23 Noyabr 2026 12:19
151
Qəbullar
A- A+
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Prezident İlham Əliyev bu il İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi.

Dövlətimizin başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlətimizin başçısı ölkəmizin İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladı.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə etdi.

İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirdi.

Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu dedi, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd etdi.

Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunuldu, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edildi.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulandı, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunuldu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İtaliyanın Nazirlər Şurası Sədrinin müavini: Azərbaycan və Ermənistan arasında sülh regionun sabitliyi üçün mühümdür 

14:36
23 Noyabr

Rusiyanın Perm diyarına dron hücumu zamanı bir nəfər ölüb, iki yaralı var

14:32
23 Noyabr

Antonio Tayani: Gələn ilin əvvəlində də qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur 

14:29
23 Noyabr

İtaliya beynəlxalq səviyyədə Azərbaycanın irəli sürdüyü səkkiz təşəbbüsü dəstəkləyib

14:26
23 Noyabr

Nazir: Azərbaycanla İtaliya arasında indiyədək 65 sənəd imzalanıb 

14:21
23 Noyabr

Ceyhun Bayramov: İtaliya ilə münasibətlərimiz çox möhkəm təməl üzərində qurulub 

14:16
23 Noyabr

Azərbaycan və İtaliya arasında siyasi dialoq yüksək səviyyədədir: XİN-də görüş

14:11
23 Noyabr

Avropada soyuq hava fonunda qazın qiyməti artır

13:59
23 Noyabr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayaninin qəbulu ilə bağlı videoçarx paylaşılıb VİDEO

13:47
23 Noyabr

Sabah hava əsasən yağmursuz olacaq

13:44
23 Noyabr

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalanıb

13:42
23 Noyabr

Ötən həftə 62 mina və 468 digər partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:42
23 Noyabr

Oktyabrda əlilliyə görə pensiya, müavinət və Prezident təqaüdü alanların sayı məlum olub  

13:27
23 Noyabr

İlmələrdə yaşayan ortaq yaddaş: Bakıda Beynəlxalq Türk Xalçası Simpoziumu təşkil olunub 

13:19
23 Noyabr

Dünyanın ən çox azarkeş toplayan komandaları açıqlanıb  

13:07
23 Noyabr

Antonio Tayani: Azərbaycanla əməkdaşlığımızın vətəndaşlarımıza daha çox fayda gətirməsini təmin etməliyik 

12:57
23 Noyabr

Mikayıl Cabbarov: İtaliya ilə kritik xammal sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır VİDEO  

12:56
23 Noyabr

Azərbaycan və İtaliya sərmayələrin təşviqi ilə bağlı yeni ikitərəfli saziş imzalaya bilər

12:51
23 Noyabr

Sudanın paytaxtına dron hücumu zamanı BMT-nin üç əməkdaşı yaralanıb  

12:29
23 Noyabr

Bakıda İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

12:27
23 Noyabr

Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

12:19
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!