07 Sentyabr 2016 03:09
139
CƏMİYYƏT
A- A+
Yaponiya şirkətləri Azərbaycanda yeni dərman zavodunun tikintisini planlaşdırır

Yaponiya şirkətləri Azərbaycanda yeni dərman zavodunun tikintisini planlaşdırır

Yaxın gələcəkdə Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur.

AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi orqanı olan “Tibb” qəzetinə istinadla xəbər verir ki, bu barədə ölkəmizdə səfərdə olan Yaponiyanın Nipro Pharma və JGC dərman şirkətlərinin nümayəndələri məlumat veriblər.

Qonaqlar səfər çərçivəsində Azərbaycanın Baş nazirin müavini Abid Şərifov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşdüklərini deyiblər. “Həmin görüşlər zamanı bizdə belə bir təəssürat yarandı ki, Azərbaycanın əsasən iki istəyi var: birincisi, Yaponiya tərəfinin Azərbaycana sərmayə qoyması, ikincisi, burada əczaçılıq sənayesinin inkişaf etdirilməsi. Biz hər iki istiqamətdə Azərbaycana töhfə verməyi, bu istəkləri reallaşdırmağı düşünürük. Azərbaycanda dərman preparatları istehsal edən zavod tikmək üçün ilk növbədə müəyyən araşdırmalar aparmalı, əlaqədar şəxslərlə görüşlər keçirməli idik. Səfərimizin əsas məqsədlərindən biri budur”, - deyə JGC dərman şirkətinin xarici əczaçılıq layihəsi qrupunun rəhbəri Susumu Yamada bildirib.

Nipro Pharma dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura isə zavodun tikintisinə başlamazdan öncə Azərbaycanda hansı dərmanlara tələbatın olması, hansı preparatların istehsalının məqsədəuyğun olması və bir sıra bu kimi məsələlərlə bağlı araşdırma aparacaqlarını bildirib: “Hazırda bizim partnyorumuz Azərbaycan üzrə iri distribüter şirkətlərindən biridir. Nipro Pharma şirkətinin istehsal etdiyi dərmanlarla həmin şirkətin məhsullarını müqayisə edib müəyyən nəticəyə gəlməyə çalışırıq. Bunun üçün ən azı bir il vaxt lazım olacaq. Araşdırmalardan sonra isə biznes plan hazırlayaraq bilavasitə zavodun tikintisini planlaşdırırıq. İlk növbədə Azərbaycanda bizim şirkətin 300-ə yaxın məhsulunu istehsal etməyi düşünürük. Əgər həmin məhsullardan əlavə preparatlara tələbat olarsa, Yaponiyada Nipro Pharmanın partnyoru olan çox sayda şirkətlər var ki, onlar da öz məhsullarını burada istehsal edə bilərlər”.

Satoshi Kavamura keyfiyyət məsələsinə xüsusi diqqət yetirdiklərini və çalışdığı şirkətin məhsullarının dünya standartları səviyyəsində olduğunu vurğulayıb: “Məqsədimiz təkcə Azərbaycan bazarında olmaq deyil. İstehsal olunan dərman preparatlarını, eyni zamanda, xarici dövlətlərə də ixrac etməyi düşünürük. Dərmanların keyfiyyəti məsələsi bizim üçün buna görə də prioritetdir. Əgər yüksək keyfiyyətli məhsullar istehsal olunmasa, onları ixrac edə bilmərik”.

Satoshi Kavamura Azərbaycanda istehsalın daha ucuz qiymətə başa gələcəyini də deyib. Qeyd edib ki, Azərbaycana daha ucuz qablaşdırma məhsulları gətirilərsə, dərmanların indikindən daha ucuz qiymətə bazara çıxarılması mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!