17 Mart 2020 01:16
1079
SİYASƏT
A- A+
Yeni parlament dövlət quruculuğu prosesində yeni vəzifələr müəyyənləşdirir

Yeni parlament dövlət quruculuğu prosesində yeni vəzifələr müəyyənləşdirir


VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin etdiyi çıxış Azərbaycanda, region ölkələrində və bütövlükdə dünyada gedən siyasi, iqtisadi və mənəvi proseslərə verdiyi qiymət baxımından tarixi xarakter daşıyırdı. Bu çıxışla cənab Prezident dövlətimizin yaxın və uzaq gələcəkdə Fəaliyyət Proqramının konturlarını ortaya qoydu.

Cənab Prezident beşinci çağırış Milli Məclisin ölkəmizin uğurlu inkişafı istiqamətində rolunu qiymətləndirməklə yanaşı, parlamentə növbədənkənar seçkilərin aparılan islahatları dərinləşdirmək ehtiyacından irəli gəldiyini söylədi. O, islahatların cəmiyyətimizdə yaratdığı demokratiya ab-havasının bir daha seçki prosesində də özünü göstərdiyini diqqətə çatdırdı. Buna əyani sübut kimi, əhalinin seçkilərə heç vaxt olmadığı qədər marağını, 1300 nəfərin namizədliyini irəli sürməsini göstərdi: "Bütün namizədlər üçün bərabər şərait yaradılmışdı, ayrı-seçkiliyə yol verilməmişdi”.

Dövlət başçısı ədalət naminə onu da vurğuladı ki, bütün dünyada seçkilər tam ideal keçirilmişdi. Ən demokratik ölkələrdə belə qüsurlar labüddür. Əsas odur ki, məsul orqanlar seçki prosesinə nəzarət edir, xalqın verdiyi namizədlərin hüquqlarının qorunması naminə operativ tədbirlər görür. Ölkəmizdə 4 seçki dairəsinin, onlarla məntəqənin nəticələrinin ləğv edilməsi buna nümunədir. Seçkilərin nəticələrinə uyğun Azərbaycanda çoxpartiyalı parlamentin formalaşması da demokratiyanın inkişafında irəliyə doğru mühüm addım oldu.

Hörmətli Prezident parlamentin yeni heyətinə taleyüklü tövsiyələr verdi. Onları qanunvericilik bazası hazırlayarkən kəmiyyət ardınca qaçmamağa, keyfiyyət məsələsini ön planda tutmağa səslədi: "Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil”. Cənab İlham Əliyev bu iradı ilə deputatları ölkədə gedən proseslərdə fəal iştirak etməyə, seçildiyi dairələrin əhalisinin problemlərini öyrənməyə, icra orqanları qarşısında qaldırmağa səslədi.

Bu belə olarsa, deputatlar həm də bəzi yerli icra hakimiyyətlərinin, Prezidentin təbiri ilə desək, özünü "xan, bəy” qismində görən bir çox başçıların özbaşınalıqlarına meydan qalmaz.

Dövlət başçısı xalqımızı narahat edən qlobal problemlərə də toxundu. "İndi koronavirusla bağlı dünyada gedən ajiotaj istər-istəməz bizə də təsir edir. Ancaq hesab edirəm ki, biz bütün səyləri ortaya qoyub bu vəziyyətdən də şərəflə çıxacağıq”, - dedi. Təbii ki, ölkə rəhbərinin bu inamının arxasında ötən qlobal böhran illərinin təcrübəsi və iqtisadiyyatımızın gücü, hələ xeyli müddət əvvəl işlənib hazırlanmış qabaqlayıcı tədbirlərin mükəmməlliyi durur. Məlumdur ki, koronavirus kütləvi hal almağa başlayandan dünya iqtisadiyyatında, o cümlədən neft bazarında geriləmə olacağı proqnozlaşdırılırdı. Azərbaycan bu mənfi təsirlərə hazır idi. Başqa sözlə, iqtisadiyyatımız kifayət qədər yüksək maliyyə imunitetinə və təhlükəsizlik yastığına, eləcə də beynəlxalq kreditor imkanına malikdir. Statistik göstəricilər də iqtisadiyyatımızın dinamik inkişafına şahidlik edir. İqtisadiyyatımız son 16 ildə heç bir ölkədə müşahidə edilə bilməyəcək həddə - 3,4 dəfə artıb. Yoxsulluq 50 faizdən 4,8 faizə düşüb. Xarici borc ümumi daxili məhsulun 17 faizini təşkil edir. Müqayisə üçün deyim ki, bəzi inkişaf etmiş ölkələrdə xarici borc ümumi daxili məhsulun 100 faizi qədərdir. Cənab Prezident çıxışında bu məsələni xüsusi vurğuladı: "Önəmli məsələ ondan ibarətdir ki, valyuta ehtiyatlarımız xarici borcumuzdan altı dəfə çoxdur. Üstəlik, istəsək xarici borcumuzu bir ay ərzində sıfırlaya bilərik. Xarici borcu ödəmək üçün gərək bəzi ölkələrin valyuta ehtiyatları indikindən 50 dəfə artıq olsun”.

