12 Avqust 2026 14:05
358
SİYASƏT
A- A+
Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 


Ulu Öndərin dövlətçilik xətti və Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Naxçıvan bu gün özünün yüksək inkişaf dövrünü yaşayır 


Tariximizdə özünəxas yeri və rolu olan qədim Naxçıvan diyarı əsrlər boyu böyük sivilizasiyaların, elm, mədəniyyət və memarlıq məktəblərinin mühüm mərkəzlərindən biri olub. Atabəylər dövlətinin paytaxtı kimi şöhrət qazanan, Əcəmi Naxçıvani irsi ilə Şərq memarlığına misilsiz incilər bəxş edən bu diyarımız həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə milli dövlətçiliyimizin və elmi-mədəni fikrimizin tərəqqisinə əvəzsiz töhfələr verib. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, ağır sınaqlardan üzüağ çıxaraq yüksəlişə qovuşması məhz Ulu Öndər Heydər Əliyevin adı və uzaqgörən dövlətçilik strategiyası ilə sıx bağlıdır. 

Ümummilli Liderin Naxçıvanın sosial-iqtisadi və mədəni inkişafındakı misilsiz xidmətlərinin təməli hələ ötən əsrin 70-80-ci illərində, Azərbaycan SSR-yə rəhbərlik etdiyi ilk dövrdə qoyulub. 1969-cu ildən etibarən Heydər Əliyevin rəhbərliyi ilə respublikanın bütün bölgələrində olduğu kimi Naxçıvanda da sənayeləşmə və infrastrukturun yenidən qurulması istiqamətində irimiqyaslı layihələr gerçəkləşdirilib. Təkcə 1971-1975-ci illərdə muxtar respublika iqtisadiyyatına əvvəlki 46 il ərzindəkindən daha çox vəsaitin yönəldilməsi burada həyata keçirilən quruculuq işlərinin miqyasını aydın göstərir. O illərdə Araz Su-Elektrik Stansiyasının, onlarca iri sənaye müəssisəsinin, emal və tikinti kombinatlarının istifadəyə verilməsi Naxçıvanı inkişaf etmiş sənaye-aqrar regionuna çevirib. Məhz həmin dövrdə uzaqgörənliklə əsası qoyulan energetika infrastrukturu muxtar respublikanın taleyində həlledici rol oynayıb. 

Naxçıvanın müasir tarixində ən mühüm və taleyüklü mərhələ isə 1990-cı illərin əvvəllərinə təsadüf edir. Çox mürəkkəb tarixi-siyasi şəraitdə, Ermənistanın hərbi təcavüzü və ağır blokada məngənəsində sıxılan Naxçıvan işğala məruz qalmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Naşı və xəyanətkar siyasətlə dövlətimizi uçuruma aparan ozamanki mərkəzi hökumət Naxçıvanı Allahın ümidinə buraxmışdı. Lakin xalqın təkidli tələbi ilə doğma yurda qayıdan Ümummilli Lider Heydər Əliyev muxtar respublikanı bu ağır böhrandan xilas etdi. Ulu Öndərin 1991-ci ilin sentyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə təkcə bu regionun deyil, bütövlükdə müstəqil Azərbaycanın gələcək taleyini müəyyənləşdirən tarixi addımlar atıldı. 

1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət rəmzi olaraq qəbul edilməsi, muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılması isə müstəqillik mübarizəmizin ön cəbhəsinə çevrildi. Dahi rəhbərin yüksək nüfuzu və qətiyyəti sayəsində regionun etibarlı müdafiəsi təmin olundu, əhalinin ərzaq və enerji tələbatı ödənildi. Ağır blokada şəraitinə baxmayaraq, Ümummilli Liderin rəhbərliyi ilə Naxçıvanda ölkə tarixində ilk dəfə aqrar islahatlara başlanıldı, kənd təsərrüfatında sürətli canlanma əldə edildi. 1992-ci ildə Araz çayı üzərində Türkiyə ilə Naxçıvanı birləşdirən “Ümid” körpüsünün istifadəyə verilməsi, İran və Türkiyə ilə enerji, nəqliyyat və ticarət əlaqələrinin qurulması regionu təcriddən çıxarmaq yolunda ilk strateji pəncərəni açdı. 

