12 Avqust 2026 14:20
419
SİYASƏT
A- A+
Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  


Prezident İlham Əliyevin Naxçıvana səfəri çox önəmli bir zamanda baş verir. Çünki son dövrlərdə TRIPP layihəsi (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) ilə bağlı çoxsaylı müzakirələr aparılır və müxtəlif planlar qurulur. TRIPP layihəsi artıq bizim üçün Zəngəzur dəhlizinin açılması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açqılamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən deyib.

Deputat bildirib ki, Zəngəzur dəhlizinin Naxçıvandan keçən digər hissəsinin də modernləşdirilməsi vacibdir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin səfəri həm Avropa İttifaqının, həm də ABŞ siyasətçilərinin diqqətini yenidən Zəngəzur dəhlizinə cəlb edir.

“Prezident İlham Əliyev Naxçıvanda bir sıra önəmli açılışlar etdi, eləcə də Naxçıvan Sənaye Parkının təməlini qoydu, Naxçıvan şəhərində “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında, Muxtar Respublikanın dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış oldu. Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars–İğdır–Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Bu da Muxtar Respublikanın inkişafı, Naxçıvanın regionda “logistika habına” çevrilməsi deməkdir”, - deyə F.İsmayılzadə qeyd edib.

O vurğulayıb ki, dövlət başçısının Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın regiondakı mövqelərinin möhkəmlənməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu addımlar Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşmasına, eləcə də Azərbaycan üzərindən Şərq-Qərb əlaqələrinin daha da genişlənməsinə mühüm töhfə verir.

Deputatın sözlərinə görə, Naxçıvanın inkişafı ilə bağlı çox böyük planlar qurulur, bu istiqamətdə dövlət vəsaiti ayrılır, beynəlxalq donorların da geniş planları var.

“Son illərdə Naxçıvanla bağlı bir sıra mühüm dövlət proqramları və tədbirlər planları qəbul edilib. Prezident İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib. Ümumiyyətlə, hesab edirəm ki, Naxçıvanı, həmin bölgəni, Şərqi Zəngəzuru və Qarabağ bölgəsini böyük inkişaf gözləyir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMU-da müasir laboratoriyalar keyfiyyətli təhsil və elmi tədqiqat imkanlarını genişləndirir

15:25
12 Avqust

Professor: Naxçıvan beynəlxalq ticarət, tranzit və logistika mərkəzinə çevriləcək

15:17
12 Avqust

Naxçıvanın Azərbaycanın geosiyasi sistemindəki strateji əhəmiyyəti artır

15:16
12 Avqust

Akkreditasiya edilmiş inspeksiya orqanları ilə maarifləndirici görüş baş tutub

15:09
12 Avqust

Naxçıvandan verilən mesaj: ölkənin tarixini qorumaq onun gələcəyini qurmaq deməkdir

15:05
12 Avqust

Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması Türk dünyasına da töhfə verəcək

15:01
12 Avqust

Naxçıvanın inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir

14:53
12 Avqust

Naxçıvanda da şəhid ailələrinə və qazilərə yüksək qayğı var

14:47
12 Avqust

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib: gənclər arasında vəziyyət narahatlıq doğurur 

14:45
12 Avqust

Yeni yoxlama sistemindən sonra Aİ ölkələrinin hava limanlarında növbələr artıb

14:43
12 Avqust

Prezidentin muxtar respublikaya səfəri regionun inkişaf istiqamətlərini müəyyənləşdirdi

14:42
12 Avqust

Naxçıvan - tarixi qayğıdan yeni geosiyasi və iqtisadi mərhələyə

14:40
12 Avqust

Naxçıvanın sosial-iqtisadi inkişafında yeni strateji mərhələ 

14:35
12 Avqust

Paytaxt üzrə 4490 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib

14:30
12 Avqust

Qədim Naxçıvanın turizm imkanları

14:27
12 Avqust

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb ediliblər

14:25
12 Avqust

Naxçıvandan keçən qlobal zəfər yolu 

14:22
12 Avqust

Deputat: Prezidentin Naxçıvana səfəri Zəngəzur dəhlizinin regionda əhəmiyyətini daha da artırır  

14:20
12 Avqust

“BakuBus” Naxçıvanda - yeni park, yeni marşrutlar və nağdsız ödəniş imkanları

14:14
12 Avqust

Zamanın sınaqlarından üzüağ çıxan diyar: Naxçıvanın quruculuq salnaməsi 

14:05
12 Avqust

Türk professor: Temperaturun yüksəlməsi ekstremal hadisələrin sayını və intensivliyini artıra bilər

14:00
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!