Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
AZƏRTAC xəbər verir ki, idmançı buna Macarıstanın Seqed şəhərində təşkil edilən Avropa Olimpiya Təsnifat reqatasında nail olub.
O, yarımfinalda finişə hamıdan tez çatıb. Diana 2000 metr məsafəyə yürüşdə gərgin mübarizənin sonunda ukraynalı rəqibini qabaqlayaraq birinci olub (07:40.67/07:40.67). Bu nəticə ilə avarçəkənimiz əsas final olan A finalına vəsiqə əldə edib. Reqlamentə əsasən, A finalında yarışı ilk üçlükdə başa vuran idmançılara olimpiada lisenziyası verilib. Diana Dımçenko vəzifənin öhdəsindən gələrək Fransanın paytaxtına lisenziyanı təmin edib.
Yığma üzvü A finalında 2-ci olub.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan avarçəkmə idman növündə 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən Yay Olimpiya Oyunlarında təmsil olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Avropa dövlətləri ilə münasibətlərdə yeni mərhələ”
13 May
“Şahin” hərbi-idman oyunlarının zona birincilikləri yekunlaşıb
13 May
Avropalı parlamentari: Hər bir ölkənin ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədləri...
13 May
Avropa Parlamentinin deputatına delimitasiya sahəsində görülən işlər barədə məlumat verilib ...
13 May
Hərbi xidmətə çağırış sahəsində qanun pozuntularına yol verən şəxslər barədə cinayət işləri məhkəməy...
13 May
Karbon qazını emal edən ən böyük zavod işə salınıb
13 May
Misir İsrail tərəfi ilə görüşləri ləğv etdi
13 May
Kazan Forumu Rusiyanın İƏT ölkələri ilə əlaqələrinə həsr olunacaq
13 May
Türkiyədə dövlət təyinatlı xərclərin səmərəliliyilə bağlı qənaət paketi qəbul edilib ...
13 May
Suyu təmizləyən mikroskopik robotlar yaradılıb
13 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!