Ümummilli Liderin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışından sonra Naxçıvanın inkişafı ölkənin vahid sosial-iqtisadi tərəqqi strategiyasının ayrılmaz tərkib hissəsinə çevrildi. Həmin illərdə Ulu Öndərin birbaşa təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən strateji islahatlar Naxçıvanın uzunmüddətli davamlı inkişafının hüquqi və iqtisadi təməlini qoydu. Ölkə miqyasında reallaşdırılan aqrar islahatlar, özəlləşdirmə proqramları muxtar respublikada da uğurla tətbiq edilərək yerli istehsalın və özəl bölmənin formalaşmasına güclü təkan verdi. 

Regional tərəfdaşlarla qurulan strateji əməkdaşlıq sayəsində Naxçıvanın elektrik enerjisi və qaz təminatı sistemi əsaslı şəkildə bərpa olundu. Eyni zamanda, regionun hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi, ordu quruculuğunun sürətləndirilməsi və nəqliyyat-infrastruktur layihələrinin genişləndirilməsi daim dövlətin xüsusi diqqət mərkəzində saxlanıldı. Bütün bu məqsədyönlü tədbirlər Naxçıvanı böhran zonasından çıxararaq onu ölkəmizin sürətlə yenidən qurulan və iqtisadi potensialı günbəgün artan aparıcı regionlarından birinə çevirdi. Bu möhkəm təməl hazırda muxtar respublikanın dinamik yüksəlişini təmin edən əsas güc mənbəyidir. 

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı dövlət siyasəti Naxçıvan Muxtar Respublikasını keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxardı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində regionda həyata keçirilən sosial-iqtisadi proqramlar muxtar respublikanın enerji müstəqilliyini təmin etdi, nəqliyyat-logistika imkanlarını genişləndirdi və yeni istehsal sahələrinin yaranmasına şərait yaratdı. Müasir istilik, su və günəş elektrik stansiyalarının istismara verilməsi, sosial infrastrukturun yenilənməsi, magistral yolların çəkilməsi Naxçıvanı regionun nümunəvi subyektinə çevirdi. 

Bu inkişaf xəttinin məntiqi davamı olaraq, Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Hazırda muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını və dayanıqlı artımı hədəfləyən bu proqram çərçivəsində genişmiqyaslı layihələr uğurla icra olunur. 2024-cü ilin dekabrında Naxçıvan-Sədərək avtomagistralı üzərində 310 hektar sahədə Naxçıvan Sənaye Parkının yaradılması, İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi və bölgənin “yaşıl enerji zonası” elan edilməsi muxtar respublikanın sənaye və enerji potensialını keyfiyyətcə daha yüksək pilləyə qaldırır. 

Dövlətimizin başçısının muxtar respublikaya ardıcıl səfərləri də inkişaf dinamikasının əyani təzahürüdür. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2026-cı il avqustun 11-də Naxçıvana növbəti səfəri xüsusi siyasi və geostrateji əhəmiyyət kəsb edir. Avqustun 11-də Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev Naxçıvanın Azərbaycan dövlətçiliyindəki rolunu yüksək qiymətləndirərək bildirib ki, xalqımız öz tarixi, mədəniyyəti və görkəmli şəxsiyyətləri ilə fəxr edə bilər: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib”.

Naxçıvana 17-ci dəfə səfər etdiyini vurğulayan Prezident İlham Əliyev müsahibəsində muxtar respublikada görülən işləri və gələcək hədəfləri diqqətə çatdırıb: “Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək”. 

