Zəbt olunmuş torpaq sahələri ilə bağlı tədbirlər görülür
"Azərbaycan" qəzetinin 14 mart 2024-cü il tarixli sayında dərc olunmuş "Lerikdə bulaqların çəpərlənməsi kəndləri susuz qoyub" sərlövhəli oxucu məktubunda qaldırılmış problemin həlli istiqamətində tədbirlərin görülməsi və bu barədə redaksiyaya məlumat verilməsi ilə bağlı rayon icra hakimiyyətinə daxil olan məktubunuza baxılmışdır.
Bildiririk ki, məqalədə dərc olunmuş məsələlər araşdırılmışdır. Müəyyən olunmuşdur ki, rayonun Bradi və Dəstər kəndlərində torpaq islahatı 1997-1998-ci illərdə aparılmışdır. Torpaq islahatı aparılan zaman dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri müəyyənləşdirilmiş, məqalədə dərc olunmuş yamaclar, dərə kənarları, su hövzələri, kollu örüş və kəndətrafı örüş sahələri, habelə yollar bələdiyyə mülkiyyətində saxlanılmışdır. "Bələdiyyələrin su təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun 6.2.2-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində və xüsusi mülkiyyətdə, habelə Sudan İstifadəedənlər Birliyinin istifadəsində olmayan bulaqlar, quyular, kəhrizlər və yerli əhəmiyyətli digər su obyektləri bələdiyyələrin su təsərrüfatının strukturuna aiddir.
Mövcud qanunvericiliyin tələblərini əldə rəhbər tutaraq vətəndaşlar tərəfindən zəbt olunmuş sahələrin qısa müddət ərzində asudələşdirilməsi ilə bağlı Dəstər bələdiyyəsinə rayon icra hakimiyyəti tərəfindən müraciət edilmiş və zəbt olunmuş torpaq sahələrinin asudələşdirilməsi ilə bağlı tədbirlərin görülməsindən ötrü müvafiq tövsiyələr verilmişdir.
Habil MƏLİKOV,
Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2
09 May
Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb
09 May
İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır ...
09 May
“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO ...
09 May
Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb ...
09 May
Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən ad...
09 May
Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
09 May
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
09 May
Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib
09 May
Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlar...
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!