05 Oktyabr 2024 08:50
2079
Təhsil
A- A+
Xoşbəxtliyimi şagirdlərimin sevincində tapmışam

Xoşbəxtliyimi şagirdlərimin sevincində tapmışam



Hər dəfə əlimə jurnal götürüb sinif otağına daxil olanda özümü işıqlı bir dünyada zənn edirdim. Məni dinləyən nur üzlü şagirdlərimlə təmas yaradanda, onların gözlərindəki gələcəyə olan inamı görəndə özümü xoşbəxt sanırdım. Əgər səndən öyrənən, gələcəyini sənin verdiyin biliklərlə qurmaq istəyən varsa, demək yaşamağa dəyər...

Mən bir müəllim kimi xoşbəxtliyimi dərs dediyim şagirdlərimin sevincində, işıqlı gələcəyində, həyatlarını xoşbəxt qura bilməsində görürəm... 

Müəllimlik həyatımda elə bir hadisə olmayıb ki, şagirdimi tənbeh edəm, ona əl qaldıram, nəysə bir kobudluq edim. Həmişə düşünmüşəm ki, bu gün sənin dərs dediyin şagird sabah vətənin keşiyində duran əsgər, zabit olacaq. Və yaxud hansısa bir sahədə layiqli bir vətəndaş kimi vətəninə, xalqına, dövlətinə xidmət edəcək...

Övladlarıma heç vaxt başqa adamdan nümunə götürün deməmişəm. Hər zaman özümdən misal çəkmişəm. Oxuyun, mənim kimi işləyib yaşayın. Allaha şükür, müəllimliklə, halallıqla hər şeyə nail olmaq olur. 

Yaşamağa hər cür şəraitim, hətta gözəl bağ evim də var. Övladlarımın üçü də ali təhsillidirlər. Qızlarımın hər ikisi - Sevinclə Nərgiz müəllimdirlər. Sevinc tarix üzrə fəlsəfə doktorudur. Gəncədə yaşayır... Müəllimlik bir əxlaq anlayışıdır. Fikir vermisinizsə, müəllim olmayan birinə də müəllim deyə müraciət edəndə özünə çəki-düzən verməyə çalışır. Özünü fərqli hiss edir. Bax müəllimliyin gözəlliyi, fərqliliyi bundadır.

Akif müəllim deyir ki, həyatda qazandığım bütün uğura, tutduğum mövqeyə, övladlarımın xoşbəxt həyatları üçün öz peşəmə, müəllimliyə minnətdaram. Bu məqamda ömür-gün yoldaşı Məlahət xanımı göstərib, peşəmin mənə verdiyi ən böyük mükafat isə Məlahət xanımdır. Bəlkə də müəllim olmasaydım Məlahət xanımla da rastlaşmayacaqdım. Yeri gələndə övladlarım fərəhlə deyirlər ki, müəllim ailəsində doğulmuşuq.

70 il haradan gəldi, necə keçdi, heç özüm də bilmirəm. Bir də gördüm ki, təqaüddəyəm. Bu il yaşıma görə ömrümü verdiyim, illərlə çalışdığım doğma məktəbimdən ayrılmışam. 

Akif müəllimin gözləri dolur. Sözünün ardını gətirə bilmir... Güclə özünü toparlayıb aşağı səslə "darıxıram", - deyir. - Dərs dediyim sinif otağı, gözəl kollektivimiz, gözəl şagirdlərim üçün çox darıxıram. 

Həmsöhbətimiz Əməkdar müəllim, kimya üzrə fəlsəfə doktoru Teyli Akif Əmiraslan oğludur. Akif müəllim 1955-ci ildə Şəmkir rayonunun Çinarlı qəsəbəsində anadan olub. 1977-ci ildə Cəncə Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbə ikən oxuduğu ali məktəbin Üzvi-kimya kafedrasının dosenti İsfəndiyar Aslanovun rəhbərliyi ilə "Germanium tərkibli metal-üzvi birləşmələrin sintezi və onların xassələrinin öyrənilməsi"nə aid ilk tədqiqat işləri ilə məşğul olmağa başlayıb. Bakıda tələbələrin respublika konfransında məruzə ilə çıxış edib.

