11 İyul 2013 02:07
145
CƏMİYYƏT
A- A+
Yüksək şərait keyfiyyətli təhsilin əsasıdır

Yüksək şərait keyfiyyətli təhsilin əsasıdır

 

Bir şərtlə ki, fəaliyyət səmərəli olsun

 

Son illər inkişafının yeni mərhələsini yaşayan Qəbələ rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və yeni texnologiyaların tətbiqi ilə əlaqədar xeyli iş görülüb. Əsaslı təmir işləri ilə yanaşı, yeni məktəb binalarının tikintisi xüsusi qeyd edilməlidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq Nic qəsəbəsində 360, Tola kəndində 180, Topbağ və Solquca kəndlərinin hər birində 80 şagirdlik yeni məktəb binaları tikilib istifadəyə verilib, Vəndam qəsəbəsindəki 1 nömrəli tam orta məktəb əsaslı təmir edilib. Kiçik Pirəli kəndində isə 180 yerlik tam orta məktəb binasının inşası davam edir.

Son illər Heydər Əliyev Fondunun xətti ilə rayonun Çarxana, Daşlıca, Əmirvan, Tüntül, Abrix, Kürd, Kiçik Əmili, Dızaxlı kəndlərində və Nic qəsəbəsində ümumilikdə 1840 şagird yeri olan yeni və hər cür müasir avadanlıqla təmin edilmiş məktəb binaları istifadəyə verilib. Tədrisin keyfiyyətli aparılması, innovativ təhsil mühitinin formalaşdırılması və yüksək göstəricilərə nail olunması üçün yaradılan şəraitin rolu danılmazdır. Bunun nəticəsidir ki, Qəbələnin təhsil göstəriciləri ildən-ilə yaxşılaşır. Elə ötən il Günel Ağayeva Qəbələ şəhər 4 nömrəli tam orta məktəbi qızıl medalla bitirib. Mirzəbəyli və Çarxana kənd tam orta məktəblərinin müəllimləri Məlahət Rəsulovanın və Ruhiyyə Tahirovanın, həmçinin Vəndam qəsəbə 3 nömrəli tam orta məktəbin müəllimi Zülfinaz Eyyubovanın qabaqcıl iş təcrübəsi rayon məktəbləri arasında geniş yayılır. Məlikli kənd tam orta məktəbin direktoru Dursun Göyüşovun ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülməsi də qazanılan uğurlar sırasındadır.

Yüksək təhsil göstəricilərinə nail olmağa çalışan tədris ocaqlarından şəhər 1, 2, 4, Nic qəsəbə 2, Vəndam qəsəbə 1, 2 nömrəli və Xırxatala, Əmirvan, Soltannuxa, Nohurqışlaq tam orta məktəblərini də qeyd etmək olar.

Qəbələ məktəbliləri müxtəlif respublika müsabiqələrində və fənn olimpiadalarında uğurla çıxış edirlər. Məlikli kənd tam orta məktəbin X sinif şagirdi Sevinc Hüseynova ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş respublika inşa müsabiqəsində fərqlənərək Təhsil Nazirliyinin Fəxri fərmanına və pul mükafatına layiq görülüb. S.Hüseynovanın inşası ən yaxşı inşalar sırasında xüsusi kitaba salınıb. Əlbəttə, bu, gələcək həyata böyük arzularla baxan bir gənc üçün qürurverici göstəricidir. Qadir Mövlanov (Zalam kəndi), Əmrah Məmmədov (şəhər 3 nömrəli məktəb) və Mənzər Mehdiyeva (Kiçik Əmili kəndi) isə respublika rəsm müsabiqəsində uğurla iştirak ediblər. Qadir Mövlanovun çəkdiyi əsərlər may ayında Qəbələ şəhərində keçirilən beynəlxalq rəsm sərgisində də nümayiş etdirilib. Belə yaradıcılıq və təhsil uğurlarından çox nümunə gətirmək olar. Ən başlıcası isə, şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılması üçün gərəkli işlərin görülməsidir. Hazırda Qəbələ məktəblərində 43 kompyuter sinfi fəaliyyət göstərir ki, onların da 17-si internet şəbəkəsinə qoşulub.

Rayon təhsil şöbəsindən aldığımız məlumata görə, Qəbələ şəhər 5 nömrəli tam orta, Ziring, Yengicə kənd ümumi orta məktəbləri üçün yeni binaların tikintisi planlaşdırılıb.

Bəzi çətinliklər də var. Maddi-texniki və tədris bazasının çatışmazlığına görə rayon məktəblərinin 15-i iki növbədə fəaliyyət göstərir.

Qəzalı vəziyyətdə olan Bılıx, Çığatelli tam orta, Zərgərli kənd ibtidai məktəblərinin tikintiyə və əsaslı təmirə ehtiyacı var. Rayonun 24 məktəbində yeni qurulmuş qazanxanalara xidmət təşkilatının olmaması qış mövsümündə çətinliklər yaradır.

Qəbələ Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Əliyev söhbət əsnasında onu da qeyd etdi ki, rayonun 3 məktəbində I-VI siniflərdə udi, 6 məktəbdə isə I-IX siniflərdə ləzgi dili tədris olunur. Lazımi dərsliklərin mövcudluğu tədrisin keyfiyyətinə də təsir edir.

Artıq 2012-2013-cü tədris ili də başa çatıb. İlboyu çəkilən zəhmətin nəticələri qazanılan göstəricilərlə şərtlənir. Dərs ilinin birinci yarısının müvəffəqiyyət göstəricisi 98,9 faiz, keyfiyyət göstəricisi isə 58,9 faiz olub. Ən dəqiq göstəricilər isə məzunların ali məktəblərlə bağlı soraqları gələndə məlum olacaq. Onda bilinəcək ki, çəkilən zəhmət nə qədər fayda verib.

 

Telman NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!