04 Fevral 2016 04:02
274
SİYASƏT
A- A+
Yaşar Aydəmirov: Azərbaycanın sərəncamında olan hərbi texnika Ermənistandakından qat-qat üstündür

Yaşar Aydəmirov: Azərbaycanın sərəncamında olan hərbi texnika Ermənistandakından qat-qat üstündür

Ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı döyüşlərdə qaniçənliyi, amansızlığı ilə “şöhrət” tapmış “Kommandos” ləqəbli Ter-Tadevosyanın bu günlərdə erməni jurnalistləri qarşısında çıxışında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yaşar Aydəmirov AZƏRTAC-ın sorğusuna cavab olaraq deyib ki, hərbi məsələlərdən başı çıxmayan, yazı-pozu ilə məşğul olan jurnalist qardaşlarına bu “qəhrəman” “Azərbaycanın birtərəfli qaydada məhv ediləcəyi” barədə pafoslu, hədə-qorxu dolu fikirlərini çatdırıb. Onun sözlərinə görə, Ermənistanın və “Dağlıq Qarabağ” ermənilərinin sərəncamında guya “sınaqdan çıxmış texnika” və “3-4 neft-qaz platformasına tuşlanmış hansısa mifik raketlər mövcuddur”.

Gülüş doğuran və təəccübləndirən isə odur ki, bəyan etdiyi bu sayıqlamaları o, BMT Nizamnaməsinin 51-ci maddəsindəki “ölkəyə hücum olduğu təqdirdə özünümüdafiə hüququ” ilə pərdələməyə cəhd göstərir. Qeyd edək ki, yalnız təhdid olduğu halda deyil, birbaşa işğala məruz qaldığı halda da bu hüquqdan istifadə etməyə əsas var. Amma bu üzdəniraq, qəddarlığı ilə öyünən “keçmiş döyüşçü” dediklərindən eyforiyaya gələrək bütün məsələləri baş-ayaq çevirir. Hətta öz yalanlarına, uydurmalarına Ermənistan prezidentinin və müdafiə nazirinin guya bu haqda Azərbaycanı nə vaxtsa “xəbərdar” etmələri barədə mülahizələrini də əlavə edir.

Yaşar Aydəmirov bildirib: “Cənab Ter-Tadevosyan, nəyisə qarışdırmırsınız ki?! Çünki məhz siz təcavüzkar siyasət yeridib Azərbaycan torpaqlarını işğal etmisiniz, dinc əhalini qanına qəltan edərək bir milyondan artıq insanın doğma yurd-yuvasından didərgin düşməsinə səbəbkarsınız”.

Mən ağlını itirmiş erməni “sərkərdəsi” və sizə bənzər digər “strateqlər”lə heç bir polemikaya qoşulmadan sadəcə olaraq soruşmaq istəyirəm:

Xankəndidən ən yaxın platformayadək 300 kilometrdən artıq məsafə olduğu halda siz neft-qaz platformalarını necə və nə ilə məhv etməyə hazırlaşırsınız?! Siz heç olmasa, istifadənizdə olan raket sistemlərinin məsafə üzrə zərbə endirmə imkanlarını öyrənin və sonra danışın! Bu imkanlar R-300 kompleksində - maksimum 300 kilometr, sahə üzrə isə 100x100 metrdir. Sizin diqqətlə yoxladığınız texnikanın sırasında hədəfləri dəqiq məhv etmək imkanlarına malik olan bir dənə də olsun nümunə yoxdur!

Məgər Gürcüstandan keçən neft boru kəmərinin partladılması nəticəsində infrastruktura ciddi ziyan dəyə bilər?! Əgər fərz etsək ki, sizin “igid pəhləvan-diversantlar və yaxud yoxladığınız texnika” beton hasarla mühafizə olunan boru kəmərini sıradan çıxarmağa nail olsa belə, birincisi, neftin nəqlini dayandıran avtomatik sistem işə düşür. İkincisi isə bu cür qəzaların, nasazlıqların nəticələri xüsusi qüvvələr və vasitələrlə dərhal aradan qaldırılır.

Nəhayət, nəzərə almaq lazımdır ki, Azərbaycanın sərəncamında olan, sınaqdan çıxmış zərbə və məhvetmə vasitələri Ermənistandakından qat-qat üstündür. Onları yerinə oturtmaq, düşmənə sarsıdıcı zərbələr endirmək və sağalmaz yara vurmaq üçün həmin texnika hədəfə tuşlanaraq hazır vəziyyətdədir. Bu zərbələrdən hətta sizin sevimli paytaxtınız - “ən gözəl” İrəvan şəhərinin də yayınması istisna deyil.

Əgər biz Dağlıq Qarabağ probleminə hələ də səbir, təmkinlə yanaşırıqsa, şübhəsiz ki, bu, öz qərarlarında beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT-nın münaqişəyə dair qətnamələrinin tələblərinə hörmətlə yanaşan Prezidentimizin alicənablığının, müdrikliyinin və xalqımızın sülhsevərliyinin nəticəsidir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Pambıq qəbulu qəbzinin forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə

02:09
16 Dekabr

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!