02 May 2023 09:00
1583
SİYASƏT
A- A+

Yeni intibah dövrünün müəllifləri və ayrılmaz dostlar

 

Qardaşlar həmişə dost olmurlar.
Həqiqi və səmimi  dostlar isə bir-birilərini qardaşdan da artıq sevirlər!
Qardaş qədər  istədiyin, səmimi və etibarlı dostun olması hər kəsə də nəsib olmur.
Bu, Allahın insanlara verdiyi böyük  nemət və ərməğan sayılır.

Azərbaycan Prezidenti İlham Əliyevlə  Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğanın dostluğunu və qardaşlığını bütün dünya görür, bilir.
Türkiyəni və Azərbaycanı sevənlər bu dostluqla sevinir, fəxr edir, qürur duyurlar.
Bədxahlarımız isə uzaqdan həsədlə,  paxıllıqla, qibtə ilə baxır, pərişan olurlar.

Prezident İlham Əliyevin təbirincə desək, sevinən qoy sevinsin,  sevinməyən isə  kor olsun!
Həqiqət budur ki, müasir dünyada İlham Əliyevlə  Rəcəb Tayyib Ərdoğan kimi bir-birilərinə, hörmət və ehtiramla yanaşan,  dar gündə bir-birinin yanında olan nə dövlət başçıları var, nə də həqiqi və səmimi dostluğun  şirin barından  bəhrələnən dövlətlər!

***
Hər iki xalqın dostluq və qardaşlıq  haqqında çoxlu müdrik sözləri, fikirləri var.
Hətta hamısını bir yerə toplasan,  qalın kitab olar.
Onlardan ikisini xatırlatmaq istəyirik:
"Tək əldən səs çıxmaz" və 
"Güc birlikdədir!"

Bəli,  iki əlin birləşməsindən yaranan  səs gur və güclü olur!
Belə səsi hamı eşidir!
Tək adamın gücü çatmadığı yükü isə əl-ələ verərək qaldırmaq mümkün və asan olur!
Bütün bunlar hər birimizin dəfələrlə şahidi olduğu,  həyatın və zamanın sınaqlarından  çıxmış gerçəkliklərdir.
***
Tarixən Türkiyənin qüdrətli başçıları,  iqtisadi cəhətdən güclü dövlətləri olub.
Ötən əsrin son dönəmlərində  Turqut Özalın  və Süleyman Dəmirəlin rəhbərlik etdikləri dövrü türk qardaşlarımız tez-tez xatırlayırlar.
Azərbaycanda da  sovet dövründə  və müstəqilliyin  ilk illərində  Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyini heç zaman unutmur və daim  minnətdarlıqla anırlar!

