30 May 2025 13:32
305
SİYASƏT
A- A+
YAP Sədrinin müavini Rusiyanın Perm şəhərində səfərdədir

YAP Sədrinin müavini Rusiyanın Perm şəhərində səfərdədir

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiyanın hakim “Yedinaya Rossiya” Ümumrusiya Siyasi Partiyasının dəvəti ilə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin 43-cü iclası və “Böyük Avrasiyada vahid, bərabər təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşması problemləri üzrə beynəlxalq ictimai-siyasi dinləmələr” mövzusunda keçirilən Forumda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Perm şəhərində səfərdədir.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 29-da Forumun plenar sessiyasında “Yedinaya Rossiya” Partiyasının Ali Şurası Bürosunun üzvü, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin müavini Andrey Klimov Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına məktubunu səsləndirib. Daha sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edərək Avrasiyada təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması üçün birgə fəaliyyətə və müvafiq strukturların yaradılmasına ehtiyac duyulduğunu bildirib.

Tədbirdə Rusiya hökuməti və “Yedinaya Rossiya” Partiyasının rəsmi şəxsləri ilə yanaşı, bir sıra xarici nümayəndə heyətlərinin rəhbərləri də çıxış ediblər.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov plenar sessiyada çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi bu günədək görünməmiş böhranla üzləşmiş, beynəlxalq hüququn normalarının faktiki iflic vəziyyətinə düşdüyü bir şəraitdə Birləşmiş Millətlər Təşkilatı hərbi-siyasi qarşıdurmaların, humanitar fəlakətlərin qarşısının alınması, münaqişələrin ədalətli həlli və qarşılıqlı faydalı əməkdaşlığın təşviqi kimi vəzifələrin öhdəsindən gəlməkdə aciz qalmışdır: “Xaos və qlobal kataklizmlər fonunda meydana çıxan geosiyasi şərait və çoxqütblü dünya nizamına keçid prosesinin genişlənməsi günümüzün reallıqlarını əks etdirir. Belə bir şəraitdə milli və qlobal təhlükəsizlik məsələləri dövlətlərin siyasi gündəliyində başlıca yer tutur”.

YAP Sədrinin müavini qeyd edib ki, SSRİ-nin dağılması ərəfəsində qonşu Ermənistan tərəfindən kütləvi etnik təmizləməyə, müstəqilliyini bərpa etdikdən sonra isə soyqırımı və genişmiqyaslı hərbi təcavüzə məruz qalmış, ərazisinin 20 faizi işğal edilmiş, BMT-nin erməni silahlı birləşmələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə baxmayaraq, 30 ilə yaxın ikili standartlar, qərəzli və ədalətsiz münasibətlə üzləşmiş Azərbaycan üçün istər regionda, istərsə də Avrasiyanın daha geniş coğrafi və geosiyasi məkanında sabitlik və qarşılıqlı faydalı əməkdaşlığın təmini strateji prioritetlərdən biridir. Ərazi bütövlüyü və tam suverenliyini bərpa edərək tarixi ədaləti bərqərar edən Azərbaycan BMT-nin sözügedən qətnamələrinin icrasını öz gücü hesabına təmin etməklə müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaratmış, təkcə Cənubi Qafqaz regionunda deyil, bütövlükdə Avrasiya məkanında davamlı sülh və konstruktiv əməkdaşlıq üçün geniş imkanlar formalaşdırmışdır.

Azərbaycanın müasir qlobal çağırışlara cavab verən milli təhlükəsizlik konsepsiyasına malik olduğunu vurğulayan T.Budaqovun sözlərinə görə, ölkəmiz həm regional, həm də qlobal səviyyədə çoxvektorlu enerji siyasəti həyata keçirir, özünün geostrateji potensialından, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından səmərəli istifadə etməklə beynəlxalq əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir. Eyni zamanda, Azərbaycan terrorçuluq, ekstremizm, separatizm və neokolonializm kimi təhdidlərə qarşı mübarizəyə yönəlmiş beynəlxalq səyləri öz əməli fəaliyyəti ilə dəstəkləyir. Ekoloji təhlükəsizliyin təmin edilməsi də aktual məsələ kimi dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.

“Müasir dövrdə olduqca vacibdir ki, baş verən geosiyasi proseslər beynəlxalq hüququ pozan və sərhədsiz zorakılıqlara səbəb olan qlobal təhdidə çevrilməsin. Buna görə də ümumbəşəri dəyərlər və ortaq maraqlar naminə dövlətlər, siyasi partiyalar və vətəndaş cəmiyyəti təsisatları bir araya gəlməli, siyasi, iqtisadi, humanitar və digər sahələrdə təhlükəsizliyin dəstəklənməsi yönündə səylərini birləşdirməlidirlər. Biz yalnız qarşılıqlı faydalı əməkdaşlıq şəraitində birgə səylərimizlə, milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına riayət etməklə Avrasiya məkanında davamlı təhlükəsizliyin təminində ciddi irəliləyişlərə nail ola və xalqlarımızın gələcəyi naminə önəmli uğurlara imza ata bilərik”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!