02 May 2024 15:55
233
DÜNYA
A- A+

Yeni tərkibli çörək istehsal ediləcək

 

İngiltərə alimləri tam buğda çörəyi qədər sağlam, görünüşü və dadı isə ağ çörəyə bənzəyən yeni çörək növü yaratmağa çalışırlar. Yeni layihə İngiltərədə qidaların sağlamlığa faydalarını artırmaq üçün hökumət tərəfindən maliyyələşdirilir.

Mütəxəssislər çörək qarışığına noxud, lobya, taxıl, buğda kəpəyi və buğda cücərtisi əlavə etməyi planlaşdırırlar. Çörək istehsalçıları dəfələrlə una kəpək qataraq ağ çörəyi daha sağlam etməyə çalışsalar da, dadı və quruluşu müştərilər tərəfindən bəyənilməyib.

Tədqiqat qrupunun üzvlərindən Aberystwyth Universitetindən Dr. Ketrin Hovart bildirib ki, alimlər ağ unun kimyəvi tərkibini ətraflı təhlil etməyə başlayıblar. O, ağ çörəyin ləzzətini və teksturasını qorumaq və qida dəyərini tam buğda çörəyi səviyyəsinə yüksəltmək üçün incə bir tarazlıq lazım olduğunu söyləyib.

“Biz üyütmə zamanı hansı vitamin və mineralların məhv edildiyini dəqiq öyrənmək istəyirik. Digər taxıllardan istifadə etməklə dəmir, sink və vitaminlərin səviyyəsini və ən əsası lif tərkibini artıra bilərik, çünki ağ çörəyin çox az lifi var, lif isə sağlamlıq üçün çox vacibdir”, - deyə mütəxəssis bildirib.

Yeni məhsulun təxminən 2026-ci ilədək Böyük Britaniyada satışa çıxarılması planlaşdırılır.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video