04 İyun 2025 14:33
456
SİYASƏT
A- A+
Yaponiyada Azərbaycanın Müstəqillik Günü və “Ekspo 2025”də ölkəmizin təqdimatı

Yaponiyada Azərbaycanın Müstəqillik Günü və “Ekspo 2025”də ölkəmizin təqdimatı


Azərbaycanın Yaponiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tokioda 28 May - Müstəqillik Günü və “Osaka Ekspo 2025” çərçivəsində tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, ölkəmizin Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, Yaponiya hökumətinin rəsmiləri, parlamentin deputatları, diplomatik korpusun təmsilçiləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Yaponiyanın Dövlət himnləri yaponiyalı müğənni Kyoko Yamamoto tərəfindən canlı ifa edilib.

Səfir Gürsel İsmayılzadə 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə firavan ölkəyə çevrildiyini, sosial-iqtisadi sahədə böyük inkişafa nail olmaqla əhalinin rifahının yüksəldiyini bildirib. 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayan diplomat bu il müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulunun 30-cu, habelə ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsində qələbənin 5-ci ildönümü olduğunu diqqətə çatdırıb. Ölkəmizin Şərq ilə Qərbi, Şimal ilə Cənubu birləşdirən coğrafi, siyasi, enerji, nəqliyyat, ticarət körpüsü olduğunu bildirən diplomat əlavə edib ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən irimiqyaslı layihələr Avrasiyada enerji və nəqliyyat xəritələrini dəyişib, çoxtərəfli səmərəli əməkdaşlığa yol açıb. Gürsel İsmayılzadə ölkəmizin Osaka şəhərində “Ekspo 2025”də fəal iştirakına toxunaraq, Azərbaycan milli pavilyonunun “A” kateqoriyalı pavilyonlar sırasında olduğunu diqqətə çatdırıb.

Yaponiya xarici işlər nazirinin parlament müavini, Yaponiya parlamentinin ilk türkəsilli deputatı xanım Eri Arfiya Azərbaycan dilində çıxış edərək, Yaponiya hökuməti adından xalqımıza təbriklərini çatdırıb. İki ölkə arasında 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri yaxşı siyasi əlaqələrə, sıx iqtisadi əməkdaşlığa əsaslanan dostluğun təmin oldunduğunu vurğulayan Eri Arfiya bu əlaqələrin inkişafına parlamentlərin də böyük töhfələr verdiyini deyib. O, Azərbaycanın Osakada keçirilən “Ekspo 2025”də fəal iştirakına toxunaraq, milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini, əsrarəngiz təbiətini təqdim etdiyini deyib.

Ötən il COP29 tədbiri zamanı Azərbaycanda səfərdə olduğunu bildirən Yaponiyanın ətraf mühit naziri Asao Keyiçiro ölkəmizin beynəlxalq konfransa uğurla ev sahibliyi etdiyini deyib, tədbir çərçivəsində qazanılan nailiyyətlərin iqlim dəyişmələri ilə mübarizəyə önəmli töhfələr verəcəyinə ümidvar olduğunu ifadə edib.

Yaponiya parlamentində Azərbaycan üzrə dostluq qrupunun fəxri sədri Akira Amari və qrupun sədri Tanaka Kazunori Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Sonra keçirilən konsert proqramında klassik əsərlərdən parçalar, xalq və bəstəkar mahnıları, milli rəqslərimiz təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!