23 Fevral 2023 01:01
737
SİYASƏT
A- A+
Yaponiya Azərbaycanın etibarlı tərəfdaşıdır

Yaponiya Azərbaycanın etibarlı tərəfdaşıdır

 

Dostun yaxını, uzağı olmur. Yetər ki, onların arasındakı münasibətlər tarixin sınağından çıxmış olsun. Məhz Azərbaycan-Yaponiya münasibətlərini belə bir dostluğa nümunə göstərmək olar. Beynəlxalq münasibətlər sistemində mühüm yer tutan Yaponiya Çinin, Koreyanın və Rusiyanın şərqində yerləşən adalar ölkəsidir. Sakit okeandakı 6.852 adadan ibarət arxipelaqda yerləşən bu ölkə dünya sivilizasiyasının özünəməxsus mərkəzlərindən biri olmuşdur. 
Bir qayda olaraq bu ölkəni qədim çağlardan bəri "Gündoğar ölkə" adlandırırlar. Hər il fevralın 23-ü (Yaponiyanın yeni, 126-cı imperatoru Naruhitonun doğum günü) Yaponiyada milli bayram kimi xüsusi mərasimlə qeyd olunur. Artıq yapon tarixində "Hey sey" dövrü başa çatmış və yeni "Reyva" (uğur, sülh və harmoniya), yəni imperator Naruhitonun hakimiyyət devizi altında yeni dövr başlanmışdır. 
Özünəməxsus tarixə malik olan yapon xalqı dünya mədəniyyətinə mühüm töhfələr verib. Hazırda isə dünyanın iqtisadi həyatında mühüm yerlərdən birini tutur. Belə ki, BMT, G7, G8 və G20 platformalarının üzvü olan Yaponiya dünyanın iqtisadi nəhənglərindən birinə çevrilmişdir. 
Dünyada və regionda gedən hərbi-siyasi proseslərin təsiri bu ölkədən də yan keçməyib. O, müharibə elan etməmək istəyini rəsmi olaraq özünün Əsas Qanununda bəyan etsə də, dünyanın ən böyük 8-ci hərbi büdcəsinə malikdir. Həmişə silahlı qüvvələrindən ancaq müdafiə və beynəlxalq sülhü qorumaq məqsədilə istifadə etdiyini bəyan edir. Yüksək yaşayış səviyyəsinə və insani inkişaf göstəricisinə malik olan Yaponiyanın bu imkanlarından əhali səmərəli surətdə faydalanır. 
Çox zəif təbii və enerji resurslarına malik olmasına baxmayaraq, bu ölkə XX əsrin ikinci yarısında bütün dünyaya ən yüksək modernləşmə və inkişaf nümunəsi göstərə bilib. O, əsas diqqətini intellektual və yüksək texnologiyaya əsaslanan sahələrin inkişafına yönəldib. Torpaqlarının yalnız 13 faizi kənd təsərrüfatı üçün istifadə olunur. 
Yaponiyanın ixrac etdiyi əsas məhsullar nəqliyyat vasitələri, elektrik cihaz və məişət avadanlıqları, dəmir və polad məmulatları, yarımkeçiricilərdir. Onun əsas ixracat bazarları Çin, ABŞ, Cənubi Koreya, Tailand və Honkonqdur. Ölkənin əsas idxalat bazarları isə Çin, ABŞ, Avstraliya, Səudiyyə Ərəbistanı, BƏƏ, Cənubi Koreya və Qətər sayılır.
Azərbaycan ilə Yaponiya arasında əlaqələr Orta əsrlərə gedib çixır. Hətta yapon imperatorları tərəfindən Səfəvi şahlarına bahalı hədiyyələr də göndərilmişdir. Sovetlər dönəmində də yapon mütəxəssislərinin yardımı ilə Azərbaycanda bir sıra infrastruktur sahələr yaradılmışdı. Bakıda Yaponiya ilə əməkdaşlıq nəticəsində "AZON" zavodu inşa edilmişdi. Texniki təchizatına görə, bu zavodun SSRİ-də bənzəri yox idi. Həmçinin Bakıda yapon mütəxəssislərinin iştirakı və yapon texnologiyasının köməyi ilə məişət kondisionerləri zavodu tikilərək istifadəyə verilmişdi. Bu zavod ildə 400 min ədəd kondisioner istehsal etmək gücünə malik olan Yaponiyanın  məşhur "Toşiba" şirkətinin lisenziyası əsasında keçmiş sovet məkanında qurulan yeganə müəssisə idi.
Yaponiya 1991-ci il dekabrın 28-də Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. 1992-ci il sentyabrın 7-də  Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələr quruldu. Təsadüfi deyil ki, Azərbaycanla diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə Yaponiyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə 2022-ci il "Azərbaycan-Yaponiya Dostluq ili" elan olundu.
Əlamətdar haldır ki, hələ 2000-ci ildə Yaponiya hökuməti tərəfindən regionda ilk dəfə bu ölkənin səfirliyi məhz Azərbaycanda açılmışdır. Azərbaycanın Tokiodakı səfirliyi isə 2005-ci il oktyabrın 12-də açılıb. Azərbaycan hazırda Yaponiyanın Cənubi Qafqaz regionundakı əsas strateji tərəfdaşı kimi çıxış edir. Bu birincilik Yaponiyanın Azərbaycana verdiyi önəmin bariz nümunəsidir.
