29 İyun 2025 20:34
493
SİYASƏT
A- A+
Yekaterinburqdakı insident iki ölkə arasındakı münasibətləri böhran həddinə yaxınlaşdırır 

Yekaterinburqdakı insident iki ölkə arasındakı münasibətləri böhran həddinə yaxınlaşdırır 

Yekaterinburqda baş verən insident və Rusiyadakı fikir liderlərinin anti-Azərbaycan xarakterli çıxışları iki ölkə arasında onsuz da mürəkkəb olan münasibətləri daha da gərginləşdirərək demək olar ki, böhran həddinə gətirib çıxarır.

Bu fikri politoloq İlqar Vəlizadə Yekaterinburqda azərbaycanlıların evlərində keçirilmiş reydləri AZƏRTAC-a şərh edərkən söyləyib.

İyunun 27-si səhər saatlarında Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən Yekaterinburqda azərbaycanlıların yaşadığı ondan çox mənzildə aparılan əməliyyat nəticəsində çoxlu sayda şəxslər, o cümlədən Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. İki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

“Yekaterinburqda baş verənlər heç bir çərçivəyə sığmır, çünki hüquq-mühafizə orqanlarının hərəkətlərini onların səlahiyyətləri çərçivəsində qiymətləndirmək mümkün deyil. Görünən odur ki, xüsusilə də Səfərovlar ailəsinin nümayəndələrinin ifadələrindən belə nəticə çıxır ki, onlara qarşı zor tətbiq edilməklə qanunsuz hərəkət edilib, bu isə hüquq-mühafizə orqanlarının səlahiyyətlərini aşmasına, həm ölkə qanunlarını, həm də Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının fəaliyyəti haqqında normaları pozmasına dəlalət edir. Bir daha qeyd edirəm ki, biz bu məlumatları şahidlərin və iştirakçıların söylədiklərinə əsaslanaraq deyirik və hazırda belə bir mənzərə yaranır ki, məhz rəsmi hakimiyyət orqanlarının səlahiyyət həddini aşması mənfi nəticələrə səbəb olaraq Yekaterinburqda azərbaycanlıların ölməsinə gətirib çıxarıb”, – deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, yaranmış vəziyyətdə obyektiv istintaqa əsaslanmaq lazımdır, buna görə də Azərbaycan tərəfi, yəni Azərbaycanın Xarici İşlər Nazirliyi öz bəyanatında azərbaycanlıların ölümü ilə nəticələnən hadisələrin Rusiya qanunvericiliyinə uyğun olaraq hərtərəfli araşdırılmasının, günahkarların müəyyən edilərək onlara qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinə uyğun tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

“Bunun fonunda Rusiya ictimai-siyasi dairələrinin bəzi nümayəndələrinin qızışdırdığı qeyri-sağlam media müzakirələrinin də şahidi oluruq. Xüsusilə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun azərbaycanlılara qarşı daha sərt tədbirlərin görülməsi, Azərbaycanın “qarışmasının məhdudlaşdırılması” barədə fikirləri var. O, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatını Rusiyanın daxili işlərinə qarışmaq kimi qiymətləndirib və bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının bu cür hərəkət etmək hüququ var, Azərbaycan isə buna müdaxilə etmək, göstəriş vermək və ya şərt qoymaq hüququna malik deyil. Lakin belə yanaşmalar həqiqəti əks etdirmir. Rusiya ictimaiyyətinin bəzi nümayəndələri bütün saxlanılanların Rusiya vətəndaşı olduğunu iddia edir, halbuki onlardan bəziləri ümumiyyətlə Rusiya vətəndaşı olmayıb, bəziləri isə ikili vətəndaşlığa sahibdir, yəni həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Bu baxımdan, Azərbaycan tərəfi ədalətli istintaq tələb etmək hüququna malikdir, çünki söhbət həm də Azərbaycan Respublikasının vətəndaşlarından gedir. Ehtimal etmək olar ki, Azərbaycan Respublikası vətəndaşlarının taleyi ilə bağlı rəsmi Bakı Moskvaya müraciət edərək işin bütün halları barədə izahat tələb edə və hətta öz istintaqını başlada bilər. Bir daha vurğulayıram ki, söhbət Azərbaycan Respublikası vətəndaşlarından gedir və Azərbaycan tərəfinin belə müraciətlər ünvanlamaq haqqı var”, – deyə ekspert bildirib.

