29 Mart 2024 16:23
154
CƏMİYYƏT
A- A+

Yaz mövsümü və allergik xəstəliklər

 

Yaz mövsümündə ən çox rast gəlinən sağlamlıq problemləri sırasında allergik xəstəliklər aparıcı yer tutur. Bu hal özünü dəridə səpgilər, gözlərdə qaşınma və sulanma, bəzən isə qrip şəklində büruzə verir.

Allergiyaya meyilli olanlar tozdan başqa bitki tozcuqları və kifdən də narahatlıq hissi yaşayırlar. Kif göbələkləri hər yerdə və ilin istənilən vaxtında üzə çıxır. Lakin yayda onun daha çox yayılmasının səbəbi rütubətli hava ilə əlaqədardır. Mütəxəssislər hesab edilər ki, bəzən allergiya genetik yolla keçir.

AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Aynur Əliyeva deyib: “Bitki tozcuqlarının ətrafa saçılması və bəzi göbələklərin sporları vasitəsilə allergik reaksiyalar əmələ gəlir. Allergik xəstəliklər arasında daha çox allergik rinitə rast gəlinir və özünü burun axması, öskürmə, asqırma, burun tıxanıqlığı kimi şikayətlərlə göstərir. Allergik reaksiyalardan qorunmaq üçün ev şəraitində xüsusi dəmləmələrdən istifadə etmək məsləhət görülür. Məsələn, burun və boğazı duzlu su ilə qarqara etməklə xəstəlikdən müəyyən qədər qorunmaq olar”.

Bəzi qidalar yaz aylarında daha çox allergiyaya səbəb ola bilər. Bunlar çiyələk, pomidor və bibər hesab edilir. Qida məhsullarından yaranan allergiya adətən dəri və tənəffüs problemləri, həmçinin mədə-bağırsaq xəstəlikləri ilə özünü göstərir. Müxtəlif çəyirdəkli bitkilər, soya paxlası və digər paxla növləri ilə qidalanmaq da allergiyaya səbəb ola bilər.

Mütəxəssislər həkim məsləhəti olmadan müxtəlif dərmanlarla özünü müalicə etmək istəyənlərin ağır nəticələrlə üzləşdiyini deyirlər. Bu bronxit, bronxial astma və əlilliyə səbəb olan xroniki tənəffüs çatışmazlığına aparıb çıxara bilər. Həkimlər allergiyaya meyilli olanların tərkibində kimyəvi maddələr və konservantlar olmayan təbii qida maddələrindən istifadə etməyi tövsiyə edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video