23 Noyabr 2026 10:37
86
İQTİSADİYYAT
A- A+
Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

Azərbaycan enerji sisteminin mövcud ən böyük və ən yüksəkgərginlikli ötürmə xətlərindən birinin tikintisinə start verilib.

“AzərEnerji”dən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi-AZURE” layihəsinin ikinci mərhələsi çərçivəsində Mingəçevirdən Nəvahi istiqamətində 235 kilometr uzunluğunda 500 kilovoltluq yüksəkgərginlikli ötürmə xəttinin çəkilməsinə başlanılıb.

Ölkənin mövcud ən yüksək gərginlik sinfi üzrə inşa edilən 500 kilovoltluq bu xətt, enerji sisteminin ötürmə imkanlarının genişləndirilməsi, yeni yaradılan bərpaolunan enerji mənbələrinin təhlükəsiz və etibarlı şəkildə vahid enerjisistemə inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır. Layihə, eyni zamanda, Azərbaycanın qərb, mərkəz və şərq regionlarını əhatə edən 500 kilovoltluq dairəvi enerji sxeminin formalaşdırılmasını, enerjinin uzaq məsafələrə daha az itki ilə ötürülməsini təmin edəcək. Bununla yanaşı, enerji sistemində tezlik və güc balansının tənzimlənməsi, enerji axınlarının çevik idarə olunması imkanlarını genişləndirəcək.

Qeyd edək ki, AZURE layihəsinin birinci mərhələsi çərçivəsində bu günədək mühüm infrastruktur işləri həyata keçirilib. “AzərEnerji”nin daxili imkanları və bir hissəsi də dövlət büdcəsindən ayrılmış vəsait hesabına ölkənin ən böyük yarımstansiyalarından biri olan - yeni 500/300 kilovoltluq “Nəvahi Yaşıl Enerji Qovşağının” tikintisi başa çatdırılıb. Eləcə də ümumi uzunluğu 245 kilometrdən artıq olan Nəvahidən Abşerona 500 kilovoltluq, “Biləsuvar” və “Bankə” Günəş elektrik stansiyalarına isə 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi yekunlaşıb. Nəticədə, hər iki Günəş elektrik stansiyasının ölkənin vahid enerji sisteminə qoşulması üçün zəruri infrastruktur yaradılıb və bu istiqamətdə nəzərdə tutulan öhdəliklər yerinə yetirilib.

AZURE layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyə dəstəyi çərçivəsində “Nəvahi Yaşıl Enerji Qovşağı”nın transformator və reaktorlarla təchiz edilməsi, Nəvahiyə Mingəçevir istiqamətində 500 kilovoltluq, Ələt, Abşeron və Qobu istiqamətlərində isə 330 kilovoltluq yeni ötürmə xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq 500 kilovoltluq Mingəçevir–Nəvahi xəttinin tikintisinə başlanılıb. 330 kilovoltluq 3 ötürmə xəttinin inşasına isə yaxın vaxtlarda start veriləcək.

Beləliklə, AZURE layihəsi Azərbaycanın bərpaolunan enerji potensialının reallaşdırılmasına, yüksəkgərginlikli ötürücü infrastrukturun inkişafına və ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə mühüm töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazir: Hazırda Azərbaycanda İtaliyanın 130-a yaxın şirkəti fəaliyyət göstərir

12:48
23 Noyabr

Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

12:27
23 Noyabr

Valeh Ələsgərov: Ələt Azad İqtisadi Zonasında hava limanının tikintisi gələn il yekunlaşacaq

12:11
23 Noyabr

Bu ilin 9 ayında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 9 milyard dolları ötüb

12:04
23 Noyabr

Son iki gündə 86 cinayətin açılması təmin olunub

11:32
23 Noyabr

Kreml: Rusiya gərgin münasibətlər fonunda Britaniya və Fransaya səfirlər təyin etməyə tələsmir

11:05
23 Noyabr

Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır

10:37
23 Noyabr

Bakıda Azərbaycan-İtaliya biznes-forumu işə başlayıb

10:17
23 Noyabr

Qızıl və gümüş bahalaşıb

10:01
23 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında azərbaycançılıq ənənələri ilə bağlı videoçarx paylaşılıb

09:08
23 Noyabr

Tramp: Demokratların qələbəsindən sonra ABŞ fond bazarı 6 trilyon dollar itirib

07:49
23 Noyabr

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

07:36
23 Noyabr

Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib   

20:21
22 Noyabr

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!