən biri oldu. Bu qələbə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində atılmış mühüm addım deyil, həm də illərlə yurd həsrəti çəkən insanların qəlbində ümidlərin yenidən alovlanması idi. Qubadlının azadlığı uğrunda döyüşən hərbçilərimizin igidliyi, şəhidlərimizin fədakarlığı və qazilərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq.

Bu gün Qubadlıda həyata keçirilən bərpa və yenidənqurma işləri azad edilmiş torpaqlarımızda həyatın yenidən canlanmasının parlaq nümunəsidir. Dövlətimizin həyata keçirdiyi məqsədyönlü tədbirlər çərçivəsində bu rayonda da yolların çəkilməsi, elektrik və digər kommunikasiya sistemlərinin qurulması, yaşayış məntəqələrinin bərpası, sosial obyektlərin inşası istiqamətində mühüm addımlar atılır. Qubadlı şəhərində və rayonun kəndlərində müasir infrastrukturun yaradılması ərazinin gələcək inkişafı üçün geniş imkanlar açır.

Qubadlının gələcək inkişafında onun təbii sərvətləri, kənd təsərrüfatı imkanları və əlverişli coğrafi mövqeyi də mühüm rol oynayacaq. Əkinçilik, heyvandarlıq və digər iqtisadi fəaliyyət sahələrinin inkişafı yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və bölgənin sosial-iqtisadi həyatının dirçəldilməsinə töhfə verə bilər. Müasir infrastrukturla tarixi-mədəni irsin qorunmasının uzlaşdırılması isə Qubadlının özünəməxsus simasının gələcək nəsillərə ötürülməsinə imkan yaradacaq.

Qubadlının hər il oktyabrın 25-də qeyd edilən Şəhər Günü xalqımızın qələbə əzminin, milli birliyinin və sarsılmaz iradəsinin rəmzidir. Bu əlamətdar gün bizə azadlığın hansı böyük fədakarlıqlar hesabına əldə edildiyini xatırladır. Həmçinin bu gün Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizin qəhrəmanlığını yüksək qiymətləndirmək və tarixi Zəfərimizin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq üçün mühüm fürsətdir.

Qubadlının yenidən dirçəlməsi Azərbaycanın tarixi yaddaşına, milli irsinə və gələcəyinə sahib çıxmasının bariz nümunəsidir. Əminliklə demək olar ki, bu qədim yurdun təbiəti, tarixi və mədəni zənginliyi ilə yanaşı, insanlarının zəhməti və doğma torpağa bağlılığı da onun gələcək inkişafında mühüm rol oynayacaq. Zəfərlə azadlığa qovuşan Qubadlı bundan sonra da Azərbaycanın tərəqqi salnaməsində öz layiqli yerini tutacaq, gələcək nəsillər üçün qürur və iftixar mənbəyi olaraq yaşayacaq.


Aysel DÜNYAMALIYEVA,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

Britaniyadan “Hazır ol” çağırışı  

20:13
23 Oktyabr

Xankəndidə “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum keçirilib – YENİLƏNİB 2 

20:10
23 Oktyabr

Xankəndidə keçirilən beynəlxalq forumda “ASAN xidmət” təcrübəsi təqdim olunub  

20:09
23 Oktyabr

Tramp: İstəsək, İranın bütün neftini və ölkənin özünü ələ keçirə bilərik  

20:07
23 Oktyabr

Türkiyə və Özbəkistan nümayəndə heyətləri Zəfər parkında və Qarabağ Universitetində olublar  

19:58
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!