03 Noyabr 2021 00:51
3276
SİYASƏT
A- A+
Zəfərin təntənəsi

Zəfərin təntənəsi

 

Xalqımızın tarixi qələbəsi böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib.

Bu nəsil ölkəmizin milli maraqlarının pozulmasına heç zaman yol verməz. Haqqımız olanın əlimizdən alınması ilə barışmaz, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.

44 günlük Vətən müharibəsi gedişində cəmiyyətdə, ölkəmizin ərazi bütövlüyü kimi taleyüklü məsələdən sonra gələn bütün müzakirə mövzuları arxa plana keçirildi. Xalq böyük qələbə üçün imkanlarını tam səfərbər etdi. Əsgər və zabitlərimiz ön cəbhədə düşmənlə üz-üzə əlindəki silahı ilə, cəmiyyət həyatının müxtəlif sahələrində çalışan əmək adamlarımız arxa cəbhədəki fəaliyyəti, informasiya savaşında iştirak imkanı olan hər kəs səsi-sözü ilə, milli həqiqətlərimizi çatdırmağı ilə Qələbəyə öz töhfəsini verməyə çalışdı. Vətən müharibəsində qazandığımız qələbə, milli birliyimizin qələbəsi oldu, bizi həyatımızdakı 30 illik natamamlıq kompleksindən qurtardı. İllərlə ürəyimizdə gəzdirdiyimiz ağır yükdən xilas olduq. Ömrümüzdəki boşluq qələbə ruhu ilə, nigaran yurdlarımıza qovuşmağın vüsalı ilə doldu. Ona görə bu Zəfər bizim üçün dəyərli və tarixidir.

Son bir neçə illik tariximiz daha çox torpaqlarımızın hissə-hissə qoparılması, xalqımıza qarşı törədilən soyqırımlar, itkilər, inkişafımıza mane olmaqdan ötrü böyük güclərin qarşımıza qoyduqları problemlər və başqa bu kimi kədərli reallıqlarla xarakterik idi. Azərbaycan Prezidenti İlham Əliyev bu reallıqları dəyişdi.  İki əsrdə yoluna qoyulması mümkün olmayan münaqişəni “dəmir yumruğ”un zərbəsi ilə cəmi 44 günün içində həll etdi. BMT tarixində bu, bəlkə də, ilk hal idi ki, belə bir mötəbər beynəlxalq qurumun qətnamələrini işğala məruz qalan tərəf özü hərbi yolla icra etməli oldu.

Bu ilin sentyabrında BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti İlham Əliyev bunu iştirakçıların diqqətinə çatdırdı. “44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən - Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını özü təmin etdi və bu, yəqin ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.

Həmin sessiyada Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin artıq keçmişdə qaldığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. “Prezidentin 2021-ci il 7 iyul tarixli fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.

Azərbaycan Prezidenti onu da diqqətə çatdırdı ki, keçmiş işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən illər ərzində çoxqatlı müdafiə xətlərinin və uzun səngərlərin, tunel və bunkerlərdən ibarət istehkamların qurulması onların heç bir vəchlə bu əraziləri qaytarmaq niyyətində olmadığını sübuta yetirir.

Azərbaycan da növbəti hərbi təxribatları dəf edərək düşmən üzərinə əks-hücuma keçməklə Vətən müharibəsinə başlamaq məcburiyyətində qaldı. Təxminən 30 il çəkən sülh danışıqlarının Ermənistanın işğalçı siyasəti üzündən heç bir səmərə verməyəcəyi artıq real həqiqət idi. Bu qədər uzun bir dövr ərzində Azərbaycan sülh danışıqlarına sadiq qalmışdı. Münaqişənin hər iki tərəfdən itkilərə yol vermədən həlli üçün bütün mövcud imkanları dəyərləndirməyə çalışırdı. Amma gedən proseslər belə bir həqiqəti ortaya çıxarırdı ki, Ermənistanın məqsədi sülh danışıqlarında iştirak etməklə heç də münaqişənin öz həllini tapması deyil. Onlar bununla sadəcə olaraq Azərbaycanın hərbi yola əl atmasına mane olmaq, mövcud status-kvonu qorumaq, ərazidə möhkəmlənmək və zaman keçdikcə işğalı qanuniləşdirmək niyyətində idilər.  

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların da oxşar məzmunlu qərarları vardı. Amma Ermənistan bunların heç birinə məhəl qoymadı. İşğalçı mövqeyindən əl çəkmədi. Beynəlxalq cinayətlərini nümayişkəranə şəkildə davam etdirdi. Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət də Ermənistanın bu hərəkətlərinə ciddi reaksiya vermədi. Ədaləti qorumaq əvəzinə ikili standartlar mövqeyi göstərdi. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq tribunalarda bir neçə dəfə işğalçı Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırsa da, əfsus ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi. Bir çox ölkələrə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə yönəlmiş qətnamələr  27 il icra olunmamış qaldı və bu sahədə ikili standartların olduğunu bir daha sübuta yetirdi. Bunu nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev belə yanaşmalara yol verilməməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası mexanizminin yaradılması üçün səylərin birləşdirilməsi zərurətini BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında gündəmə gətirdi.

