Yazıçı və tərcüməçi Babaxan Şərifin 70 illik yubiley tədbiri
Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin genişləndirilməsində xidmətlər göstərmiş Babaxan Şərifin 70 illik yubiley tədbiri və "Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in təqdimatı keçirilib.
Tədbir "Kaspi” qəzeti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva çıxış edərək Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən, bu əlaqələrin dərinləşdirilməsində yazıçı, tərcüməçi, ədəbiyyatşünas alim Babaxan Şərifin səmərəli xidmətlərindən danışıb. B.Şərifin öz həyatını, taleyini büsbütün elmə, ədəbiyyata, sözə bağladığını deyən Sona Vəliyeva onun nəşr etdirdiyi kitabların, tərcümə əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb.
S.Vəliyeva təqdim edilən "Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” ilə bağlı fikirlərini bildirib, yazıçı Babaxan Şərifə yeni yaradıcılıq uğurları arzulayıb.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, tarixçi-alim Yunis Oğuz, özbəkistanlı alim Şuxrat Barlas və digər çıxış edənlər də yazıçı Babaxan Şərifin iki ölkə arasında ədəbi əlaqələrə verdiyi töhfələrdən söz açıb, yubileyi münasibətilə onu təbrik ediblər. Eyni zamanda "Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət”in əhəmiyyəti vurğulanıb.
Tədbirdə Babaxan Şərifə mükafatlar və hədiyyələr təqdim olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!