Yaxın məsafəni uzaq edən tıxacdan xilas yolu
Bakı ətraf ərazilər hesabına gündən-günə böyüyür. Paytaxtın ən yaxın qonşusu Sumqayıt da yerində saymır, çiyin-çiyinə veriblər. İndi uşaq da, böyük də bilir ki, gec-tez bu iki şəhər birləşəcək, bəlkə artıq bəzi ərazilərdə birləşiblər də...
Bu da məlumdur ki, hər gün Sumqayıtdan Bakıya və əks istiqamətə neçə-neçə insan gedib-gəlir. Çoxu paytaxtın və Sumqayıtın müəssisə və təşkilatlarında çalışan işçilər, eləcə də tələbələrdir. Onları birləşdirən təkcə iki şəhər arasında qalmaları deyil. Həm də bu zaman hər səhər-axşam yaranan tıxac problemini yaşamalarıdır. Bu gün Sumqayıt və paytaxt arasındakı tıxac yolçuların sanki həyat tərzinə çevrilib.
Amma bu o demək deyil ki, çıxış yolu yoxdur. Var və axtaran onu tapır. Götürək Bakı-Sumqayıt-Bakı elektrik qatarını. Bu qatar işləyəndən sonra çoxları üçün Sumqayıtdan paytaxta və əks istiqamətə gedib-gəlmək xeyli asanlaşıb. Paytaxtdakı universitetdə təhsil aldığı üçün həftənin 5 günü Bakıya getməli olan İsa İbrahimov deyir ki, elektrik qatarının açılışı ilə bu problem bir qədər çözülüb: "Əvvəllər mikroavtobusla gedirdim. Səhər saat 6-da Sumqayıtdan çıxır, 8-ə işləmiş paytaxta çatırdım. Təhsil müəssisəsinə çatanda saat 9 olurdu. Tıxac üzündən dəfələrlə dərsə gecikmişəm də. İndi isə səhər 7-də Sumqayıtdan çıxan qatarla gedirəm. 45 dəqiqədən sonra Bakıya çatıram. Metrodan istifadə etməklə universitetə yarım saata yetişirəm. Artıq iki aya yaxındır dərsə belə gedirəm".
Elə bu səbəbdəndir ki, bu gün Bakı-Sumqayıt-Bakı elektrik qatarından istifadə edənlərin sayı getdikcə artır. Yeri gəlmişkən, qeyd edək ki, hazırda bu nəqliyyat istifadəçilərinin 30 faizindən çoxu gediş haqqını kart vasitəsilə ödəyir. Bu da bilet növbəsini aradan qaldırır, vaxta qənaət edir. Amma sumqayıtlı sərnişinlərin müvafiq qurumlardan bir xahişi var. İstəyirlər ki, şəhər ictimai nəqliyyatının hərəkət cədvəlini yarım saat önə çəksinlər. Çünki səhər vaxtı avtobusların sərnişinləri vağzala çatdırmasında gecikmələr baş verir. Bizə belə gəlir ki, bu, heç də həlli çətin problem deyil.
Akif ƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycana gələn turistlərin sayı artır
27 Iyul
Səyyar görüş keçirilmişdir
27 Iyul
Səyyahlar Qarabağ həqiqətlərini dünyaya olduğu kimi çatdırırlar
27 Iyul
Ukraynalı səyyah: "Çox şadam ki, Azərbaycan öz torpaqlarını azad edib və indi onlar bərpa olunur"...
27 Iyul
Ötən altı ayda Mingəçevirdə genişmiqyaslı işlər görülüb
27 Iyul
Dünya Azərbaycan həqiqətləri ilə tanış olur
27 Iyul
Azərbaycanın strateji coğrafi mövqeyi onu Çin-Avropa yük qatarı üçün əsas nəqliyyat qovşağına çeviri...
27 Iyul
“29 İqlim Söhbəti: COP29-a gedən yol"da hər kəs “dəyişməlidir"
27 Iyul
Ermənistan Avropa İttifaqının əlində alətə çevrilib
27 Iyul
Ermənistan Qərbin planlarını icra edir
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
Uzaqgörənlik24 Iyul 2024
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!