Maaşların, pensiyaların artımı 10 dəfədən çox olmuşdur. Ünvanlı sosial yardımla əhatə edilən ailələrin sayının daha da artırılmasına nail olmaqdan ötrü cənab Prezidentin göstərişi ilə mövcud metodologiyada düzəlişlər aparılıb. Məcburi köçkünlərə, şəhid ailələrinə keçən il 934 mənzil verilmişdi. Bu il isə onlar 1500 mənzil alacaqlar. Daha 7 min məcburi köçkün bu il yeni mənzillərə köçəcək. Cənab Prezident iqtisadi islahatlardan danışarkən bildirdi ki, şəffaflıq hesabına təkcə keçən il büdcəyə proqnozdan əlavə 1 milyard manatdan çox vəsait daxil olub. Cari ilin ilk iki ayı ərzində vergi orqanları proqnozdan əlavə 181 milyon manat, gömrük orqanları isə 71 milyon manat çox vəsait yığıblar. Ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsul 6,7 faiz artıb. Qeyri-neft sənayesi istehsalı sahəsində artım 21,7 faizdir.

Bu statistika nədən xəbər verir? Bir qədər əvvəl vurğuladığım kimi, dünya iqtisadiyyatında böhran get-gedə təhlükəli həddə yaxınlaşır. Neftin qiyməti aşağı düşür. Buna görə neft istehsalçısı olan ölkələr təşviş içindədirlər. Azərbaycanda isə əhalinin gəlirləri son iki ayda 9 faiz artıb. İnflyasiya isə cəmi 2,8 faizdir.

Cənab İlham Əliyevin rəhbərliyi altında yaradılan böyük iqtisadi mənbə Azərbaycanı sosial dövlətə çevirmişdir. Ötən il Prezidentin təşəbbüsü ilə reallaşan sosialyönümlü paket 4,2 milyon insanı əhatə etmişdir. Minimum əməkhaqqı, minimum pensiyalar müntəzəm olaraq qaldırılmışdır.

Mən həm də həmkarlar ittifaqı təşkilatının sədri olaraq, cənab İlham Əliyevin kölgə iqtisadiyyatının tam aradan qaldırılması barədə fikirlərindən bir qədər geniş danışmaq istəyirəm. Cənab Prezident haqlı olaraq bildirir: "Ölkəmizdə şəffaflıqla bağlı gedən proseslər, kölgə iqtisadiyyatına qarşı olan proseslər bizim iqtisadi imkanlarımızı gücləndirir, vergi bazasını genişləndirir, kölgə iqtisadiyyatına qarşı çox ciddi zərbə olur. Ona görə də qanunvericilikdə bütün bu məsələlər, əlbəttə ki, diqqət mərkəzində olmalıdır”.

Cənab İlham Əliyevin iqtisadi, sosial siyasətinin həyata keçirilməsində səylərini səfərbər edən həmkarlar ittifaqı təşkilatları uzun illərdir ki, kölgə iqtisadiyyatı ilə mübarizə aparır. Bakıda bu mövzuda beynəlxalq, respublika miqyaslı konfranslar, seminarlar təşkil edilib. Bu tədbirlərə həmkarlar ittifaqı liderləri, işəgötürənlərin nümayəndələri dəvət olunur. Biz qeyri-rəsmi iqtisadiyyata daxil irili-xırdalı müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaratmaqla, tərəfdaşlarımızla kollektiv müqavilələr bağlamaqla həmin müəssisələri leqallaşdırmağa çalışırıq. Düzdür, heç də həmişə bu cəhdlərimiz uğurlu alınmır. Amma uğurlu alınanları da az deyil. Güman edirəm ki, cənab Prezidentin tapşırığından sonra Milli Məclis bu sahədə mövcud qanunları təftiş edəcək və onları təkmilləşdirəcək.