İ.Vəlizadə qeyd edib ki, Rusiyanın bəzi “YouTube” kanallarında Pyotr Tolstoya istinadla Azərbaycanın guya “çox sərbəst davranmağa başladığı və Rusiyanın kim olduğunu unutduğu” kimi ifadələr səsləndirilir. Politoloq bildirib ki, bu cür dolayı hədələr kim tərəfindən deyilməsindən asılı olmayaraq yolverilməzdir və ölkələr arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyətinə haqqında Bəyannamə”nin ruhuna və mətninə ziddir.

“İkitərəfli münasibətlər fonuna gəlincə, təəssüf ki, Bakı–Qroznı marşrutu üzrə uçan AZAL təyyarəsinin vurulmasından sonra iki ölkə arasında dialoq ciddi şəkildə pozulub. Azərbaycanın Rusiya tərəfinə tələbləri tam yerinə yetirilməyib, Azərbaycan hələ də ilkin istintaq nəticələrini almayıb, halbuki buna haqqı var. İndi bu ciddi gərginliyin fonunda daha bir insident baş verdi ki, bu da ikitərəfli münasibətləri xeyli pisləşdirərək demək olar ki, böhran vəziyyətinə gətirib çıxarır. Dünən Rusiya Federasiyası Baş nazirinin müavini, Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının həmsədri Aleksey Overçukun Azərbaycana planlaşdırılan səfəri ləğv edilib ki, bu da münasibətlərin pisləşməsinin daha bir göstəricisidir”, – deyə İ.Vəlizadə bildirib.

Onun fikrincə, regionda və dünyada baş verənlər, Rusiya Federasiyasına qarşı tənqidlərin artması, təkcə ənənəvi geosiyasi rəqiblərdən deyil, hətta Moskva ilə normal münasibətləri olan postsovet ölkələrindən də tənqidlərin gəlməsi fonunda Azərbaycan–Rusiya münasibətlərindəki böhran əlamətləri xüsusi əhəmiyyət daşıya bilər. Əlbəttə, arzu edilən odur ki, münasibətlər tamamilə başqa məcrada inkişaf etsin, çünki bir çox regional və beynəlxalq məsələlərdə iki ölkənin maraqları üst-üstə düşür. Lakin bu böhran vəziyyəti son illər ardıcıl inkişaf edən münasibətlərin təbii gedişinə zərbə vurur və gördüyümüz kimi, bütün bunlar Azərbaycanın günahı ucbatından baş verməyib. Konkret olaraq Yekaterinburqdakı faciəyə gəlincə, bir daha diqqətə çatdırmaq istərdim ki, bu, hüquq-mühafizə orqanlarının səlahiyyətlərini aşması səbəbindən baş verib.

Bir daha vurğulamaq istərdim ki, bu faciəli hadisədən istifadə edərək özünə imic qazanmağa, mövcud gərginliyi daha da artırmağa çalışan bəzi fikir liderlərinin anti-Azərbaycan xarakterli çıxışları yolverilməzdir və artıq gərgin olan Azərbaycan–Rusiya münasibətlərini daha da çətin vəziyyətə salırlar. Eyni zamanda, Rusiya Federasiyasının rəsmi şəxslərini öz media orqanlarını və siyasətçilərini təxribatçı bəyanatlar verməməyə, Azərbaycana qarşı ehtiram nümayiş etdirməyə çağırmağa səsləyirəm. Çünki bu cür təxribat xarakterli açıqlamalar münasibətlərdəki böhranı dərinləşdirir və vəziyyətin pisləşməsinə səbəb olur. Azərbaycan tərəfi haqlı olaraq ümid edir ki, Rusiya tərəfi Yekaterinburqda saxlanılan və qeyri-qanuni davranış metodlarına məruz qalan Səfərovlar ailəsinin bir çox üzvü də daxil olmaqla Azərbaycan Respublikası vətəndaşları ilə bağlı obyektiv istintaq keçirilməsi tələbinə reaksiya verəcək”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!