1977-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda (indiki Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda) əmək fəaliyyətinə başlayıb. 1977-1999-cu illərdə baş texnik, mühəndis, kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb.

1980-ci ildə aspiranturaya daxil olaraq çox mühüm praktik əhəmiyyət kəsb edən, neftin tərkibində olan doymuş şaxəli karbohidrogenlərdən alınan izoamilenlərdən sintetik kauçuk istehsalında tətbiq olunan yeni, perspektivli katalizatorların sintezi, xassələrinin öyrənilməsi və tətbiqinə həsr olunmuş elmi-tədqiqat işi ilə məşğul olub. Elmi işin nəticələri haqqında Bakı, Moskva, Novosibirsk və Yaroslavl şəhərlərində keçirilən respublika və ümumittifaq konfranslarında və simpoziumlarında məruzələrlə çıxış edib. Dünyanın nüfuzlu elmi jurnallarında 13 elmi məqaləsi çap olunub. 

1988-ci ildə "Ferrit əsaslı katalizatorlar üzərində izoamilenlərin izoprenə oksidləşdirici dehidrogenləşməsi" mövzusunda dissertasiya müdafiə edərək kimya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 1990-cı ildə elmi-tədqiqat işinin əsasında sintez etdiyi manqan-ferrit əsaslı katalizatorların Rusiya Federasiyasının Sterlitamak şəhərindəki "Sintez-Kauçuk" zavodunda onun iştirakıyla təcrübə sınağı keçirilərək katalizatorların sənayedə tətbiqinin yararlılığı haqqında akt tərtib edilib. 1992-ci ildə Yaponiyada keçirilən Ferrit əsaslı birləşmələrə həsr olunan VI beynəlxalq konfransa (İSF6) dəvət alan azərbaycanlı alimlərdən biri də Akif Teyli olub. 1994-cü ildə Binəqədi rayonunda 83 saylı yeni tipli məktəb-lisey təşkil olunanda Akif müəllim yoldaşı Məlahət xanımla 30 il birlikdə çalışıb əmək sərf etdiyi məktəbdə kimya fənnini tədris etməyə başlayıb.

Söhbətə Məlahət müəllim də qoşulur:

- Müəllim ailəsi olduğumuz üçün bütün həyatım boyu qürur duymuşam. Hansı məclisdə olmuşamsa, peşəmi soruşanda çox qürurla "müəlliməm" demişəm. Bütün fəaliyyətimiz boyu çalışmışıq ki, bu müqəddəs ada xələl gətirən işimiz olmasın. Övladlarımızı böyüdəndə istəyimiz bu idi ki, Vətənə, millətə layiq vətəndaş olsunlar. Oğlumuz Araz Vətən müharibəsi veteranıdır. Könüllü olaraq Qarabağda döyüşüb, torpaqlarımızın azad olunmasında fəal iştirak edib.

Akif müəllim əlavə edir:

- Çox şükür ki, torpaqlarımızın azad olunmasında bizim ailənin də payı oldu. Araz üzümüzü ağartdı. Sentyabrın 27-də cənab Prezidentin çağırışına cavab olaraq könüllü döyüşə getdi. Bir arzum var - işğaldan azad olunmuş torpaqlara gedib bircə gün də olsa, orada yeni açılan məktəblərdə, doğma yurdlarına qayıtmış balalarımıza dərs deyə biləydim.

Məlahət xanım ömür-gün yoldaşı Akif müəllim haqqında danışarkən xüsusi olaraq qeyd etdi ki, Akif müəllimin övladı, ömür-gün yoldaşı olmaq da bir məsuliyyətdir. Akif məktəbdə şagirdlərini necə öyrədirdisə, tələbkar nümunəvi müəllimdirsə, evdə də nümunəvi ailə modeli yarada bilib. 

Akif müəllim deyir ki, yaxşı müəllimin mükafatı tələbələrinin ali məktəblərə qəbul olunması, həyatda uğur qazanmalarıdır. Ömrüm boyu çalışmışam ki, işimi vicdanla görüm.