Türk tarixinin xatırlanan dönəmində və Azərbaycanın sovet zamanında nə qədər uğurları,  iqtisadi imkanları olsa da,  daxili və xarici siyasət məsələlərində tam sərbəstlikləri,  müstəqillikləri olmayıb.
Türkiyə NATO-nun üzvü kimi təkcə öz maraqlarını deyil, alyansın digər dövlətlərinin də  maraqlarını nəzərə almalı olub.
Məsələn,  Azərbaycanın yenicə müstəqillik qazandığı bir  vaxtda Naxçıvanın ən ağır dövründə  orada yaşayan Ulu Öndər Heydər Əliyev  Türkiyənin ozamankı baş naziri Süleyman Dəmirəldən kömək istədi.
Türk qardaşlarımız blokadada yaşayan naxçıvanlılara yardım göstərmək üçün  "Ümid körpüsü" tikdilər,  bütün zəruri yardımları göstərdilər.
Xalqımız hər an bu təmənnasız dost yardımını minnətdarlıqla xatırlayır.
Lakin Kəlbəcərin işğalı zamanı mülki vətəndaşların  təxliyəsi  üçün   Süleyman Dəmirəl  iki mülki vertolyot ayıra bilmədi.
Bu, NATO-nun  hərbi əməliyyatlarda  iştirakını  təsdiqləyəcək addım olardı...
Ulu Öndər Heydər Əliyev sovet Azərbaycanına  rəhbərliyi dövründə respublikanı  güclü inkişaf yoluna çıxardı, SSRİ-nin qabaqcıl regionlarından birinə çevirdi. 
Amma  xarici siyasət məsələləri  Moskvanın  müstəsna  səlahiyyətində  olduğundan Türkiyə ilə  əlaqələr qurmaq, yaxınlaşmaq, açıq-aşkar şəkildə  dostluq etmək mümkün deyildi.
Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan öz rəhbərliyi dövründə  Türkiyənin  yeni intibahının yaradıcısı oldu: 
* Ölkəni iqtisadi cəhətdən qüdrətləndirdi, ən yeni  texnologiyaların tətbiqini,  çox sahədə dünyada birincilər  sırasına  çıxmasını təmin etdi;
* "Feto"nun dövlətin  təhlükəsizliyinə qarşı yönəlmiş xain və xəyanətkar əməllərinə  birdəfəlik son qoydu;
* Türkiyənin yalnız öz maraq və  mənafelərini  güdən  müstəqil daxili və xarici siyasət yürütməsinə birmənalı şəkildə nail oldu;
* Ölkənin müdafiə sənayesini  gücləndirdi, yeni texnologiyalara əsaslanan ən müasir  PUA-ların, modern silahların hazırlanmasını və istehsalını qaydaya saldı;
* Tarixində ilk dəfə Türkiyəni  qaz istehsalçısına çevirdi;
* Türk dövlətlərinin birliyinin yaranmasına,  birgə əməkdaşlıqlarına böyük töhfələr verdi!
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən, onun yarımçıq qalmış işlərini uğurla həyata keçirən İlham Əliyev də Azərbaycanın  yeni intibahının  müəllifi oldu:
* Yalnız xalqın və dövlətin maraqlarına xidmət edən müstəqil daxili və xarici siyasət yeritdi;
* Azərbaycanı  Cənubi Qafqazın  ən güclü dövlətinə  və söz sahibinə çevirdi;
* Türkiyə və Azərbaycana böyük faydalar gətirəcək "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat  dəhlizlərini işə saldı;
* Açıq dənizə çıxışı olmayan  Azərbaycanı beynəlxalq nəqliyyat logistika mərkəzinə çevirdi;
* Azərbaycanı Avropanın ən etibarlı  tərəfdaşı kimi  tanıdaraq ölkənin  dostlarının sayını artırdı;
* Dəyərli təşəbbüsləri, qabaqlayıcı addımları və uzaqgörənliyi sayəsində Azərbaycanın dünyada nüfuzunu  artırdı, mövqelərini möhkəmləndirdi;
* Otuz il işğal altında qalan torpaqları  44 günlük Vətən müharibəsində  azad edərək Azərbaycanı  qalib və vüqarlı dövlətə çevirdi.
İyirmi illik rəhbərlikləri dövründə iki qardaş dövlətin yeni intibahlarının yaradıcıları olan xarizmatik  dövlət rəhbərlərinin səmimiliyi və mehribanlığı,  möhkəm dostluğu və qardaşlığı nə qədər fərəhli, qiymətli və əzizdir!
*** 
İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın  prezidentlikləri dövründə Azərbaycan-Türkiyə əlaqə və əməkdaşlığının  pik  nöqtəyə çatması da  fərəhləndirici haldır.
Vətən müharibəsindəki  qələbədən az sonra bu dostluğun, qardaşlığın tarixi təsdiqinə və müqəddəs sənədinə çevrilən Şuşa Bəyannaməsi isə münasibətlərimizin əbədiliyinin  mühüm göstəricisidir.

