06 Fevral 2022 00:56
1655
İQTİSADİYYAT
A- A+
Yol çəkmək işin yarısıdır

Yol çəkmək işin yarısıdır

 

Qalan yarısı onu qoruyub saxlamaqdır

 

Müstəqilliyimizin ilk illərindəki yollarımızın vəziyyətini yəqin ki, çoxları unutmayıb. Elə sovetlər zamanında da yol problemimiz var idi. Neft diyarı olmasına baxmayaraq, Azərbaycanda yolların abadlığından danışmağa dəyməzdi.

SSRİ dağıldıqdan sonra isə baxımsızlıq ucbatından yollar daha da bərbad hala düşdü. Bütün istiqamətlərə - cənuba, qərbə, şimala dedən yollara çıxılası deyildi. Sərhədlər açıldığı üçün xarici ölkələrə, o cümlədən qonşu İrana, Türkiyəyə gedib-gələnlər oralardakı yolların bizimkindən qat-qat yaxşı olduğunu deyirdilər. Həqiqətdə də belə idi. Lakin abad yol iqtisadi imkandan asılıdır. Bu imkanı isə “Əsrin müqaviləsi”ndən gələn dividendlər verdi. Həmin dividendlər hesabına, ilk növbədə, həlli vacib məsələlər önə çəkildi ki, onlardan biri də regionların sosial-iqtisadi inkişafı idi. Bir-birinin ardınca regional inkişaf proqramları qəbul edildi. Proqramlarda yol infrastrukturunun yenidən qurulması da öz əksini tapdı. 2006-cı ildən başlayaraq Lerik, Yardımlı, eləcə də Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar, Salyan, Neftçala, Hacıqabul və digər rayonların yol infrasrukturu yenilənməyə başladı. Müasir yollar  insanlara rahatlıq, ölkəmizin nəqliyyat sektoruna üstünlük gətirdi, Azərbaycan regionun avtomobil nəqliyyat qovşağına çevrildi.

Bir neçə il bundan öncə istifadəyə verilən Ələt-Astara magistral şose yolu dünya standartları səviyyəsində qurulmuşdur. Dördzolaqlı yol boyunca çaylar üzərində tikilən möhtəşəm körpülərin özü tikinti-memarlıq əsəridir. Yol boyunca salınan keçidlər, suötürücüləri, habelə hər iki tərəfdən çəkilən dəmir tor çəpərlər, xəbərdarlıq nişanları hərəkətin sürətini və təhlükəsizliyini təmin edir. Sürət bəzi ərazilər istisna olmaqla saatda 110 kilometrdir. Yol-boyu yaradılan istirahət yerləri, yanacaqdoldurma və tibb məntəqələri, kafe və restoranlar beynəlxalq tələblərə cavab verir. İndi bu yollarla cənub bölgəsinə və geriyə əvvəlkindən 2-3 saat tez çatmaq olur.

Bu günlər isə İran İslam Respublikası ilə Azərbaycan sərhədindəki Astara çayı üzərində tikiləcək körpünün təməli qoyulmuşdur. Və bununla da qonşu ölkə ilə gediş-gəliş, ticari-iqtisadi əlaqələr daha da asanlaşacaq. Asanlaşan həm də rayonlararası, kəndlərarası və kəndarası yollarla gediş-gəlişdir. İndi ölkədə çox az yaşayış məntəqəsi tapılar ki, yolları yenidən qurulmasın və ya təzədən çəkilməsin. Biz hələ işğaldan azad edilmiş ərazilərdə çəkilən yolları demirik. Qarabağ və Şərqi Zəngəzurda yolçəkənlərimiz əsl möcüzə göstərirlər. Qısa vaxtda onların çətin relyefdə çəkdikləri yolların, tunellərin öhdəsindən heç “mənəm-mənəm” deyən ölkələr gələ bilməz.

Amma yolların çəkilişi işin yarısıdır. Qalan yarısı onların qorunmasıdır. Bu sahədə də işlər, demək olar ki, günün tələbləri səviyyəsində qurulmuşdur. Yol işçiləri yolun hər kilometrinə ciddi nəzarət edir, yaranmış hər hansı nasazlığı qısa müddət ərzində aradan qaldırırlar.

Qışın bu vaxtında onların işi daha çox və daha məsuliyyətlidir. Onlar qarlı-şaxtalı havalarda da yolları nəzarətsiz qoymurlar. Lazım gələndə yollara qum və duz səpir, asfaltı qar və buzdan təmizləyirlər. Çalışırlar ki, heç bir qəza hadisəsi baş verməsin, insanlar, daşınan yüklər mənzil başına vaxtında və sağ-salamat gedib-çatsın.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Salyandakı “44 nömrəli Yol İstismarı MMC”-nin kollektivi də qış mövsümündə belə bir məsuliyyətlə çalışır. İdarə respublika və beynəlxalq əhəmiyyətli yolun rayonun Kürsəngi kəndindən Şorsulu yaşayış məntəqəsinədək olan 85 kilometrlik hissəsinə xidmət göstərir. Burada qış dövrü üçün kifayət qədər duz və qum ehtiyatı tədarük olunmuşdur. Yanvar ayının üçüncü ongünlüyündə rayona yağan qar zamanı MMC-nin işçiləri gecəli-gündüzlü iş üstündə olmuş, texnikalar vasitəsilə yolları təmizləmiş, körpülərə və başqa ərazilərə duz və qum səpmişlər. İdarənin baş mühəndisi Azad Salahov deyir ki, sentyabr ayında artıq qışa hazır idik: “Lazımi qədər duz və qum tədarük etmişdik. 2 qreyder, 6 yükünüboşaldan maşın, yükləyici texnikalar da start xəttində idi. Bazar günü də daxil olmaqla hər gün üçün növbəlilik cədvəli tərtib etmişik. Çalışırıq ki, yollarımızda heç bir fövqəl  hadisə baş verməsin”.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!