30 ilə yaxın müddət ərzində Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üzrə mandat daşıyan ATƏT-in Minsk qrupu da əfsuslar olsun ki, ciddi mövqe sərgiləyə bilmədi. Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atılmadı. Minsk qrupu bu təsisatın üzərinə düşən vəzifələrin icrasına nail olmağı bacarmadı.

 

Qalibiyyət anı və düşmənə verilən dərs

 

2018-ci ildə Köçəryan-Sarkisyan rejimi devriləndə Azərbaycanda Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlər var idi. Bunu Prezident İlham Əliyev sessiyadakı çıxışında da diqqətə çatdırdı: “Biz Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi”.

Münaqişənin son iki ili ərzində Ermənistanın qəsdən danışıqlar prosesini məhv etməsi, düşmən ölkənin hökumət rəhbərinin “Qarabağ Ermənistandır və nöqtə”, eləcə də “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi təxribatçı bəyanatları Azərbaycanın səbrini daşırmaqda idi.

Ermənistanın keçmiş müdafiə nazirinin çıxışlarının birində “Yeni torpaqlar uğrunda yeni müharibə” fikrini səsləndirməsi təcavüzkar qonşumuzun Azərbaycana qarşı yeni işğal planlarından xəbər verirdi. Ermənistan rəhbərliyinin əsassız şəkildə “yeddi şərt” irəli sürərək, danışıqların formatının dəyişdirilməsi, onlara sıfırdan başlanılması və qarşı tərəfdən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsi tələbini irəli sürməsi də bu plana xidmət edirdi. Üstəlik, Ermənistan Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğal altındakı Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasəti aparırdı. Əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxslər ərazilərimizdə yerləşdirilirdi. Ən yüksək vəzifəli hökumət rəsmiləri səviyyəsində verilən bəyanatlar da düşmənin torpaqlarımızdan çıxmaq niyyətində olmadığını, əksinə, yeni hərbi təxribatlar, işğal planları hazırladığını nümayiş etdirirdi. Bütün bunlar həm də onu göstərirdi ki, Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun 2016-cı ildəki Aprel zəfərindən, ardınca 2018-ci ildə Günnütdə böyük bir ərazinin düşməndən təmizləməsi faktından düzgün nəticə çıxarmayıb. Azərbaycan əsgəri hücuma keçərsə, bunun işğalçı dövlət üçün hansı acınacaqlı nəticələrə gətirəcəyi barədə Ermənistan cəmiyyətində aydın bir təsəvvür yox idi. Onların düşüncələrində hələ də miflər reallıqları üstələyirdi. Ermənistan cəmiyyəti uydurulmuş saxta miflərlə yaşayır və gerçəkləri qəbul etmək niyyətində deyildi.

2020-ci ilin iyul ayında düşmən Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində  hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldu. Daha sonra isə 2020-ci ilin avqustunda bu işğalçı dövlətin diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi, lakin bunun qarşısı uğurla alındı.

Bu təxribatların məqsədi aydın idi. Azərbaycan Prezidenti BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında, müsahibələrində, çıxışlarında həmin məsələlərin açıqlamalarını verirdi. Ermənistan rəhbərliyi bununla diqqəti ölkədə xüsusilə pandemiya dövründə kəskin xarakter almış sosial-iqtisadi problemlərdən yayındırmaq, Azərbaycanın yeni ərazilərini işğal etməklə reytinq toplamaq, bununla Aprel müharibəsindəki itkilərin yerini doldurmaq, ən əsası isə Azərbaycan Ordusunu Ermənistan ərazilərinə doğru irəliləməyə təhrik etməklə bu münaqişəyə xarici havadarlarını cəlb etmək idi. Amma Azərbaycan düşmənin hərbi təxribatlarını qətiyyətlə dəf etdi, onların qurduqları oyunun alınmasına imkan vermədi. Eyni zamanda Ermənistanın mənfur niyyətlərini beynəlxalq aləmdə ifşa etmək üçün mövcud vasitələrdən istifadə edildi.

 

Qarabağ Azərbaycandır!

 

Hələ ötən il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Azərbaycan Prezidenti xəbərdarlıq etmişdi ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”. Bundan cəmi üç gün sonra - sentyabrın 27-də bu işğalçı dövlət Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. Prezident İlham Əliyevin 2019-cu ilin oktyabrında keçirilmiş beynəlxalq Valday sammiti zamanı Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarına cavab olaraq səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” kəlmələri Qələbə əzmimizin, doğma yurdlarımız uğrunda haqq mübarizəsinin simvoluna çevrildi.

