14 Yanvar 2025 09:00
441
CƏMİYYƏT
A- A+
Yeni ilin ilk köçü

Yeni ilin ilk köçü


Daha 165 cəbrayıllı doğma yurduna qovuşdu


44 günlük Vətən müharibəsində qazandığımız Zəfər yüz minlərlə vətəndaşımızın yurd həsrətinə son qoydu. Uzun illər işğal altında qalan ərazilərimizdə yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur obyektləri dağıdılıb, tarixi, mədəni və dini abidələrimiz məhv edilib, yeraltı və yerüstü sərvətlərimiz talan olunaraq cinayət törədilib. Düşmən tapdağından azad edilmiş ərazilərimizdə müharibədən dərhal sonra başlanılan yenidənqurma və bərpa işləri sayəsində şəhər və kəndlərimiz abadlaşdırılır, keçmiş məcburi köçkünlər mərhələli olaraq əzəli yurd yerlərinə geri dönürlər.

2022-ci il iyulun 19-da 30 il sonra əsarətdən qurtarılmış torpaqlarımız ilk qayıdış karvanını qarşıladı. Böyük qayıdış proqramı çərçivəsində uzun illər doğma yurd xiffəti ilə yaşayan insanların səsi artıq ata-baba ocaqlarından gəlir.

Həsrəti bitən yurd yerlərindən biri də Cəbrayıl şəhəridir. Bu şəhər doğma sakinlərinə ötən il sentyabrın 26-da qovuşub. 2025-ci ilin ilk köçü də məhz Cəbrayıla oldu. Yenidən qurulan şəhərə dünən daha 39 ailə - 165 nəfər qayıtdı. 

İşğaldan azad edilmiş digər ərazilər kimi, Cəbrayıl da yeni dövrünü yaşayır. Vahid baş plan əsasında qurulan şəhərdə sakinlərin rahat və firavan yaşaması, işlə təmin olunması üçün hər bir şərait yaradılır. Cəbrayılda çoxsaylı bərpa və quruculuq işləri görülüb, hazırda da bu işlər sürətlə davam etməkdədir.

Böyük qayıdış proqramına əsasən, ilk beşillikdə 34 min 500 ailə azad edilmiş ərazilərə köçürüləcək. Bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. İndiyədək 2653 ailə - 10397 nəfər ocağına geri dönüb. 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 369 ailə (1388 nəfər) Şuşa şəhərində, 46 ailə (179 nəfər) Xocalı şəhərində, 326 ailə (1334 nəfər) Cəbrayıl şəhərində, 48 ailə (271 nəfər) Xocalı rayonunun Ballıca kəndində məskunlaşıb.

Ən qürurverici hal isə odur ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın öz gücü hesabına gerçəkləşdirilir. Bu ərazilərdə yeni infrastrukturlar qurulur, yollar salınır, 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir, kommunikasiya sistemləri yaradılır, hava limanları tikilir. Bu işlər 2025-ci ildə də davam edəcək. Prezident İlham Əliyevin sözlərinə görə, bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşacaqlar.

Dağıdılmış, viran qoyulmuş əraziləri yenidən qurmaq böyük güc, potensial və zaman tələb edir. Ölkəmizdə yenidənqurma, abadlıq və quruculuq işlərinin aparılması məqsədilə bütün güclər səfərbər olunub.

İşğaldan azad edilmiş torpaqlarımızda sürətlə həyata keçirilən quruculuq işləri onu deməyə əsas verir ki, 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın hamısı tezliklə əzəli yurdlarına qovuşacaqlar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!