Yaponiya parlamentinin iki deputatı tutuldu
Yaponiya parlamentinin iki deputatı seçkilər zamanı səslərin alınmasında şübhəli qismində həbs olunaraq, istintaqa cəlb ediliblər.
Bu barədə NHK telekanalı xəbər verir. Bildirilir ki, parlamentin aşağı palatasının üzvü, sabiq Ədliyyə naziri Kavai Katsuyuki və onun həyat yoldaşı, yuxarı palatanın üzvü Kavai Anri seçkilər haqda qanunu pozduqlarına görə iyunun 18-də tutulublar.
İstintaqın məlumatına görə, cütlük ötən ilin iyununda parlamentin yuxarı palatasına keçirilən seçkilər zamanı Hiroşima prefekturasında Kavai Anrinin yuxarı palataya namizədliyinin təsdiqinə kömək məqsədilə səslərin toplanması üçün yerli parlamentin 100 üzvünə təqribən 233 min dollar paylayıblar.
Bildirilir ki, Kavai Katsuyuki özü şəxsən yerli qanunvericilərə 224 min dollar nağd pul verib. Onun həyat yoldaşı isə təqribən 10 min dolların verilməsində təqsirli bilinir.
Kavailər cütlüyü iyunun 17-də hakim Liberal Demokratik Partiyanı tərk etmələri barədə ərizə ilə müraciət ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Laçındakı xalçaçılıq mərkəzində ilk xalça - “Qasımuşağı” çeşnisi toxunub
29 Aprel
NATO-nun Baş katibi: Ukraynaya “Patriot” batareyaları verilməsi prioritet məsələdir
29 Aprel
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərəcək
29 Aprel
Dondurulmuş çörək faydalıdırmı?
29 Aprel
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!