Doğru deyiblər ki, uğur, müvəffəqiyyət öz işinə hörmətlə yanaşıb, vicdanla çalışanlarla dostluq edir. Akif müəllimin həyatı da uğurlu işlərlə zəngindir. 

2002-ci ildə Təhsil Nazirliyi Kollegiyasının fəxri fərmanı, 2003-cu ildə "Vektor" Beynəlxalq elm mərkəzinin keçirdiyi "Azərbaycanın tanınmış maarifçiləri" layihəsinin qalibi olaraq "XXI əsrin tanınmış maarifçisi" beynəlxalq diplomu ilə təltif olunub. 

2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülüb. 2010-cu ildə Təhsil Nazirliyinin keçirdiyi "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qaliblərindən biri olaraq Prezident mükafatı alıb...

Akif müəllim deyir ki, işlədiyim müddətdə məktəb-liseyin elmi-pedaqoji şurasının üzvü, kimya fənn metodbirləşməsinin sədri olaraq gənc kimya müəllimlərinə hamilik etmişəm. Onlara kimya kabinetində dərslərin təşkilində, praktik işlərin icrasında, eksperimental məsələlərin həllində, müasir təlim metodlarının tətbiqində, illik planlaşmada və onun icrasında məsləhətlərimi vermişəm. Müəllimlik həyatımda həmişə çalışmışam ki, şagirdlərdə kimya fənninə həvəs yaransın, nəzəri bilikləri və praktik bacarıqları artsın, onlarda özünəgüvən hissi inkişaf etsin, əzmkar olsunlar, öyrəndikləri bilik və bacarıqları həyatda tətbiq edə bilsinlər, layiqli Azərbaycan vətəndaşı kimi yetişsinlər: "Həyatda şagirdlərimdən yalnız umacağım bir şey olub. Yeri gələndə desinlər ki, kimya müəllimim Akif müəllim olub. Kimya həyat deməkdir. Şagirdlərimin məni yaxşı müəllim kimi xatırlamaları Allahın mənə lütfü olar".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ICESCO-nun Baş direktoru Azərbaycana səfərə gəlib  

13:07
09 Noyabr

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb

12:44
09 Noyabr

İşğaldan azad edilmiş torpaqlarda bayram konsertləri təşkil olunub  

12:43
09 Noyabr

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə  

12:41
09 Noyabr

COP29-la əlaqədar 57 marşrutun hərəkət sxemi dəyişdirilir  

12:40
09 Noyabr

SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib  

12:39
09 Noyabr

Tuvalunun Baş naziri Azərbaycana səfərə gəlib  

12:21
09 Noyabr

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb  

12:20
09 Noyabr

Marşal Adaları Respublikasının Prezidenti Azərbaycana səfərə gəlib  

12:19
09 Noyabr

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

12:09
09 Noyabr

Yol polisi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib  

09:32
09 Noyabr

“9 Noyabr - Azərbaycan Respublikası Dövlət Bayrağı Günü” adlı virtual sərgi təqdim olunub 

09:31
09 Noyabr

Türkiyənin müdafiə naziri: Ümidvarıq ki, Ermənistan davamlı sülh fürsətindən istifadə edəcək  

09:30
09 Noyabr

9 Noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09:28
09 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

09:26
09 Noyabr

Azərbaycanın Rusiyadakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib

09:25
09 Noyabr

Tanzaniyanın Vitse-prezidenti Azərbaycana səfərə gəlib  

09:23
09 Noyabr

Qaydar Abdikerimov: Prezident İlham Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının əsl vətənpərvər övladıdır  

09:22
09 Noyabr

Türkiyə parlamentinin sədri Azərbaycanı təbrik edib: Qardaşlığımız əbədi olsun!  

09:19
09 Noyabr

Qalata Qülləsində Azərbaycan Bayrağı və Xarıbülbül təsviri əks olunub 

09:17
09 Noyabr

Zəfər Günü münasibətilə Xankəndidə bayram konserti və atəşfəşanlıq olub  

22:19
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!