Cənab Prezident ənənəsinə sadiq qalaraq yenə də xalqımızın gələcəyi olan gənclərə münasibətini açıqladı. İftixar hissi ilə bildirdi ki, gənclərimiz vətənə, milli köklərə bağlıdırlar, vətənpərvərdirlər. Onlarda bu hissləri daha da möhkəmləndirmək üçün mənəvi və fiziki hazırlıqları diqqətdə saxlamalı, əlavə tədbirlər düşünülüb həyata keçirilməlidir.

Yeri gəlmişkən qeyd edim ki, Milli Məclisə və müvafiq qurumlara verilən bu tapşırıq həm də həmkarlar ittifaqının birbaşa funksiyasına daxildir. Çünki ittifaqımızın üzvlərinin böyük hissəsi gənclərdir. Biz hörmətli Prezidentin gənclərlə bağlı imzaladığı dövlət proqramlarına uyğun olaraq uzun illərdir ki, iş aparırıq. Həyata keçirdiyimiz tədbirlərdə - festivallarda, müsabiqələrdə, konfranslarda, spartakiadalarda, intellektual oyunlarda, ölkəmizin regionlarında təşkil etdiyimiz səfərlərdə gənclər vətənini sevməyi öyrənir, onun tarixini, bugününü, adət-ənənələrini mənimsəyirlər. Gənclərin elmə, peşələrə maraqları artır. Nəhayət, indidən ictimaiyyətçi olmaq vərdişlərinə yiyələnirlər. Cənab Prezidentin Milli Məclisdə gənclərlə bağlı qarşıya qoyduğu vəzifələr bizi bir daha vətəndaşlarımızın bu təbəqəsi ilə apardığımız işi təftiş etməyə və daha da təkmilləşdirməyə istiqamətləndirdi.

Vitse-prezidenti olduğum Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) öz sıralarında dünyanın 163 ölkəsindən 200 milyondan çox həmkarlar ittifaqı üzvünü birləşdirir. BHİK-in xəttilə hər il dünyanın müxtəlif ölkələrində çoxsaylı beynəlxalq tədbirlərdə iştirak edir və Azərbaycan reallıqlarını dünyaya çatdırmağa çalışırıq. İndi isə Prezident İlham Əliyev bizim bu istiqamətdə fəaliyyətimizi konkret ünvana yönəltdi.

Dövlət başçısı Azərbaycan parlamentini beynəlxalq aləmdə təmsil edən deputatların qarşısında bu gün daha böyük vəzifələrin dayandığını söylədi. Dedi ki, "Xüsusilə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi həqiqətləri çatdırmalıyıq. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Ona görə bizim arqumentlərə qarşı Ermənistan tərəfi heç bir ciddi arqument qoya bilmir, ancaq yalan, böhtan, tarixi saxtakarlıq və mifologiya, Bu, əslində, onların xislətidir. Ona görə bizim deputatlar bütün beynəlxalq təşkilatlarda tarixi həqiqətləri ortaya qoymalıdırlar”.

Cənab Prezidentin nitqi ilə bağlı bizim qarşımızda yeni vəzifələr qoyuldu:

- Biz iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı fəaliyyətimizi gücləndirməliyik.

- Mövcud qanunların icra vəziyyətini monitorinq etməli və bu tip qiymətləndirməyə uyğun olaraq qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni addımlar atmalıyıq.

Ölkə Prezidenti qəbul edilən qanunların, eləcə də qanunverici aktların icra vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini xüsusi vurğuladı və parlamentin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsinin zəruri olduğunu bildirdi.

Yeni islahatların əsas prioritetlərindən biri də parlamentlə mərkəzi icra hakimiyyəti orqanları arasında münasibətlərin yeni müstəviyə qədəm qoyması, eləcə də Milli Məclisin rolunun artırılması, mərkəzi icra orqanlarının məsuliyyətinin daha da gücləndirilməsidir.

Cənab İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında tarixi çıxışı bütöv bir proqram sənəddir. Biz onu öyrənməli və işimizi bu əsasda qurmağı bacarmalıyıq.

Səttar MÖHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!