Dövlətin işıqlı gələcəyi
Ulu Öndərin ideyaları ilə gənclərimiz gələcəyə doğru inamla irəliləyirlər
Xoşbəxt və firavan gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. Gənclik millətin və dövlətin işıqlı gələcəyidir. Bu məlum həqiqəti Azərbaycanda hamıdan yaxşı anlayan və bunun həyata keçirilməsi üçün lazımi tədbirlər görən Ümummilli Lider Heydər Əliyev ölkədə gedən demokratik islahatlara və insan hüquqlarının qorunmasına, gənclərin xoşbəxt həyatının təmin olunmasına həmişə xüsusi diqqət yetirirdi.
İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan Ulu Öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Onlarla bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi.
Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə yüzlərlə yeni tədris ocağı, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil alaraq, müasir ixtisaslara yiyələnmişdir. Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan Gənclərinin Birinci Forumunda bu barədə danışan Ulu Öndər demişdir: "Bütün bunların hamısı ovaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm".
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından az sonra - 1993-cü il sentyabrın 22-də Ali Sovetdə gənclərin nümayəndələri ilə görüşdə gənclərə xitabən dediyi "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir" sözləri sağlam ruhlu gəncliyin devizinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən dövlət proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsi idi.
Həyata keçirilən gənclər siyasətinin başlıca məqsədi milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir. Ölkədə demokratik proseslərin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədilə Heydər Əliyev tərəfindən 1994-cü il 26 iyul tarixdə Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalandı. Bununla da dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi. Forumda gənclər və idman siyasəti sahəsində görülən işlərdən, gəncliyin qarşısında böyük məsuliyyətin dayandığından danışan Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin daha uğurlu sabahına inandığını vurğuladı. Həmin dövrdə gənclərin problemlərinin həllini təmin edən fərmanların imzalanması, qanunların qəbul edilməsi, gənclərin dövlət quruculuğuna fəal cəlb olunması dövlətin gənclər siyasətinə mühüm töhfə verdi. Bununla da Azərbaycan gəncinin tam hüquqlu vətəndaş kimi öz gələcəyinə sahib çıxması və ona göstərilən etimadı doğrultmağa çalışması üçün bütün şərait yaradıldı. Ümummilli Liderin 1997-ci il 2 fevral tarixdə imzaladığı fərmana əsasən, həmin gün Azərbaycan Gəncləri Günü elan edildi.
Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu siyasət Azərbaycanın milli genefondunun qorunmasına, habelə gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına xidmət edir.
Dövlət başçısı İlham Əliyev ölkənin mənafeyi, xalqımızın rifahı naminə gənclərin potensialından tam və düzgün istifadə edilməsi, onların faydalı məşğulluğunun təmin olunması, dövlət idarəçilik sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 30 avqust 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncam imzalamışdır. Sərəncamda Azərbaycanda gənclərlə bağlı dövlət siyasətinin başlıca istiqamətləri göstərilmişdir.
Bu gün ölkəmizdə gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sosial təminatı, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsinə xüsusi önəm verilir. Digər tərəfdən neft sektorunun inkişafı nəticəsində ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlər müasir texnologiyalarla işləməyi bilən gənclərə daha çox üstünlük verdikləri üçün gənclərimizin təhsil səviyyəsinin yüksəlməsi istiqamətində konkret işlər görülür.
Bu gün Azərbaycan gəncləri xarici ölkələrə təhsil almağa, biznes qurmağa, təcrübə qazanmağa, işləməyə və s. faydalı işlər görməyə gedirlər. Xaricdə çalışan gənclərimizin böyük hissəsi bir neçə ildən sonra vətənə dönərək əldə etdikləri təcrübəni, işgüzarlığı və iqtisadi sistemin xüsusiyyətlərini ölkəmizdə tətbiq edirlər.
Dövlət başçısının 2007-ci ili "Gənclər ili" kimi elan etməsi çox mühüm tarixi hadisə idi. Bu sərəncam Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını əyani şəkildə sübut edirdi. İndi iqtisadiyyatın müxtəlif sahələrində aparıcı qüvvə kimi gənc nəsil iştirak edir. Cəmiyyətin hər bir sahəsində onların rolu inkarolunmazdır.
Vətənpərvərlik müasir dövrümüzdə Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipinə çevrilib. 2020-ci ilin payızında baş verən Vətən müharibəsində Azərbaycan gəncliyinin yazdığı qəhrəmanlıq dastanı dünyanın müxtəlif institutları tərəfindən öyrənilir.
Bu gün Azərbaycan gəncləri Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətlərində əsas götürərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müstəqilliyinin əbədi olması üçün yumruq kimi bir hədəfə vururlar. Əminliklə deyə bilərik ki, sağlam ruhlu, özünə inamlı, mübariz Azərbaycan gəncliyi dövlət başçısının iqtisadi-siyasi, hərbi, mədəni arenadakı siyasi fəaliyyətini birmənalı dəstəkləyərək gələcəyə doğru inamla addımlayır. Ulu Öndərin sözləri ilə desək: "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidirlər".
Elşən QƏNİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyə İrana xilasedici qruplar göndərib
19 May
Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir
19 May
Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb ...
19 May
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı p...
19 May
İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə ged...
19 May
Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB
19 May
Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər...
19 May
Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır
19 May
İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən bi...
19 May
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və ...
19 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!