26 Fevral 2025 08:15
648
SİYASƏT
A- A+
Xocalı qan yaddaşımızdır

Xocalı qan yaddaşımızdır


Xocalı qətliamı Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biri və erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini soydaşlarımıza qarşı törədilmiş soyqırımı adlandırmışdır: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi - Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş təzahürüdür".

Xocalı qətliamından 33 il keçməsinə baxmayaraq, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub. Xocalı soyqırımını törətməklə erməni millətçiləri öz miqyasına görə tarixdə analoqu olmayan bir cinayətə imza ataraq, necə qəddar, vəhşi olduqlarını dünyaya açıq şəkildə nümayiş etdirdilər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Erməni cəlladları 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfəri qətlə yetirdi, 1275 sakini girov götürdü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Həmin faciəvi gecə zamanı  487 nəfər, o cümlədən 76 nəfər Xocalı sakini ağır dərəcədə şikəst edildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınlar isə süngü ilə öldürüldü. Qədim abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən, əsrlərdən gələn mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrildi. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdıldı. Bununla yanaşı, şəhərdə XIV-XV əsrlərə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silindi. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib, mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb və bu istiqamətdə davamlı tədbirlər görülməkdədir. Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən məlum olur ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi nəticəsində dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi və talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına yüzmilyonlarla ABŞ dollarından artıq ziyan vurulub. Aparılan istintaqla müəyyən edilib ki, beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə müxtəlif konvensiyaları kobudcasına pozan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atıblar. Xocalıdakı mülki əhalinin planlı şəkildə qətlə yetirildiyini sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün erməni zorakılığından qaçmağa cəhd edən insanlar ərazidən çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələniblər. İstintaqla həmçinin müəyyən edilib ki, ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə və bilərəkdən əl ataraq misli görünməmiş qətliamlar törədiblər. 

Ermənistanın uzun müddət "böyük Ermənistan" ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biri də məhz budur. Əsrlər boyu davam edən erməni təcavüzü nəticəsində ərazilərimiz zaman-zaman işğala məruz qalıb, soydaşlarımız vəhşicəsinə qətlə yetirilib. Bu düşmənçilik hələ çar Rusiyası dövründə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa məqsədli şəkildə köçürüldükləri vaxtdan başlayaraq davam edib. Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişərək özününküləşdirməyə cəhd edib, münbit əraziləri ələ keçirməyə çalışıb, azərbaycanlıları sıxışdırıb və onlara qarşı qəddarlıq nümayiş etdiriblər.

Ermənilərin bu vəhşi siyasətinin nəticəsində Azərbaycan xalqı ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşib. Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüzminlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınıb. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmayıb və Ermənistan monoetnik dövlətə çevrilib.

Keçən əsrin 80-ci illərinin sonlarından başlayan Qarabağ hadisələri erməni ideoloqlarının "böyük Ermənistan" dövləti yaratmaq kimi cəfəng ideyasını reallaşdırmaq cəhdi, kəndlərimizin, şəhərlərimizin dağıdılması, onminlərlə günahsız soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilməsi və yüzminlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Həmin vaxt xarici havadarlarına və ermənipərəst qüvvələrə arxalanan ermənilər daha da azğınlaşaraq Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətdilər. Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı qanlı cinayətdir.

Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması və bu dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilib. 1994-cü ildə Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi elan etdi. Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevralın 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib. O dövrdən başlayaraq Azərbaycan hökuməti və dünya azərbaycanlıları erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, bu qətliamın soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərirlər.

Faciə ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqətindədir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində keçirilmiş aksiyalara dəstək məqsədilə xüsusi ekspozisiya hazırlanır və ingilis dilində bukletlər yayılır.

Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunub. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Xocalı soyqırımı bəzi ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-nin 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. 20 noyabr 2012-ci il tarixdə Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul olunub. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağrılırlar.

XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar hər il minlərlə insanın iştirakı ilə "Ana harayı" abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilib. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və mükəmməl siyasi, diplomatik və hərbi səriştəsi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz şücaəti Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız 30 ildən sonra azadlığa qovuşdu, rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və  2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Xocalılıların, eləcə də bütün şəhidlərimizin qisası alındı, Ermənistan ordusu darmadağın edildi. 

Digər mühüm bir məqam isə Ermənistanın hərbi təcavüzü dövründə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməni cinayətkarların - Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin artıq Azərbaycanda davam etdirilməsidir. İnsanlıq əleyhinə cinayətlər törətmiş bu və digər qatillər ədalət məhkəməsi qarşısında cavab verərək, öz layiqli cəzalarını alacaqlar.

Əminik ki, işğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Xocalının Böyük qayıdış proqramı çərçivəsində dirçəlişi, bərpası və yenidən qurulması bu torpaqlarımızı çiçəklənən və inkişaf edən bölgəyə çevirəcək. Bu gün Xocalıdan olan sakinlərimiz ermənilərin törətdikləri dəhşətli fevral faciəsini unutmasalar da, öz doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar.


Zaur ŞÜKÜROV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub  

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib  

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

Arayik Harutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir  

16:07
19 Dekabr

Vətəndaşların daha çox müraciət etdikləri xəstəxanaların adları açıqlanıb  

16:02
19 Dekabr

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Donald Tramp Venesuela ilə müharibə ehtimalını istisna etməyib  

15:51
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!