15 Yanvar 2026 08:15
303
CƏMİYYƏT
A- A+
Yeni dövlət proqramı əhalinin həyat keyfiyyətini yüksəldəcək

Yeni dövlət proqramı əhalinin həyat keyfiyyətini yüksəldəcək


Prezident İlham Əliyevin sədrliyi ilə 2026-2035-ci illəri əhatə edən Bakı və Abşeron yarımadasında su təminatı, habelə yağış və tullantı suları sistemlərinin modernləşdirilməsini hədəfləyən dövlət proqramına həsr olunmuş müşavirə keçirilib. Qəbul olunmuş dövlət proqramı ölkəmizdə ekoloji dayanıqlılığı hədəfləyən strateji bir sənəddir. Proqram çərçivəsində köhnəlmiş infrastrukturun yenilənməsi, "ağıllı su şəbəkələri"nin qurulması və su itkilərinin kəskin azaldılması üçün konkret iki mərhələli fəaliyyət planı nəzərdə tutulur.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, burada beynəlxalq təcrübəyə əsaslanan innovativ yanaşmalar, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı kimi layihələr xüsusi yer tutur: "Proqramın əsas məqsədi əhalini fasiləsiz içməli su ilə təmin etmək, subasma risklərini aradan qaldırmaq və bölgənin ekoloji təhlükəsizliyini gücləndirməkdir. Sənəddə, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və su ehtiyatlarının idarə olunmasında rəqəmsallaşma prioritet istiqamətlər kimi müəyyən edilib. Statistikaya görə,  dünya əhalisinin dörddəbiri, yəni 2,2 milyarddan çox insan su qıtlığından əziyyət çəkir. Bu çatışmazlığı aradan qaldırmaq üçün dəniz suyunun duzsuzlaşdırılması, yağış suyunun təkrar istifadəsi və tullantı sularının təmizlənərək suvarmada tətbiqi kimi alternativ su mənbələrinin əldə olunması istiqamətində innovativ həllər su problemində istifadə olunur. Ölkəmizdə də artıq bu yeniliklərə start verilir. İnnovativ resurs idarəçiliyi modelinə keçid edilir". 

Deputat qeyd edib ki, alternativ su mənbəyi kimi dəniz suyunun duzsuzlaşdırılması və istifadəsi ekoloji tarazlığın qorunmasına və su təhlükəsizliyinin təmin edilməsinə bir neçə mühüm istiqamətdə təsir göstərir. İlk öncə bu, təbii su mənbələri üzərindəki yükün azaldılması deməkdir. Qlobal iqlim dəyişmələri və yağıntıların azalması səbəbindən ölkəmizin Şollar, Xaçmaz və Kür kimi ənənəvi su mənbələrinin məhsuldarlığında azalma tendensiyası müşahidə olunur. Dəniz suyunun duzsuzlaşdırılması vasitəsilə illik 100 milyon kubmetr əlavə suyun istehsalı tükənən təbii mənbələrdən və yeraltı sulardan asılılığı azaldaraq həmin ekosistemlərin qorunmasında və su resurslarının mühafizəsində mühüm rol oynaya bilər. "Digər tərəfdən, Xəzərə axıdılan suyun 100 faiz təmizlənməsi ilə də götürülən su dövr edərək geri qayıdacaq. Xəzər dənizində suyun duzluluğunun az olması prosesi asanlaşdıran amildir. Bundan həm məişətdə, həm də kənd təsərrüfatında suvarma məqsədləri ilə istifadə ediləcək. İkincisi, iqlim risklərinin neytrallaşdırılması - mitiqasiya tədbirləridir", - deyə deputat əlavə edib. 

P.Vəliyeva bildirib ki, iqlim dəyişmələri nəticəsində yaranan su qıtlığı risklərini aradan qaldırmaq üçün alternativ su mənbələrinin istifadəyə verilməsi su təminatını daha dayanıqlı və iqlim amillərindən az asılı vəziyyətə gətirərək ölkədə ekoloji dayanıqlığı dəstəkləyəcək. Dövlət Proqramında alternativ su mənbələrindən istifadə zamanı ətraf mühitə yarana biləcək mənfi təsirləri minimuma endirmək məqsədilə xüsusi ekoloji təsir qiymətləndirmələrinin aparılması nəzərdə tutulur. Bu, həm dəniz ekosisteminin qorunmasına, həm də təmizləmə texnologiyalarının müasir ekoloji standartlara uyğunlaşdırılmasına xidmət edir.

Deputat deyib ki, proqram çərçivəsində Bakı, Sumqayıt, Xırdalan və digər 64 yaşayış məntəqəsində su təchizatında fasiləsizlik səviyyəsinin 95 faizə çatdırılması, 12 yeni kollektorun tikintisi, 3 mövcud kollektorun bərpası və 9 yeni tullantı sutəmizləyici qurğunun inşası, 28 yeni su anbarının tikintisi və içməli suyun zərərsizləşdirilməsi sistemlərinin tam müasirləşdirilməsi hədəflənir: "Dövlət proqramında Sumqayıt Duzsuzlaşdırma Qurğusundan Ceyranbatan su anbarına qədər yeni bir magistral kəmərin tikintisi nəzərdə tutulur. Bu kəmər vasitəsilə emal olunmuş su mövcud paylayıcı sistemə inteqrasiya ediləcək. Beləliklə, bu 10 illik proqramın reallaşması Bakı və Abşeronun su infrastrukturunu köhnəlmiş və qəzalı vəziyyətdən çıxararaq, "ağıllı", itkisiz su sistemləri olaraq ölkənin həm iqtisadi inkişafını sığortalayacaq, həm də əhalinin həyat keyfiyyətini yüksəldəcək".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!