10 Avqust 2026 18:56
214
İQTİSADİYYAT
A- A+
Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Cari ilin yanvar-iyul aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 748 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra edilib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsinin gəlirləri 23 milyard 594,7 milyon manat təşkil edib, bu da proqnozu 855,9 milyon manat və ya 3,8 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 11 milyard 474,1 milyon manat təşkil edərək proqnozdan 848,1 milyon manat və ya 8 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 32,9 milyon manat təşkil edərək proqnozdan 5,8 milyon manat və ya 21,5 faiz, sair daxilolmalar 427,8 milyon manat təşkil edərək proqnozdan 150,6 milyon manat və ya 54,4 faiz çox, Dövlət Neft Fondundan transfert isə 7 milyard 490 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.

Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 milyard 751,8 milyon manat təşkil edərək proqnoza qarşı 99,9 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 418,1 milyon manat təşkil edərək proqnoza qarşı 74,1 faiz icra olunub.

Yanvar-iyul ayları ərzində dövlət büdcəsinin xərcləri 20 milyard 174,4 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 229,8 milyon manat və ya 1,2 faiz çoxdur.

Bu ilin yanvar-iyul ayları ərzində icmal büdcənin gəlirləri 28 milyard 841,8 milyon manat, xərcləri isə 23 milyard 742,4 milyon manat məbləğində icra edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:58
10 Avqust

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

18:56
10 Avqust

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

18:55
10 Avqust

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

18:54
10 Avqust

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

18:53
10 Avqust

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

17:49
10 Avqust

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

17:47
10 Avqust

Avropada bu yay istilərdən 25 min nəfər ölüb

17:46
10 Avqust

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

17:45
10 Avqust

Lerik-Lənkəran sərhədində zəlzələ olub

17:43
10 Avqust

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

17:43
10 Avqust

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi

17:40
10 Avqust

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

17:03
10 Avqust

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər

16:53
10 Avqust

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

16:40
10 Avqust

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib

16:39
10 Avqust

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

16:37
10 Avqust

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

16:34
10 Avqust

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

16:33
10 Avqust

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

16:32
10 Avqust

Bakıda yağış yağacaq

16:15
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!