10 Avqust 2026 17:43
250
İQTİSADİYYAT
A- A+
Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində cari ilin ilk 7 ayında tranzit daşımaların həcmi 9,1 milyon tonu ötərək son 5 ilin rekord səviyyəsinə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yükdaşımaların həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əldə olunan nəticələr son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma, infrastrukturun modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal ticarət marşrutlarında baş verən dəyişiklikləri, həmçinin Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyinin və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Bu dinamika son illər nəqliyyat və logistika sahəsində aparılan islahatların birbaşa nəticəsidir. İnfrastrukturun modernləşdirilməsi, aidiyyəti qurumlar arasında koordinasiya hesabına əməliyyat səmərəliliyinin artırılması, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi. Qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər də öz rolunu oynayıb. Bu amillərin məcmusu Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutu üzrə mövqeyini və rəqabət qabiliyyətini xeyli möhkəmləndirib.

Daşıma müddəti qısalır, rəqabət qabiliyyəti artır

Orta Dəhliz üzrə həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri yükdaşımaların sürətlənməsidir. Bir neçə il əvvəl Çin-Avropa marşrutu üzrə daşımalar 38-53 gün çəkirdisə, hazırda bu müddət orta hesabla 12 günə qədər azalıb. Daşıma müddətinin azalmasına elektron icazə sistemlərinin, e-TIR və e-CMR kimi rəqəmsal həllərin tətbiqi, yüklərin real vaxt rejimində izlənməsi, gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi mühüm töhfə verib.

Bu yanaşma çərçivəsində Azərbaycanda bir sıra genişmiqyaslı layihələr həyata keçirilib: Bakı-Tbilisi-Qars dəmir yolunun buraxılış qabiliyyətinin ildə 5 milyon tona çatdırılması, sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi, dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi və yenilənməsi, avtomagistralların tikintisi və bərpası, habelə hava limanı infrastrukturunun inkişafı.

Bu istiqamətdə mühüm addımlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Bir Pəncərə” İnformasiya Sistemi - Rəqəmsal Logistika Platformasıdır. Platforma sənəd dövriyyəsini sürətləndirir, prosedurları sadələşdirir və biznes üçün daha çevik logistika ekosistemi formalaşdırır. Növbəti mərhələdə platformanın Orta Dəhliz üzrə tərəfdaş ölkələrin analoji sistemləri ilə inteqrasiyası nəzərdə tutulur ki, bu da marşrut boyunca səmərəliliyin daha da artmasına səbəb olacaq.

Paralel olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq tərəfdaşlarla birlikdə “e-CMR”, “e-Permit” və “e-CIM/SMGS” elektron qaimə sistemi kimi müasir rəqəmsal nəqliyyat alətlərinin mərhələli tətbiqi istiqamətində iş aparır. Bu alətlərin tətbiqi beynəlxalq daşımalarda kağızsız texnologiyaların istifadəsini genişləndirəcək və beynəlxalq nəqliyyat dəhlizləri iştirakçıları arasında nəqliyyat məlumatlarının daha səmərəli mübadiləsini təmin edəcək.

Dəniz nəqliyyatının imkanları gücləndirilir

Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında Xəzər dənizi seqmentinin səmərəli fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Son illər Ələt Limanının və dəniz nəqliyyatı infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər artan tranzit yük axınlarının fasiləsiz və operativ şəkildə daşınmasına əlverişli şərait yaradıb.

Artan tələbatı nəzərə alaraq Ələt Limanının konteyner aşırma gücü 100 min TEU-dan 150 min TEU-ya çatdırılıb, 7-ci körpü istismara verilib və yükqaldırma qabiliyyəti 125 ton olan yeni nəsil kran istifadəyə verilib. Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Davam edən genişləndirmə layihəsinin başa çatması ilə bu göstəricilərin müvafiq olaraq 25 milyon tona və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Limanın yüksək tələbatı onun fəaliyyət göstəriciləri ilə də təsdiqlənir: Ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 8,2 milyon tondan çox yük və 107 min TEU konteyner aşırılıb.

Ələt nəqliyyat-logistika qovşağının inkişafının digər mühüm istiqamətini Ələtdə yük aeroportunun tikintisi layihəsi təşkil edir. Yeni aeroport dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının imkanlarını birləşdirərək multimodal logistika kompleksinin bir hissəsinə çevriləcək ki, bu da yüklərin emalının səmərəliliyini artırmağa və Orta Dəhlizin potensialını genişləndirməyə imkan verəcək.

