06 Avqust 2026 20:51
162
CƏMİYYƏT
A- A+
Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Yay istirahət, səyahət və açıq havada daha çox vaxt keçirmək üçün əlverişli olsa da, bu dövr müxtəlif allergik reaksiyaların artdığı mövsüm hesab olunur. Günəş şüaları, bitki polenləri, həşərat sancmaları, hovuzlarda istifadə olunan xlor, bəzi meyvələr və hətta ev tozu gənələri yay aylarında allergiyanın yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu riskləri azaltmaq üçün sadə, lakin effektiv qorunma qaydalarına əməl etməyi tövsiyə edirlər.

Mərkəzi Neftçilər Xəstəxanasının allerqoloqu Aynur Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, yayda daha çox rast gəlinən allergiyalardan biri günəş allergiyasıdır: “Bu zaman günəş şüalarının təsiri nəticəsində dəridə qızartı, səpkilər, qabarcıqlar və qaşınma yarana bilər. Əlamətlərin şiddəti günəş altında qalma müddətindən və insanın fərdi həssaslığından asılı olaraq dəyişir. Bəzi hallarda isə günəşə çıxmazdan əvvəl istifadə edilən ətir, losyon və ya kremlər də allergik reaksiyaya səbəb ola bilər. Bu səbəbdən günəş şüalarının daha intensiv olduğu saat 10:00–dan 16:00-dək açıq havada uzun müddət qalmamaq, gün eynəyi və papaqdan istifadə etmək, günəş şüaları düşən nahiyələrə ətir və losyon vurmamaq, uzunqol geyimlərə üstünlük vermək, həmçinin günəşdən qoruyucu kremi çölə çıxmazdan 30 dəqiqə əvvəl çəkmək və hər 2–3 saatdan bir yeniləmək tövsiyə olunur”.

O deyib ki, yayın gəlişi ilə havada polenin miqdarı artır. Çəmən, ot və taxıl polenləri mövsümi allergiyanın ən geniş yayılmış səbəbləri hesab edilir. Polenə qarşı həssaslığı olan şəxslər onun daha çox olduğu səhər və günorta saatlarında pəncərə və qapıları bağlı saxlamalı, mümkün olduqda açıq havada uzun müddət qalmamalı, çöldən qayıtdıqdan sonra paltarlarını dəyişərək duş qəbul etməli, paltarları isə açıq havada deyil, qapalı şəraitdə qurutmalıdırlar.

Aynur Məmmədova, həmçinin diqqətə çatdırıb ki, yay aylarında təbiətdə daha çox vaxt keçirilməsi həşərat sancmaları ilə bağlı allergik reaksiyaların da artmasına səbəb olur: “Arılar, qarışqalar və digər sancan həşəratlar bəzi insanlarda sadə qızartı və şişkinlikdən tutmuş qarın ağrısı, qusma, nəfəs darlığı və hətta anafilaksiya kimi həyati təhlükəli vəziyyətlər yarada bilər. Arı sancmasına qarşı allergiyası olan şəxslərdə bədən və üzdə güclü şişkinlik, arterial təzyiqin enməsi və huşun itməsi kimi əlamətlər yaranarsa, dərhal təcili tibbi yardım göstərilməlidir. Parlaq rəngli və çiçək naxışlı geyimlərdən, eləcə də çiçək ətirlərindən uzaq durmaq, açıq havada şirin içkiləri ehtiyatla istifadə etməmək və həşəratqovucu vasitələrdən yararlanmaq lazımdır”.

Onun sözlərinə görə, isti havalarda hovuzlardan istifadə edən insanların bir hissəsində isə dezinfeksiya məqsədilə istifadə olunan xlor allergik reaksiyalara səbəb ola bilər: “Belə hallarda dəridə və gözlərdə qızartı, qaşınma, burun tutulması, asqırma və göz yaşarması müşahidə edilir. Xlora qarşı həssaslığı olan şəxslərin hovuzdan istifadə etməməsi, digər insanların isə hovuzdan sonra mütləq duş qəbul etməsi və gigiyenik vəziyyətinə əmin olmadıqları hovuzlardan uzaq durması tövsiyə olunur”.

Allerqoloq qeyd edib ki, yay mövsümünün sevilən meyvələri də bəzi insanlar üçün allergiya mənbəyi ola bilər: “Xüsusilə çiyələk, şaftalı və qarpız allergik xüsusiyyəti daha yüksək olan meyvələr hesab edilir. Allergiya yaradan qidanın qəbulundan sonra burun axması, burun tutulması, dəri səpkiləri, qarın ağrısı, ishal və köp yarana, ağır hallarda isə anafilaksiya inkişaf edə bilər. Bu səbəbdən qida allergiyası olan şəxslər allergiya yaradan məhsullardan uzaq durmalı, hazır qidaların tərkibini diqqətlə oxumalı və ictimai iaşə müəssisələrində allergiyaları barədə əvvəlcədən məlumat verməlidirlər”.

Mütəxəssis yay aylarında ev tozu gənələrinin də allergiyanın yaranmasında mühüm rol oynadığını bildirib: “Qapı və pəncərələrin daha çox açılması, həmçinin vaxtında təmizlənməyən kondisionerlər toz gənələrinin çoxalmasına şərait yaradır. Allergiya riskini azaltmaq üçün hava filtri olan kondisionerlərdən istifadə etmək, filtrləri mütəmadi təmizləmək, yatağa gündəlik geyimlə girməmək, yataq dəstlərini tez-tez dəyişmək və ev tozu gənəsinə qarşı həssaslığı olan şəxslərin xalçasız otaqlara üstünlük verməliyik”.

Aynur Məmmədova xüsusi olaraq vurğulayıb ki, allergik reaksiyaların qarşısını almağın ən effektiv yolu allergenlərdən mümkün qədər uzaq durmaq, fərdi qoruyucu tədbirlərə əməl etmək və ciddi əlamətlər yarandıqda vaxt itirmədən həkimə müraciət etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

21:40
06 Avqust

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

21:33
06 Avqust

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var

21:26
06 Avqust

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

21:19
06 Avqust

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

21:12
06 Avqust

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

21:05
06 Avqust

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

20:58
06 Avqust

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

20:51
06 Avqust

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

20:37
06 Avqust

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

20:30
06 Avqust

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

20:16
06 Avqust

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

20:09
06 Avqust

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

20:02
06 Avqust

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

19:55
06 Avqust

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

19:48
06 Avqust

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

19:41
06 Avqust

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir

19:34
06 Avqust

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

19:27
06 Avqust

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

19:20
06 Avqust

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

19:13
06 Avqust

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

19:06
06 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!