23 Dekabr 2011 03:12
428
CƏMİYYƏT
A- A+
Yeni Azərbaycan Partiyası ilə Serbiya Demokrat Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

Yeni Azərbaycan Partiyası ilə Serbiya Demokrat Partiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır

 

Dekabrın 22-də Yeni Azərbaycan Partiyası (YAP) ilə Serbiya Demokrat Partiyası (SDP) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.

Memorandumu Azərbaycan tərəfindən Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Serbiya tərəfindən bu ölkənin kənd təsərrüfatı, ticarət, meşəçilik və su təsərrüfatı naziri və SDP sədrinin müavini Duşan Petroviç imzalamışlar.

İmzalanma mərasimindən əvvəl keçirilmiş görüşdə Əli Əhmədov demişdir ki, Azərbaycan ilə Serbiya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanın və Serbiyanın dövlət başçıları arasındakı dostluq münasibətlərinin hərtərəfli inkişafı üçün geniş imkanlar açmışdır. Qarşılıqlı səfərlər zamanı imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaratmışdır. Siyasi partiyalar arasında münasibətlərin inkişafı da dövlətlərimiz və xalqlarımızın əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir.

Ə.Əhmədov YAP-ın yaranma tarixi, Azərbaycanın ictimai-siyasi həyatındakı rolu, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, YAP bir sıra beynəlxalq təşkilatlar və siyasi partiyaların blokları ilə sıx əməkdaşlıq edir.

Duşan Petroviç Bakıda keçirilmiş "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir. Nazir demişdir ki, Serbiya regionun ən çox inkişaf etmiş ölkəsi olan Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Bu gün iki ölkə arasında münasibətlər daha da möhkəmlənir. Hökumətlərarası Komissiya həyatın müxtəlif sahələrində əməkdaşlığın genişlənməsini təmin edir. Düşünürük ki, hakim Yeni Azərbaycan Partiyası ilə Serbiya Demokrat Partiyası arasında imzalanmış Memorandum xalqlarımızın dostluq münasibətlərinin daha da dərinləşməsinə və inkişafına xidmət edəcəkdir.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!