Eyni zamanda, Xəzər dənizində yükdaşımaların artan həcmlərinin qarşılanması məqsədilə Bakı Gəmiqayırma Zavodunda ilk beynəlxalq kommersiya sifarişi üzrə 4 yük gəmisinin inşası davam etdirilir. Bundan əlavə, 2025-ci il sentyabrın 16-da “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” şirkəti arasında Xəzər dənizində istismar üçün nəzərdə tutulan, hər biri 780 TEU tutumlu iki konteyner daşıyıcı gəminin tikintisinə dair müqavilə imzalanıb. Bununla yanaşı, iritutumlu bərə layihəsi, “Ro-Ro” daşımalarının genişləndirilməsi, özəl sektorla birgə həyata keçirilən təşəbbüslər və donanmanın mərhələli yenilənməsi kimi addımlar Xəzər keçidinin ötürücülük qabiliyyətini daha da artıraraq Orta Dəhliz üzrə yükdaşımaların dayanıqlığını gücləndirəcək.

Həyata keçirilən bu tədbirlər artıq konkret nəticələr verir. Belə ki, bu ilin yanvar-iyul aylarında Ələt Limanında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 72,370 TEU, quru yük aşırmaları isə 82 faiz artaraq 1,4 milyon tona çatıb.

 

Orta Dəhliz üzrə əməkdaşlıq genişlənir

Azərbaycan Orta Dəhliz üzrə tərəfdaş ölkələrlə nəqliyyat əlaqələrinin gücləndirilməsi, sərhəd-keçid prosedurlarının optimallaşdırılması və rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində fəal əməkdaşlıq aparır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması, yeni müasir sərnişin və yük vaqonlarının alınması istiqamətində müqavilələrin imzalanması, Xəzər limanları arasında koordinasiyanın gücləndirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində həyata keçirilən birgə layihələr marşrutun etibarlılığını və rəqabət qabiliyyətini daha da artırır.

Azərbaycan Orta Dəhliz boyunca yerləşən bütün ölkələrlə nəqliyyat infrastrukturunun inkişafının sinxronlaşdırılması və marşrut boyunca daşımaların səmərəliliyinin artırılması məqsədilə fəal əməkdaşlıq aparır. Bu məqsədlə birgə infrastruktur layihələrinin əlaqələndirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına və daşımaların səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra ikitərəfli və çoxtərəfli yol xəritələri, sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb. Hazırda Orta Dəhlizin gələcək inkişafı və institusional möhkəmləndirilməsi yolunda mühüm addım olacaq çoxtərəfli sazişin hazırlanması istiqamətində də iş aparılır.

Tranzit potensialı dayanıqlı inkişafa töhfə verir

Tranzit yükdaşımalarda müşahidə olunan artım yalnız nəqliyyat sektorunun inkişafını deyil, bütövlükdə qeyri-neft iqtisadiyyatında əlavə dəyərin və iqtisadi fəallığın genişlənməsini təmin edir. Eyni zamanda, tranzit potensialının güclənməsi Azərbaycanın qlobal təchizat zəncirlərində etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir, xarici investisiyalar üçün cəlbediciliyini artırır və ölkənin geoiqtisadi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit və logistika mərkəzi kimi inkişafı nəqliyyat sektorunun hüdudlarını aşaraq qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və uzunmüddətli dayanıqlı iqtisadi artım üçün mühüm baza formalaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

17:49
10 Avqust

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

17:47
10 Avqust

Avropada bu yay istilərdən 25 min nəfər ölüb

17:46
10 Avqust

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

17:45
10 Avqust

Lerik-Lənkəran sərhədində zəlzələ olub

17:43
10 Avqust

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

17:43
10 Avqust

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi

17:40
10 Avqust

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

17:03
10 Avqust

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər

16:53
10 Avqust

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

16:40
10 Avqust

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib

16:39
10 Avqust

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

16:37
10 Avqust

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

16:34
10 Avqust

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

16:33
10 Avqust

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

16:32
10 Avqust

Bakıda yağış yağacaq

16:15
10 Avqust

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

16:02
10 Avqust

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

15:44
10 Avqust

Azərbaycanın xarici dövlət borcu azalıb

15:41
10 Avqust

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

15:34
10 Avqust

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

15:33
10 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!