08 Dekabr 2025 14:49
112
CƏMİYYƏT
A- A+
“YAŞAT” Fondu 5 illik fəaliyyətinə dair hesabat verib  

“YAŞAT” Fondu 5 illik fəaliyyətinə dair hesabat verib  


“YAŞAT” Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, öncə Fondun 5 illik fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Ardınca “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat xarakterli təqdimatla çıxış edib.

Təqdimatda “YAŞAT” Fondu tərəfindən müvafiq istiqamətlərdə şəhidlərimizin ailə üzvləri və müharibə əlilləri üçün həyata keçirilən dəstək tədbirləri, reallaşdırılan layihələrə dair statistik məlumatlar əks olunub.

E.Hüseynov bildirib ki, beş il ərzində "YAŞAT" Fondunun büdcəsindən dörd fəaliyyət istiqaməti üzrə 93 milyon 622 min manat vəsait xərclənib. Bu günədək 18 min 566 şəxsin 93 min 897 müraciəti təmin edilib. Ötən beş ildə “YAŞAT” Fondunun büdcəsindən məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 42 milyon 246 min 250 manat vəsait xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 min 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 min 37 müraciəti olmaqla ümumilikdə 12 min 606 müraciət təmin edilib.

“Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı istiqamətində xərclərin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 5 milyon 952 min 970 manat 32 qəpik təşkil edir. Həmin vəsaitin 1 milyon 381 min 242 manat 77 qəpiyi yaradıcı potensialın inkişafı üzrə həyata keçirilən layihələr üçün tərəfdaşlar tərəfindən ödənilib.Təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 1 450 və yaralıların 280 müraciəti olmaqla ümumilikdə 1 730 müraciət təmin edilib”, - deyə o bildirib.

Fondun rəhbərinin sözlərinə görə, rəsmi olaraq akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailələrinin üzvlərinə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara “YAŞAT” Fondu tərəfindən birdəfəlik pul mükafatı – 2 min manat təsis edilərək ümumilikdə 266 şəxsin (187 şəhid ailə üzvü və 79 müharibə əlili) hesabına vəsait köçürülüb.

O, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsaitin 37 milyon 911 min 765 manat 2 qəpik təşkil etdiyini diqqətə çatdırıb: “Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 51 min 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 min 934 müraciəti olmaqla ümumilikdə 77 min 263 müraciət təmin edilib. Ümumilikdə 193 şəxs müalicə edilməsi məqsədilə Türkiyə Respublikasına göndərilib, onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyə Respublikasında davam edir. İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə Fond tərəfindən xərclənən vəsait 7 milyon 11 min 408 manat 82 qəpik təşkil edir.

İstehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 918, itkin ailə üzvlərinin 3 və yaralıların 1 379 müraciəti olmaqla ümumilikdə 2 min 300 müraciət təmin edilib”.

E.Hüseynovun sözlərinə görə, indiyədək “YAŞAT” Fondu tərəfindən 67 layihə həyata keçirilib. Həmin layihələrdə 29 min 136 nəfər iştirak edib. Bildirib ki, 2020-ci il sentyabrın 27-dən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı "YAŞAT" Fondu tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədilə min manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 min manat məbləğində depozit hesabı açılıb.

Hər iki valideynini itirən 7 şəhid övladının adına 5 min manat məbləğində depozit hesabı açılıb. Bunlara Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da daxildir.

Sonda media nümayəndələrinin sualları cavablandıran E.Hüseynov hesabatlılığın “YAŞAT” Fondu üçün prioritet məsələ olduğunu da qeyd edib.

Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Londonda Ukraynadakı müharibənin dayandırılması ilə bağlı yeni danışıqlar keçirilir  

15:18
08 Dekabr

Bu il ünvanlı xidmət göstərilən vergiödəyicilərinin sayı açıqlanıb  

15:12
08 Dekabr

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi olub YENİLƏNİB  

15:08
08 Dekabr

Reza Deqati: Azərbaycanın qədim mədəniyyətini bütün dünyaya nümayiş etdirməliyik  

15:00
08 Dekabr

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in rəsmi qonaqları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər  

14:58
08 Dekabr

Ceyhun Bayramov: İranla hava əlaqəsinin genişləndirilməsi istiqamətində müzakirələr aparılır  

14:57
08 Dekabr

“Heydər Əliyev - suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi” mövzusunda beynəlxalq konfrans keçirilib  

14:56
08 Dekabr

ABŞ 2026-2027-ci illərdə Ukraynaya dəstək üçün 800 milyon dollar xərcləyəcək  

14:53
08 Dekabr

“YAŞAT” Fondu 5 illik fəaliyyətinə dair hesabat verib  

14:49
08 Dekabr

Seyid Abbas Əraqçi: İran-Azərbaycan əlaqələrini daha da inkişaf etdirmək istəyirik  

14:48
08 Dekabr

Ceyhun Bayramov: Abbas Əraqçinin səfəri Azərbaycan–İran münasibətlərinin inkişafına mühüm töhfə verəcək  

14:47
08 Dekabr

Çinin keçmiş idman naziri edam cəzasına məhkum edilib  

14:45
08 Dekabr

Misirli nazir: Azərbaycan bu gün İslam dünyasının mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır  

14:28
08 Dekabr

Ceyhun Bayramov: Üçtərəfli formatlarda dialoqun davam etdirilməsi planlaşdırılır  

14:28
08 Dekabr

Nazir: Ağbənd-Kəlalə avtomobil körpüsü iki ölkə arasında nəqliyyat əlaqələrinə mühüm töhfə verəcək  

14:27
08 Dekabr

Ceyhun Bayramov: Azərbaycan ilə İran arasında əlaqələr yüksəksəviyyəli səfərlərlə daha da güclənir  

14:26
08 Dekabr

Bakıda Azərbaycanın və İranın xarici işlər nazirləri arasında görüş olub  

14:26
08 Dekabr

BDYPİ: Sürücülər sürüşkən yolun və yüksək sürətin ağır nəticəyə səbəb olduğunu nəzərə almalıdırlar  

14:20
08 Dekabr

“Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabının təqdimat mərasimi keçirilib

14:17
08 Dekabr

Operativ məlumat: Pambıq yığımında rekord göstəricilər əldə olunur  

14:16
08 Dekabr

İrandan Azərbaycana narkotik vasitə keçirməyə cəhd göstərən şəxslər saxlanılıb  

14:15
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!