12 Noyabr 2016 01:11
277
İQTİSADİYYAT
A- A+
Yüksək kondisiyalı toxum bol məhsulun əsasıdır

Yüksək kondisiyalı toxum bol məhsulun əsasıdır

 

Aqrar Universitetin alimləri məhsuldar toxum sortları üzərində tədqiqat işlərini davam etdirirlər

 

İqtisadiyyatda kənd təsərrüfatı mühüm yer tutur. Son illər bu sahədə intensiv metodlardan istifadə etməklə daha yüksək göstəricilərə nail olunması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. Xüsusilə, bitki genofondunun qorunub saxlanması, daha məhsuldar və xəstəliklərə davamlı toxum sortlarının yaradılması istiqamətində alimlərimizin apardıqları tədqiqat işləri gələcək uğurlara yol açır.

Məlum oduğu kimi, bitkiçilikdə taxıl istehsalının artırılması müasir tələblərə cavab verən davamlı sortların tətbiqi ilə əlaqədardır. Son illər alimlərimizin apardıqları elmi-tədqiqat işlərinin məqsədi də məhz rayonlaşdırılmış toxumçuluğu təşkil etmək, yeni təsərrüfatçılq şəraitində taxıl və paxlalı bitkilərin perspektiv sortlarının dən məhsuldarlığını müəyyənləşdirmək, müqayisəli qiymətləndirmə şəraitində ən yaxşı sortların seçilib kolleksiyalarını toplamaq, onlardan başlanğıc materialı kimi istifadə edərək yeni məhsuldar sortlar yaratmaqdır. Bu təcrübənin aparılmasında isə əsas məqsəd ənənəvi sortlardan seleksiyada istifadə etməklə  məhsuldar toxumçuluq bazası yaratmaqdır.         

Ölkəmizdə neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər bu sahədə bir sıra uğurların qazanılmasına səbəb olmuşdur. Xüsusilə, kənd təsərrüfatında heç vaxt qazanılmayan nailiyyətlər əldə olunmuşdur. İqtisadi cəhətdən daha səmərəli olan ənənəvi kənd təsərrüfatı məhsulları istehsalının yenidən bərpa edilməsi istiqamətində görülən işlər insanları yenidən torpağa qaytarmış, öz ata-baba peşələrini dirçəltməyə həvəsləndirmişdir. Lakin daha çox əkmək, daha çox məhsul əldə etməklə çoxlu qazanc götürmək həvəsi bəzi hallarda ekoloji cəhətdən yararsız toxumlardan istifadə edilməsinə gətirib çıxarmışdır. Nəticədə, istər daxili bazarda, istərsə də idxal prosesində problemlər yaranmışdır.

Kənd təsərrüfatında yüksək və keyfiyyətli məhsul əldə etmək üçün hər bir zonanın torpaq-iqlim şəraitinə uyğun toxum sortları seçilməli və onların keyfiyyət göstəricilərinə görə istifadə edilməlidir. Bunun üçün fermer təsərrüfatlarının mütəxəssisləri ilk növbədə əkib becərdikləri bitkinin toxumunu, onun növlərini və sort müxtəlifliyini tanımalıdırlar. İstər ölkə daxilindən, istərsə də xaricdən alınmış toxumların məhsuldarlığı və ekoloji təmizliyi barədə ətraflı məlumat əldə etməlidirlər. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universitetində yaradılmış taxıl və paxlalı bitkilər laboratoriyasında səmərəli işlər həyata keçirilir. Burada fəaliyyət göstərən alimlər yerli sort taxıl və paxlalı bitkilərin toxumları üzərində seleksiya işləri apararaq daha məhsuldar və yerli iqlim şəraitinə uyğunlaşdırılmış toxum sortları üzərində elmi-tədqiqat işləri aparırlar.

Hazırda laboratoriyada bir neçə məhsuldar qarğıdalı sortu üzərində aparılan sınaq təcrübələri özunu doğrultmuş, istər məhsuldarlığına, istərsə də təbii iqlim şəraitinə dözümlülüyünə görə müsbət nəticələr əldə edilmişdir. Laboratoriyanın müdiri Firudin Qurbanov söhbət zamanı dedi ki, indiki dövrdə çalışmaq lazımdır ki, geni dəyişdirilmiş toxumlar respublikamıza ayaq açmasın. Əgər onun qarşısı indidən alınmasa, gələcəkdə daha böyük problemlərlə üzləşə bilərik. Alimlərin üzərində işlədikləri toxum sortları heç də həmin toxumlardan geri qalmır. Hazırda əldə edilmiş yeni “ADAU-80” və “Gəncə”, “Məhsuldar” qarğıdalı sortlarının geniş yayılması üçün laboratoriyanın təcrübə sahələrində səpin aparılır. “Qismət”, “Qırmızı buğda-1”, “Nurcahan” və “Qələbə” yumşaq buğda sortları üzərində isə təcrübə işləri uğurla davam etdirilir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!