O dövrdən etibarən iki ölkə arasında siyasi münasibətlər normal məcrada inkişaf edir. Hökumətlərarası əlaqələr getdikcə güclənir. Nazirlər səviyyəsində qarşılıqlı əlaqələr həyata keçirilir. 
Yaponiya, Böyük İpək yolunun bərpası təşəbbüsünə fəal dəstək vermiş, bu məsələdə rəsmi Bakı ilə Tokionun maraqları tamamilə üst-üstə düşmüşdür. Nəticədə 1998-ci il martın 10-da "Azərbaycan Respublikası və Yaponiya arasında əməkdaşlığın genişlənməsi haqqında" xüsusi saziş imzalanmışdır. Saziş çərçivəsində qısa müddətdə Yaponiyanın köməyi ilə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və başqa şəhərlərdə bir çox müəssisələr müasirləşdirilmişdir.
Yaponiya Azərbaycana iri məbləğdə güzəştli kreditlər və qrant yardımları ayırır. Yapon şirkətləri ölkəmizdə "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının tikintisinə texniki və layihələşdirilməsinə güzəştli şərtlərlə 165 milyon dollar, həmçinin "EP-300"-ün etil-polietilen zavodunun qurulmasına 75 milyon dollar kredit vermiş, həmçinin tibb avadanlıqlarının satın alınması üçün qrant layihələrini reallaşdırmışdır. Azərbaycanın 56 rayonunda təhsil, kənd təsərrüfatı, su təchizatı və suvarma sahələrində 268-dən çox kütləvi qrant layihəsi həyata keçirmişdir. Bundan əlavə, ərzaq mallarının istehsalının inkişafı məqsədilə Azərbaycana 3 milyon 250 min dollarlıq qrant, səhiyyə sahəsində inkişaf və yenidənqurma üçün 1,7 milyon dollar məbləğində humanitar yardım ayırmışdır.
Yaponiya həmçinin Azərbaycanda xəstəxanaların təchizatının və respublikanın yeyinti sənayesinin inkişafının təmin edilməsi məqsədilə qrant ayırmışdır. Bu ölkə tam orta məktəblərin əsaslı təmirində və yenilərinin tikilməsində də yaxından iştirak edir. Yaponiyadan Azərbaycana maşınlar, nəqliyyat vasitələri, dəmir və polad məmulatları ixrac olunur. Yaponiya isə Azərbaycandan əsasən neft və neft məhsulları idxal edir. 
Bir sıra beynəlxalq məsələlərə baxışda mövqeləri üst-üstə düşən Azərbaycan və Yaponiya dövlətləri müharibələri, zorakılığı qətiyyətlə pisləyir, bir-birinin ərazi bütövlüyünü dəstəkləyir, münaqişələrin həllində dinc vasitələrə üstünlük verirlər. Qarşılıqlı münasibətlərin inkişafı Avrasiya arealında iqtisadi tərəqqiyə təkan verən mühüm amillərdən biridir. 
Yaponiyanın "İtochu" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" və Bakı-Tbilisi-Ceyhan layihələrinin həyata keçirilməsində mühüm rol oynamışdır. Elektrik enerjisi sistemlərinin tədqiqatı ölkəmizdə enerji sektorunda investisiya imkanlarının genişləndirilməsinə yol açır. Yaponiya hökuməti bu layihə üçün 32,9 milyard yen, təxminən 509 milyon manat həcmində kredit ayırmışdır. 
Ötən dövr ərzində mədəni əlaqələr də geniş vüsət almışdır. Bu çərçivədə elm və təhsil sahəsində əlaqələr müsbət məcrada inkişaf edir. 2022-ci il aprelin 28-də Azərbaycan Dillər Universitetində Yapon Dili Departamentinin  açılışı keçirildi. BDU-nun Şərqşünaslıq fakültəsində yapon dili və ədəbiyyatı kabineti fəaliyyət göstərir. Tələbələrə eyni zamanda Asiya və Afrika ölkələri Tarixi kafedrasının müəllimləri tərəfindən "Yaponiya tarixi" fənni də tədris olunur. 
Ötən ilin aprelində Yokohama şəhərində Bakı Musiqi Akademiyasının 100 illiyinə və Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulmasının 30 illiyinə həsr olunmuş qala-konsert keçirilmişdir. Tədbir çərçivəsində bəstəkar Qara Qarayevin not kitablarının təqdimat mərasimi də təşkil edilmişdir. Elə həmin vaxtdan etibarən bu ölkədə Qara Qarayevin əsərlərinin çap olunmasına başlanılıb.
Göründüyü kimi, həyatın müxtəlif sahələrində qarşılıqlı münasibətlər ildən-ilə daha da möhkəmlənir. Bu münasibətlər etibarlı tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Möhkəm əminliklə demək olar ki, Uzaq Şərqdə və Cənubi Qafqazda sülh və iqtisadi tərəqqiyə xidmət edən Azərbaycan-Yaponiya tərəfdaşlığı digər ölkələr üçün də nümunə olacaqdır.  

Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!