Dövlətimizin başçısı müsahibəsində, eyni zamanda, Naxçıvanın müdafiə potensialının gücləndirilməsinin hər zaman prioritet olduğunu xatırladaraq muxtar respublikanın hərbi gücünün, ən müasir texnikalarla təchizatının və yeni komando qüvvələrinin yaradılmasının Silahlı Qüvvələrimizin ümumi qüdrətinin tərkib hissəsi olduğunu bəyan edib. 

Son illərdə Naxçıvanla bağlı reallaşdırılan ardıcıl tədbirlər artıq öz makroiqtisadi və sosial nəticələrini verməkdədir. 2023-2026-cı illər ərzində Naxçıvanda 359 yeni istehsal və xidmət sahəsi yaradılıb, sahibkarlıq subyektlərinə milyonlarla manat güzəştli kreditlər ayrılıb. Bu addımlar ümumi daxili məhsulun real artımına, investisiyaların dəfələrlə çoxalmasına və muxtar respublika büdcəsinin gəlirlərinin yüksələrək mərkəzi büdcədən asılılığının kəskin azalmasına gətirib çıxarıb. 

Bununla yanaşı, 2026-cı il martın 10-da Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında edilən dəyişikliklər idarəetmə strukturunu müasirləşdirərək çevik və səmərəli idarəetmə modelinin hüquqi bazasını formalaşdırıb. Bununla yanaşı, Naxçıvanın iqtisadi cəlbediciliyini artırmaq üçün tətbiq edilən güzəştlər də xüsusi qeyd olunmalıdır. 2026-cı il yanvarın 1-dən etibarən muxtar respublika rezidentlərinin 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad edilməsi regiona yerli və xarici investisiyaların axınını stimullaşdırır. 

Dövlətimizin başçısının avqustun 12-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam da strateji inkişaf kursunun davamlılığını bir daha təsdiqləyir. Sənədə əsasən, muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat, təhsil və mənzil-kommunal infrastrukturunun yenilənməsi məqsədilə dövlət və muxtar respublika büdcələrindən ümumilikdə 258 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçirilən layihələr Naxçıvanın müasir çöhrəsini daha da gözəlləşdirməklə yanaşı, əhalinin rifahının yüksəlməsinə birbaşa xidmət edəcək.

Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yaxın dönəmdə reallaşacaq Zəngəzur dəhlizi, habelə Qars-İğdır-Naxçıvan dəmir yolu xətti muxtar respublikanı illərlə davam edən kommunikasiya təcridindən tamamilə qurtaracaq. Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirməklə yanaşı, regionu Avrasiyanın mühüm nəqliyyat və logistika qovşağına çevirəcək.

Nəticə etibarı ilə Ümummilli Lider Heydər Əliyevin qoruduğu, Prezident İlham Əliyevin yeni tarixi mərhələyə yüksəltdiyi Naxçıvan bu gün özünün ən qüdrətli dönəmini yaşayır. Bir zamanlar blokada çətinlikləri ilə üz-üzə qalan bu strateji diyarımız indi irimiqyaslı infrastrukturu, güclü sənayesi, “yaşıl enerji” potensialı və müasir idarəetmə modeli ilə gələcəyə inamla addımlayır. Dövlətimizin başçısının uzaqgörən rəhbərliyi sayəsində Naxçıvan bundan sonra da yeni-yeni uğurlara imza ataraq Azərbaycanın sosial-iqtisadi və geostrateji qüdrətinin sarsılmaz qalası olaraq qalacaq.


İsmayıl QOCAYEV, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanın inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir

14:53
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 

14:35
12 Avqust

Paytaxt üzrə 4490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14:30
12 Avqust

Qədim Naxçıvanın turizm imkanları

14:27
12 Avqust

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

14:25
12 Avqust

Naxçıvandan keçən qlobal zəfər yolu 

14:22
12 Avqust

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

14:20
12 Avqust

“BakuBus” Naxçıvanda - yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları

14:14
12 Avqust

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

14:05
12 Avqust

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

14:00
12 Avqust

Fransadakı AES-də üç reaktor bağlanıb

13:56
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!