Faktlardan göründüyü kimi,  bunadək də Azərbaycan və Türkiyə daim birlikdə hərəkət edib,  heç zaman  bir-birilərinin maraqlarına  xələl gətirməyiblər.
Əksinə, qardaş olaraq tikələrini yarı bölüb, xoş və çətin günlərdə bir-birilərini  yaddan çıxarmayıblar.
Bir neçə  paralel  fakta  birlikdə nəzər salaq:
* Rəcəb Tayyib Ərdoğanın  iştirak etmədiyi  tədbirlərin birində Türkiyənin əleyhinə fikir söylənəndə  Azərbaycan Prezidenti  "Türkiyə Prezidenti burada yoxdur, amma mən buradayam", - deyə fürsətçinin ağzından vurdu!
İrəvanda keçirilən beynəlxalq ağırlıqqaldırma yarışında erməni dığasının  Azərbaycan bayrağını yandırması cavabsız qalmadı. Türkiyə atletləri qızıl medal qazanaraq himnlərini  səsləndirdilər,  bayraqlarını qaldırarkən  qələbələrini Azərbaycana həsr etdiklərini  dünyanın diqqətinə çatdırdılar!
* Azərbaycan neft-qaz  sərvətlərinin dünya bazarlarına  çıxarılmasında,  transmilli  layihələrinin gerçəkləşdirilməsində  qardaş ölkəni unutmayıb, daim  maraqlarını təmin edib.
Belə ki,  BTC, BTQ və "Cənub qaz  dəhlizi"  Türkiyənin  ərazisi ilə dünya bazarına çıxarılıb, dost ölkənin qaz  habına  çevrilməsinə  Azərbaycan öz  töhfələrini verib!
İkinci Qarabağ müharibəsi başlayanda  qardaş Türkiyə sözü, özü və silahları ilə daim Azərbaycanın yanında oldu!
*  Düşmənlərimizin  ciddi narahatlığına səbəb olan  "F-16"-lar Azərbaycan ərazisində  saxlanıldı, ermənilərin havadarlarına  və müdafiəçilərinə ciddi mesaja çevrildi.
Bu gün Qarabağın dirçəldilməsində türk şirkətləri yaxından və həvəslə iştirak edir,  prosesin sürətlənməsinə  öz töhfələrini verirlər.
* Dəhşətli zəlzələnin gətirdiyi fəlakət və dağıntılara ən çox yanan və ağrıyan  azərbaycanlılar oldu. Azərbaycan xalqı təbii fəlakətin ilk  günlərindən köməyə gedərək  əlindən gələni etdi. İndi zəlzələdən ən çox zərər görən ərazidən biri kimi Kahramanmaraşda Azərbaycan dövlətinin yardımı ilə 1000 ev və sosial obyektləri olan yeni şəhər inşa edilir.
Səmimi qardaşlığa ən sonuncu və bariz nümunə olacaq daha bir fakt:
* Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə  qüdrətli hərbi dövlətə çevrilən qardaş dövlət yenə də öz uğur və nailiyyətlərini  bizimlə  səxavətlə bölüşür!
Tezliklə ölkəmizdə "Bayraktar"  mərkəzi yaradılacaq, Azərbaycan-Türkiyə birlikdə yeni hərbi məhsullar istehsal edəcəklər!
Türklər və azərbaycanlılar hər iki dövlətin banilərinin müqəddəs vəsiyyət kimi səslənən  müdrik kəlamlarını heç zaman unutmurlar!
Mustafa Kamal Atatürk: "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir".
Heydər Əliyev:  "Azərbaycan-Türkiyə  bir millət, iki dövlətdir".
Müdrik rəhbərlərimizin söylədikləri bu qiymətli kəlamlar hər an  yadımızdadır və hər dəfə öz təsdiqini əməli işlərimizdə,  qarşılıqlı əlaqə və münasibətlərimizdə tapır.
***
Bugünkü dünya neçə illərdir ki, ABŞ-nin və Avropanın timsalında lider böhranı keçirir.
Makron kimilərinin hakimiyyətə gəlməsi  nəinki  demokratik dəyərlərə dağıdıcı zərbə vurur, ölkə daxilində insanların narazılıq dalğalarının dayanmadan artmasına,  ölkələrarası münasibətlərdə gərginliklər yaşanmasına, beynəlxalq hüququn iflicinə,  ziddiyyət və qarşıdurmalara səbəb olur.
Uzun illərdir ki, qoca qitədə və ABŞ-də hakimiyyət başında görkəmli dövlət xadimləri görünmür.
Hazırkı  böhranlı illərdə  türkdilli dövlətlərə  xarizmatik, uzaqgörən, dünyada  baş verən prosesləri dərindən  bilən, hadisələri qabaqlamağı bacaran,  mənsub olduqları xalqın və dövlətin  maraqlarını  məharətlə təmin edən, yüksək diplomatik keyfiyyətlərə malik əsl  liderlərin rəhbərlik etməsi hədsiz fərəh və razılıq doğurur.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli, aydın və konkret mövqeli, sözü və əməli bütöv, dünyanın digər dövlət başçıları tərəfindən hörmət və ehtiramla qarşılanan və birmənalı şəkildə  qəbul olunan prezidentlərin  səmərəli və möhtəşəm fəaliyyətləri  sonsuz qürur doğurmaqla  yanaşı, dünyaya da böyük fayda gətirir.
Rəcəb Tayyib Ərdoğanın Rusiya-Ukrayna müharibəsi fonunda dünyanı  taxıl böhranından qurtarması, İlham Əliyevin qaz böhranı dövründə Avropanın dadına çatması, üstəlik, "yaşıl enerji"  ilə təminatda atdığı uzaqgörən addımlar  hamı tərəfindən təqdir edilir.

Türkiyədə ən yeni texnologiyalara əsaslanan müasir silahların və PUA-ların  istehsalı, onların uğurla sınaqdan  keçərək özünü doğrultması, müstəqil dövlət kimi   ilk dəfə müharibə aparan Azərbaycanın  "XXI əsrin ən yeni müharibəsi"  kimi dünyaya nümunə olacaq  taktika və stategiya nümayiş etdirməsi  dövlətə rəhbərlik edən  şəxsiyyətlərin  qeyri-adiliyindən,   intelektual  səviyyələrindən və  siyasətçi, diplomat kimi  yüksək bacarıqlarından xəbər verir!
Rəhbərlərin əl-ələ verib birgə addımlar atmaları, öz dövlətlərinin  imkanlarını birləşdirərək əlbir fəaliyyət  göstərmələri ölkələrinə də, mənsub olduqları xalqa da  fayda və mənfəət gətirir.
***
Adətən, dövlətlər və rəhbərlər kiməsə,  nəyəsə qarşı  birləşirlər.
Təkcə iki dövlət üçün yox, artıq dünya üçün problemə çevrilən Rusiya-Ukrayna müharibəsi dediklərimizə əyani misaldır.
Türkiyə ilə Azərbaycanın, Rəcəb Tayyib Ərdoğan ilə İlham Əliyev dostluğu və əməkdaşlığı isə dünyanı müharibə və dağıntılardan, miqrant problemindən, ərzaq və enerji böhranlarından  qurtarmağa xidmət edir!
Məhz zəmanəmizin iki  müdrik və görkəmli dövlət xadiminin əlbir və əlaqəli  fəaliyyəti sayəsində Türkiyə-Azərbaycan bir millət, iki dövlət və bir yumruğa çevrildi!

Getdikcə dünyada  bu dostluğun dəyərini  anlayanların və faydasını dərk edənlərin də  sayı artır.
Tanrı  bu sevgini və sarsılmaz dostluğu bizə çox görməsin!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video