Vətən müharibəsinin ilk günlərindən, hətta müharibənin başlanmasına qədər Azərbaycan cəmiyyətindəki coşqu, insanlarımızın vahid hədəflər uğrunda bir araya gəlməsi milli vəhdətimizin, xalqın sarsılmaz birliyinin təcəssümü idi. Hər kəs haqq savaşına köklənmişdi. Hamı bilirdi ki, Azərbaycan Ordusu hücuma keçsə, Qələbə mütləq bizimlə olacaq. Çünki insanlar Ulu Öndər Heydər Əliyevin ötən əsrin 90-cı illərindən başladığı və Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi hərbi sahədə quruculuq işinin hansı səviyyədə olduğunu, ölkəmizdə necə güclü, yenilməz bir ordunun formalaşdığını yaxşı bilirdilər. İnsanlarımızın gözləntisi belə idi ki, ordumuz hücuma keçsə, bu yalnız qalibiyyətlə tamamlanacaq.

Ordumuz ildırım sürəti ilə hücuma keçib düşmənin müdafiə səddini yardı. Hərbi əməliyyatların birinci gününün sonunda Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəkliklər, həmçinin 6 kənd (Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kənd) azad edildi. Bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik. “Bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”,- deyə Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirirdi. Zəfər ümidi, 30 illik münaqişənin donunun açılması, nisgilli yurdlarımızın azadlığına yolların görünməsi itkilərin ağrılarını ovundururdu. Qələbəyə doğru irəliləyirdik. Azərbaycan Ordusunda 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Hər bir əsgər və zabitimiz sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir.

Erməni rəsmiləri sülh danışıqlarında iştirak görüntüsü yaradaraq status-kvonu uzatmağa çalışmaqla ümid edirdilər ki, bəlkə ölkəmizdə yetişən yeni nəsillər işğal faktını tədricən unuda. Torpaq itkisi ilə zamanla barışa. Amma yaşanan coşqu cəmiyyətimizin işğal fakt ilə heç zaman barışmayacağını, yeni nəsillərin də torpaqların nə yolla olur-olsun azad edilməsini özünə şərəf borcu bildiyini nümayiş etdirdi. Burada Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründən aparılan və Prezident İlham Əliyevin daha da gücləndirdiyi vətənpərvərlik tərbiyəsi işinin böyük rolu var. Azərbaycan gəncləri Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdılar. Milli ruhumuzu, qürurumuzu özümüzə qaytardılar.

 

Sarsılmaz birlik

 

Bu müharibədə həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda,  haqq-ədalət uğrunda canını qurban vermiş şəhidlərimizin əbədiyyət ömrü bütün nəsillərə örnəkdir. Onların doğulub böyüdüyü məkanlara diqqət yetirsək, Azərbaycanın bütün bölgələrinin, ölkəmizdə yaşayan xalqların şəhadət zirvəsində təmsil olunduğunu görərik. Milli yaddaşımızda qan qardaşı, insanların əhd bağlaması kimi bir inanc var. Nağıllarımızın, dastanlarımızın qəhrəmanları bəzən bu ayini yerinə yetirərək həmişə bir-birinə, ümumi ideallarına, addımladıqları birgə yola sadiq qalacaqlarına and içər və andlarına heç vaxt xilaf çıxmazdılar. Vətən müharibəsi zamanı müxtəlif ailələrdən, evlərdən, obalardan olan şəhidlərimizin Azərbaycan torpaqlarına qarışan qanları ilə bu xalq bir-birinə daha da doğmalaşdı, birliyimiz möhkəmləndi, mətinləşdi. Daha heç kim bu birliyi sarsıda, bizi bərabər irəlilədiyimiz inkişaf yollarından kənar  sala, aramızda təfriqə yarada bilməz.

Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə xalqımız son onilliklərdə misilsiz nailiyyətlər əldə etmiş, ilk baxışdan inanılmaz görünən çox hədəflərə nail olmuşdu. 27 sentyabr günündən başlanan çətin yolun sonundakı Qələbə bunlardan ən mühümü, tarixi oldu. Əslində bu yol Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hüquqi dövlət quruculuğuna, nizami ordunun formalaşdırılmasına, ölkənin sosial-iqtisadi həyatının axarına düşməsinə doğru ilk addımların atdığı günlərdən başlamışdı. Prezident İlham Əliyevin hər diplomatik uğuru, hər möhtəşəm sosial-iqtisadi nailiyyəti, ölkəmizin güclənən mövqeyi, beynəlxalq aləmdə yüksələn nüfuzu bizi addım-addım bu qələbəyə aparırdı. 27 sentyabr illərlə zərrə-zərrə toplanan imkanlarımızın “dəmir yumruğ”a çevrilib düşmənin başına endirildiyi gündür.

Böyük Zəfəri qazandıq. Bu, xalqımızın həyatında insanların taleyini dəyişən, tarixini yeni bir səhifədən başlayan bir Zəfər oldu. Aradan əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, amma böyük qələbəmiz heç zaman unudulmayacaq. Qəhrəmanlıqları ilə dastana çevrilmiş Azərbaycan övladlarının Vətən müharibəsindəki şücaəti, əzmkarlığı yaddaşlarda qalacaq. Şəhidlərimizin əziz xatirəsi anılacaq, onların igidlik hekayələri dillərdə dolaşacaq. Xalqımız, bütün dünya azərbaycanlıları regionda yeni bir reallıq yaradan Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizlə birgə Vətənə bəxş etdiyi tarixi Zəfər ilə hər zaman qürur duyacaq.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!